“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
19 
çevrilməsini planlayır. İranın Ənzəli, Əmirabad və Qazaxtanın Aktau limanları, həmçinin Gürcüstanın 
Poti limanı artıq xüsusi azad iqtisadi zona statusuna malikdir. Bununla yanaşı, Azərbaycan ÜTT 
tərəfindən xüsusi azad iqtisadi zonaların tətbiqi ilə hüquqi və qanunvericilik tələblərini ödəməlidir. 
Uğurlu şəkildə qurulmuş xüsusi azad iqtisadi zonalar ölkə iqtisadiyyatının inkişafına çox böyük təkan 
verə bilər. Belə ki , Dünya Bankının araşdırmasına görə xüsusi iqtisadi zonaların tətbiqi nəticəsində 
Çinin ÜDM 22%, birbaşa xarici investisiyanın həcmində 45 %, ixracın həcmində isə 60% artım olmuş 
və 30 milyon insan üçün yeni iş yerləri açılmışdır
17

Nəhayət, bu istiqamətdə mühüm təşəbbüslərdən biri kimi Qazaxısatn və Azərbaycan şirkətləri arasında 
birgə əməkdaşlıq layihələrini qeyd etmək vacibdir. 2014-cü ilin avqustunda Bakıda AZPROMO, 
“Azərsun Holding” (hər ikisi Azərbaycan), “Aktau Dəniz Limani” Xüsusi İqtisadi Zonası və “Aktau 
İstehsal və Logistika üçün Mərkəz” (hər ikisi Qazaxstan) öz aralarında memorandumu imzalanmışdır. 
Bu memoranduma görə “Aktau Dəniz Limanı” XİS -da logistika mərkəzi yaradılması, layihənin 
“Azərsun Holding” tərəfindən reallaşdırılması, eləcə də, AZPROMO tərəfindən dəstəklənməsi nəzərdə 
tutulur. Logistik mərkəz vasitəsilə hər iki ölkənin tranzit və ixrac imkanların genişləndirilməsi ilə qeyri-
neft sektorunun inkişaf etdirilməsi hədəflənir
18

 
 
17
https://www.worldbank.org/content/dam/Worldbank/Event/Africa/Investing%20in%20Africa%20Forum/2015/investing-in-africa-forum-
chinas-special-economic-zone.pdf
 
18
 
http://www.azpromo.az/en/news/view/azerbaijan-to-establish-logistics-centre-in-aktau
 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin