Modul üzrə təlim texnologiyası. Təlimdə şəxsiyyətyönümlü konsepsiyanın
reallaşdırılması, inkişafetdirici pedaqoji texnologiyaların layihələşdirilməsi və
praktikada (məktəbdə) daha geniş tətbiqi onların müxtəlif şəraitdə, müxtəlif
mövzular üzrə sınaqdan çıxarılmasını, bu sahədə pedaqoji təcrübələrin
öyrənilməsini tələb edir. Məktəblərdə tətbiqinə böyük maraq göstərilən yeni
pedaqoji texnologiyalardan biri də blok-modul texnologiyasıdır.
Təlimin modul texnologiyası dedikdə şagirdlərin müstəqil olaraq dərsdə və
dərsdənkənar vaxtlarda modulla iş prosesində konkret təlim məqsədlərinə nail
olması başa düşülür. Burada da müəllim, başqa yeni təlim texnologiyalarında
olduğu kimi, şagirdlərin müstəqil işlərinin təşkilatçısı, eksperimentator, birgə
tədqiqat fəaliyyətinin iştirakçısı olur.
Təlimdə “modul” anlayışı dedikdə, tədris materialının bitkin məzmunu və onu
mənimsəmək texnologiyasını özündə birləşdirən bir kompleks (informasiya bloku,
tədris vahidi) nəzərdə tutulur. Modulların mənimsənilməsi qarşıya qoyulmuş
didaktik məqsədlərə müvafiq olaraq həyata
43
keçirilir. Təlim alan (şagird) üçün müəyyən olunmuş didaktik məqsəddə
yalnız biliklərin həcmi deyil, həm də onların mənimsənilmə
səviyyəsi əks olunur. Modul təlim texnologiyası təlimi subyekt-subyekt
əlaqələri əsasında qurmağa, ayrı-ayrı şagirdlərlə fərdi işlər təşkil
etməyə, şagirdlərə öyrənilən təlim məsələlərini hissə-hissə, xırda dozalarda
mənimsəməkdə köməklik göstərməyə, müəllim-şagird
ünsiyyəti formalarını çevik surətdə dəyişməyə imkan verir.
Modullarla təlimi reallaşdırmaq üçün müəllim tədris proqramı materiallarına
uyğun modullar kompleksi və ardıcıl olaraq tədricən mürəkkəbləşən didaktik
tapşırıqlardan ibarət xüsusi proqram hazırlayır, tapşırıqların düzgün yerinə
yetirilməsini təmin edən qiymətləndirmə mexanizmini müəyyənləşdirir.
Müasir texnologiyalarla işləyən məktəblərin iş praktikası, eləcə də qabaqcıl
kimya müəllimlərinin iş təcrübəsi göstərir ki, təbiət fənlərinin (kimya, fizika,
biologiya və b.) tədrisində tsikllərlə aparılan dərslərdə (modul texnologiyası) daha
yüksək nəticələr alınır. Planlaşdırma zamanı bütöv bir mövzunun (bölmənin) təlim
strategiyası hazırlanır. Hər bir dərs bütöv mövzu zəncirinin bir həlqəsi olur.
Planlaşdırmada məzmun deyil, şagirdlərin idrak fəaliyyətinin məntiqi inkişafı və
müəllimin təlimləndirici fəaliyyətinin inkişafı əsas götürülür. Didaktikada bu cür
planlaşdırmaya tsiklik planlaşdırma deyilir. Tsikl dedikdə, tədris proqramının bir
mövzusundan (bölməsindən) o biri mövzusuna qədər təlim prosesləri təşkilində
şagirdlərin idrak fəaliyyətinin və müəllimin öyrədici fəaliyyətinin məntiqi
ardıcıllığının inkişaf tsiklləri anlaşılır.
Belə plan hazırlandıqda əvvəlcə bütöv mövzunun, sonra onun hissələrinin
öyrənilməsinə aid dərslərin (1-ci, 2-ci, 3-cü və s.) məqsədləri, bu məqsədlərə
çatmaq üçün vəzifələrin yerinə yetirilmə ardıcıllığı və mərhələləri düşünülür.
Bundan sonra şagirdlər və müəllimin təlim işinin məzmunu, onlara sərf olunan
vaxt və hər bir fəaliyyətin nəzərdə tutulan səviyyədə reallaşması üçün təlim
metodları və vasitələri müəyyənləşdirilir.
Tsikl
dərslərdə
təlim
işinin aşağıdakı ardıcıllıqla reallaşdırılması
məqsədəuyğun hesab olunur:
- şərhetmə dərsi, burada mövzunun (modulun) əsas məzmunu müəllim
tərəfindən şərh olunur, şagirdlər qeydlər aparır, onlar məzmunun əks olunduğu
cədvəl, sxem və diaqramlarla tanış edilir;
- müstəqil işlərin (mövzuya aid mətnlərin öyrənilməsi, məsələ və çalışmalar
həlli, dərs
materialına aid təcrübələrin aparılması və s.) növləri
müəyyənləşdirilir;
- öyrənilənlərin müzakirəsi və səhvlərin düzəldilməsi (korreksiya) aparılır.
Əməkdaşlıqla təlim, layihələr metodu və modullarla təlim texnologiyaları
XXI əsrin geniş yayılmış texnologiyaları hesab olunur.
Bu təlim texnologiyaları başqaları ilə müqayisədə pedaqogikanın humanist
mahiyyətini daha çox əks etdirməklə yanaşı, həm də sənayeləşmiş cəmiyyətdə
uşaqları həyata daha yaxşı hazırlamağa imkan verir. Bu texnologiyalar təkcə
təlimverici deyil, həm də tərbiyəedici xarakter daşıyır, şagirdlərin sərbəst düşünmə
qabiliyyətini, özünün və yoldaşlarının müvəffəqiyyətləri üçün məsuliyyətini artırır.
Bu təlim texnologiyalarında müəllimin rolu əsaslı surətdə dəyişir. O, hər şeyi bilən
44
və öyrətməkdən daha çox şagirdlərin biliyində nöqsan axtaran nəzarətçidən, tələb
olunan nəticəni almaq üçün şagirdlərə həmişə kömək edən, onların işini
istiqamətləndirən rəhbərə çevrilir.
Müəllim peşəsi yaradıcı peşədir. Müəllimdən pedaqogika, müasir didaktika,
pedaqoji psixologiya elmlərindən baş çıxarmaq və öz fənninə aid mövzuları,
onların tədrisi metodikasını yaxşı bilmək tələb olunur. Müəllim, həmçinin
müəyyən dərəcədə aktyorluq məharətinə yiyələnməli, dərsdə emosional
situasiyalar yaratmağı bacarmalıdır. Əks halda o, təlimi professional pedaqoq kimi
qura bilməz. Hər bir müəllim
şəxsiyyət olmalı, şagirdlər, eləcə də öz iş yoldaşları arasında nüfuza malik
olmalıdır. Bundan başqa indiki dövrdə müəllim həm də müasir təlim
texnologiyalarını yaxşı bilməlidir. Müəllimin bütün ustalığı və bacarıqları dərs
prosesində - yaradıcı prosesdə meydana çıxır. Buna görə də yaxşı müəllim odur ki,
aparacağı dərsi bütün incəliklərinədək əvvəlcədən təsəvvür edir, məqsədlərini
müəyyənləşdirir və bu məqsədləri hansı metodlar, üsullar və priyomlarla, hansı
vasitə və instrumentlərlə reallaşdırmağı qabaqcadan aydınlığı ilə düşünə bilir.
Pedaqoji tədqiqatların təhlili göstərir ki, müəllimlərin yeni pedaqoji
texnologiyalarla işləməyə keçməsi və buna davamlı vərdişlər etməsi asan olmayan,
uzun müddətli bir prosesdir. Bu, onunla izah olunur ki, pedaqoji fəaliyyət mexaniki
əməliyyatlardan ibarət konveyer - istehsalat prosesi olmayıb, çeviklik və
yaradıcılıq tələb edən prosesdir. Pedaqoji fəaliyyət həmişə dinamik situasiyalarda
həyata keçirilir və real şəkildə mövcud olan situasiyalardan asılı olaraq bu və ya
başqa iş üsulları seçməyi, yaradıcılıq axtarışları aparmağı tələb edir.
Müəllimin yaradıcılıq potensialının tam reallaşması üçün ona fəaliyyət şəraiti
yaradılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, müəllimin yaradıcılıq imkanları tam
olaraq yalnız təlim prosesinin metodoloji, nəzəri, metodik və texnoloji
səviyyələrdə əvvəlcədən düşünülməsi şərtilə reallaşdırıla bilər.
Coxillik məktəb praktikası, aparılmış müşahidələr göstərir ki, hər hansı yeni
pedaqoji
ideya
(innovasiya)
nəzəri
və
metodoloji
səviyyədə
adətən
müvəffəqiyyətlə hazırlanır, onun praktikada bilavasitə tətbiqi (texnologiyanın
mənimsənilməsi) isə çox ləng gedir. Təlim proseslərində yeni pedaqoji ideyanı
tətbiq etmək istəyən müəllimlərin çoxusu onu ancaq metodiki və ya ayrı-ayrı
didaktik priyomlar səviyyəsində mənimsəməyə çalışırlar. Bu cür yanaşmalar da
işdə çətinliklər yaradır və yeni pedaqoji konsepsiyanın təhrif olunmasına səbəb
olur.
Təminatlı
nəticələrin əldə olunmasını tələb edən yeni pedaqoji
texnologiyaların məktəb praktikasında tətbiqinin bir problemi də arzu olunan təlim
prosesi üçün təkcə müəllimin fəaliyyət texnologiyasını deyil, həm də şagirdlərin
idrak fəaliyyəti texnologiyasını hazırlamağın tələb olunmasıdır. Tədqiqatçı
pedaqoqlar indiyədək buna - şagirdlərin yarımmüstəqil və müstəqil şəkildə biliklər,
bacarıqlar əldə etmək fəaliyyətinin təşkili texnologiyasına az diqqət
yetirmişlər.Müasir pedaqogika elmi şagirdlərin müstəqil işlərinin təşkilinin yeni
(innovasiyon) nəzəri əsaslarını hazırlamalıdır. Bu zaman təlim prosesində müasir
informasiya texnikasının (fərdi kompyuterlərin), valeologiyanın, informatikanın və
45
pedagoji psixologiyanın son nailiyyətləri nəzərə alınmaqla yaradılan yeni
pedaqoji sistemlərin tətbiqi imkanları bütün fənlər üçün araşdırılmalıdır.
Fəal təlim üsullarının uğurlu alınmasının başlıca amillərindən biri – təlim
üsulunun dərsin məzmununa, və dərsin mərhələsinə uyğun seçilməsidir.
Fəal təlim aşağıda təqdim olunan üsullarının dərs prosesinə tətbiq etmək üçün
müəllimdən ustalıq, vəziyyətdən asılı olaraq yeni əlavələr etmək və ya ixtisar
etmək, mövzuya uyğynlaşdırmaq və s .tələb olunur.
Kimyanın təlimi prosesində aşağıdakı fəal/interaktiv təlimmetodları və
Dostları ilə paylaş: |