istiqamətləndirən metoddur. Beyin həmləsinin qeyri - səlis xətt üzrə işləmə
vəziyyətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında
49
aparılmalıdır. Mövzunun öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək
onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənnlər
və ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə
yaratmaq və s fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə
şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür.
Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar tələb olunur:
- şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməldir.
- şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməldir.
- mövzunu açmaq üçün onun daxilində ikinci dərəcəli mövzuları qrup
daxilində fərdlərə paylanması təmin edilməlidir
- iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələri qrupda
birləşdirilməsinə nəzarət edilməlidir.
Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır.
1. Mövzunun adı mərkəzdə (yazı müstəvisinin ortasında ) yazılır.
2. Mövzu ilə əlaqəli fikirinizə düşən, ağıla gələn bütün sözlər mərkəz sözün
ətrafında yazılır.
3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.
4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-
10 dəqiqə)
5. Şagirdlər mümkün qədər daha və çox fikirlər və əlaqəli ifadələr yazmağa
həvəsləndirilir (bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini
göstərən meyardır).
Şaxələndirmə fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri
mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.
Şaxaləndirmə dərs prosesi üçün mühüm mərhələlərdən biri kimi son dərəcə
cevikdir, şagird aktivliyə yönəldilmişdirdir. Qrup şaxələndirməsindən sonra
aparılan fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.
Dostları ilə paylaş: