NƏQLIYYAT NÖVÜ ÜZRƏ YÜKÜN HƏCMI
VƏ SƏRNIŞIN SAYI
2016
2017
2018
2019
“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
23
Heydər Əliyev adına Hava Limanının yaxınlığında yerləşir. Azad Ticarət Zonasının yaradılması üzrə isə
tədbirlər hələ də davam etdirilir.
“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
24
4. “İpək Yolu” layihəsində Azərbaycanın rəqabət imkanlarını
məhdudlaşdıran faktorlar
Çoxsaylı və alternativ marşurutların mövcudlu şəraitində rəqabət üstünlüyünün təmin edilməsi
hökumətlərdən kifayət qədər gərgin iş və peşəkar yanaşmalar, ciddi bazar islahatları tələb edir. Çünki bu
üstünlüyü təmin edən elə obyektiv faktorlar var ki, nəinki ayrıca götürülmüş bir ölkə, hətta bütöv
regionu əhatə edən çoxlu sayda mütəffiq ölkələrin birlikdə səyləri belə həmin faktorun neqativ təsirlərini
aradan qaldırmaq imkanında olmur. Məsələn, Rusiyadan keçməklə Çinin Sian şəhərini Polşanın Slavkov
şəhərilə birləşdirən Yeni Avrasiya Dəhlizinin Azərbaycan, Gürcüstan və Qazaxıstandan keçməklə
Türkiyənin İstanbul şəhərini Çinin Sian şəhərini birləşdirən Tranxəzər marşurutu təbii üstünlüyə
malikdir. Belə ki, Transxəzər marşurutu müxtəlif tipli daşıma növləri (dəmir yolu-dəniz, dəniz-
dəmiryolu) üzrə keçidlər əsasında yüklərin daşınmasını təmin edir. Ona görə də hər dəfə müvafiq
sənədlərdə dəyişikliklərin olması, sərhəd-keçid, gömrük məntəqələrində sərf olunan vaxtın uzanması
kimi faktorlar daşıma xərclərinin artınmına səbəb olur. Lakin Polşa-Çin marşurutunda dəniz keçidi
yoxdur və birbaşa dəmiryoludur. Ona görə də daşımalar zamanı Transxəzər marşurutunda keçidlər
zamanı qeydə alınan zaman itkisi və müvafiq olaraq xərc artımı baş vermir. Eyni zamanda, hava
şəraitindən dolayı il ərzində 90 gün Xəzər dənizində gəmilərin yükləri çatdırması zamanı gecikmələr
yaşanmasına səbəb olur. Şübhəsiz ki, bu üstünlük obyektiv faktorlardan (təbii amillər) qaynaqlanır.
Nəticəsi isə belədir: Yeni Avrasiya Dəhlizi üzrə Çinin Sian bölgəsinə Polşanın Slavkov şəhərindən 40
futluq konteynerin çatdırılma qiyməti 3600-4200 ABŞ dolları arasında, Şərq-Qərb dəhlizi üzrə isə 40
futluq konteynerin çatdırılma qiymətininin 5000-5500 ABŞ Dolları arasında dəyişir.
Konteynerlərin daşınması tariflərinin baha olmasının başqa bir nümunəsi Gürcüstanla müqayisədə də
aşkar görünür. Bakı-Aktau marşrutu üzrə 40 futluq və 20 futluq konteynerin daşınma tarifi müvafiq
olaraq 1200 və 600 dollar, Bakı-Türkmənbaşı marşrutu üzrə 40 futluq və 20 futluq konteynerin
daşınma tarifi isə müvafiq olaraq 1000 və 500 dollar təşkil edir. 40-futluq konteynerin Bakı -
Türkmənbaşı arasında daşınması zamanı bir dəniz milinə və ya 1.852 km üçün daşımaya ödənilən
məbləğ 5.59 ABŞ dollarıdır (Bakı-Türkmənbaşı limanları arasında məsafə 179 dəniz milidir ). Halbuki
eyni tip, yəni qısa dəniz daşıması olaraq Batumi və Konstanta limanları arasında 40 fut-luq konteynerin
daşınması zamanı bir dəniz mili və ya 1.852 km üçün ödənilən məbləğ 1.75 dolları təşkil edir (Batumi
və Konstanta limaları arasında məsafə 628 dəniz milidir ).
|