“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
16 
7 fevral 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə tərəfinin iştirakı ilə Gürcüstanda keçirilmiş 
üçtərəfli regional əməkdaşlıq sammitində 
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli 
Saziş imzalanmışdır. Bundan başqa, həmin gün Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli 
bir sazişə də qol çəkilmişdir. Bu saziş “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata 
keçirilməsi 
çərçivəsində 
Marabda-Kartsaxi 
(Türkiyə 
sərhədinədək) 
dəmir 
yolu 
sahəsinin 
maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiyası, rekonstruksiyası və istismarının prinsip və 
şərtlərini müəyyən edirdi. Layihənin maliyyələşdirilməsi məqsədilə Azərbaycannın Nəqliyyat Nazirliyi
və Gürcüstanın “Marabda-Kartsaxi Dəmir Yolu” MMC arasında BTQ-nin tərkib hissəsi kimi 
“Marabda-Kartsaxi dəmir yolu sahəsi”nin maliyyələşdirilməsinin şərtlərinə dair Kredit Müqaviləsi 
imzalanmışdır 
. Ümumi uzunluğu 846 km olan bu dəmir yolu xəttindən Azərbaycana 504 km, 
Gürcüstana 263 km və Türkiyəyə isə 79 km düşür. BTQ dəmir yol xəttinin Çin və Mərkəzi Asiyanı 
Bosfor Boğazından Mərmərə dəmir yolu xətti vasitəsilə Avropaya birləşdirəcəyi nəzərdə tutulur. 
Gələcəkdə Avropa və Asiya yüklərinin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal 
daşımaların həcmini artıracağı planlanır. Beləliklə, xəttin dövriyyə qabiliyyətinin üçüncü əməliyyat 
ilində 3-5 milyon ton yükə, beşinci əməliyyat ilində 6-8 milyon ton yükə, daha sonra 3 milyon sərnişin 
və 17 milyon ton yükə bərabər olması gözlənilir. İlkin hesablamalara görə, BTQ layihəsi ilə ÜDM -in 
300-400 milyon manat artacağı ehtimal edilir . 
Azərbaycan BTK dəmir yolunun Gürcüstan hissəsinin maliyyələşdirilməsi məqsədilə illik 1% olmaqla 
200 milyon manat və illik 5% olmaqla 575 milyon manat Gürcüstana kredit ayırmış, həmçinin Serbiya, 
Monteneqro, Ukraniya və digər ölkələrin nəqliyyat infrastrukturunun inkişafı üçün kreditlər və 
yardımlar ayırmışdır. Öz növbəsində, Dövlət Neft Fondunun hesabatlarına əsasən Bakı-Tbilisi-Qars
dəmir yolu xətti üzrə ayrılmış investisiyanın məbləği 748.6 milyon manat olmuşdur . Nəhayət, 
Azərbaycan Şimal -Cənub Nəqliyyat Dəhlizinin də inkişafı üçün Rəşt-Astara dəmir yolunun tikintisi 
üçün İrana illik 2.5 % olmaqla 500 milyon dollar dəyərində kredit ayırmışdır Rəşt-Astara dəmir 
yolunun beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməsi və Azərbaycanla İranın 
dəmir yollarını birləşdirilməsi hədəflənir. “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan, İran və Rusiya 
dəmir yollarının birləşməsi daxil olmaqla Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün 
nəzərdə tutulmuşdur. Birinci mərhələdə, dəhliz boyunca ildə beş milyon ton yük daşınması 
planlaşdırılır, daha sonra 10 milyon tondan çox yükə yüksələcəyi ehtimal edilir
12

12
 
https://www.railwaypro.com/wp/iran-agrees-loan-rasht-astara-railway-project/
 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin