“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 12
2. Azərbaycanın “İpək Yolu” nəqliyyat dəhlizi üzrə logistik potensialının gücləndirilməsi sahəsində həyata keçirdiyi təşəbbüs və layihələr Azərbaycan yeni “İpək Yolu” layihəsi çərçivəsində logistik imkanlarının artırılması istiqamətində
fəaliyyətlərinin daha sistemli və kompleks xarakter alması üçün 2012-ci ildə “Gələcəyə baxış: 2020
Konsepsiyası”nı, 2016-cı ildə isə “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ni
təsdiqləmişdir. Həmin sənədlərdə logistika infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra
tədbir və planların həyata keçirilməsi nəzərdə tutulur. Ölkənin qeyri-neft sektorunu inkişafı, 2025-ci
illərə qədər və sonrakı dövrləri əhatə edən logistika, nəqliyyat və ticarət sahəsində infrastrukturun
təkmilləşdirilməsi, Azərbaycanın regional tranzit mərkəz olması, Ələt limanını fəaliyyətə başlaması,
xüsusi iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi -Qars və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir
yolu layihələrinin tamamlanması, logistika xidmətlərinin təkmilləşdirilməsi, logistik mərkəzlərin Bakı
və regionlarda yaradılması Strateji Yol Xəritəsinin əsas prioritetləri kimi müəyyən edilmişdi. Çünki
hökumət üçün aydındır ki, istehsal olunmuş məhsulların yeni bazarlara daha tez və ucuz yollarla
çatdırılması bir sıra addımlar atılmadan mümkün deyil. Bura nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi, qanunvericilikdə (vergi, gömrük) təşviq mexanimlərinin nəzərdə tutulması, sərhəd-
keçid məntəqələrində proseslərin elektronlaşdırılması, digər ölkə və qurumlarla azad ticarət
müqavilələrinin imzalanması, xüsusi iqtisadi zonaların yaradılması, logistika sektorunda fəaliyyət
göstərən dövlət şirkətlərinin fəaliyyətinin məhsuldarlığının artırılması və ya bir çox xidmətlərin özəl
şirkətlərə həvalə edilməsi kimi geniş istiqamətlər daxildir.
Ölkənin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə
isə Azərbaycan Respublikasının Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 655 saylı fərmanı ilə Tranzit
Yüklərin Koordinasiyası Şurası yaradılmışdır . Şuranın əsas vəzifəsi daşımaların vahid prinsip və
şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və
təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam
əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın
genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin tətbiqindən ibarətdir.