“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər Demokratik Təşəbbüslər İnstitutu (IDI) 14
2016-cı ildə isə Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu və liman rəhbərləri Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının inkişafına dair müqavilə imzaladılar. Assosiasiyanın
əsas məqsədi Transxəzər dəhlizi ilə yükdaşımaları uyğunlaşdırmaqdır. Tarif siyasətində effektivliyə nail
olmaq, gömrük və sərhəd keçidlərindəki maneələri və inzibati xərcləri azaltmaq üçün bir sıra ikitərəfli
və çoxtərəfli əməkdaşlıq sxemlərinin təsdiq edilməsi o zaman planlaşdırılan tədbirlər sırasında idi.
Müqavilənin gerçəkləşdirilməsi üçün hazırlanan xəritədə Cənub-Şərqi Asiya və Çindən başlayaraq
Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa ölkələrinə uzanan
Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu göstərilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu AB-
nin TRASEKA və Türkiyənin Çini Avropaya bağlamaq üçün Orta Dəhliz vizyonlarına uyğundur.
Ticarət yolu Çinin Qazaxıstanın qərb hissəsinə magistral və dəmir yolu, daha sonra gəmilərlə Xəzər
dənizi keçərək Azərbaycana, sonra Gürcüstan, Türkiyə və Avropaya davam edən magistral və dəmir
yollarını əhatə edir. Bu xətt dəniz nəqliyyatı üçün Bakı, Aktau və Türkmənbaşı limanlarından səmərəli
istifadə etməyə imkan verir və onları intermodal nəqliyyatla birləşdirir. Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu (TITR) həm Qazaxıstan, həm Azərbaycan və Gürcüstan, həm də Türkiyə əraziləri
vasitəsilə Çindən Avropaya və əks istiqamətdə malların tədarükü üçün nəzərdə tutulub. Marşrutun idarə
edilməsi və inkişafı iştirakçı ölkələr tərəfindən yaradılmış bir konsorsium tərəfindən dəstəklənir: Çin
Dəmir Yolu (Çin), KTZ Express (Qazaxıstan), Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Şirkəti, ADY
Express (Azərbaycan dəmir yolları) və Trans Qafqaz Terminalları (Gürcüstan). Üstəlik, Azərbaycan,
Qazaxıstan, Gürcüstan və Ukrayna, 1 iyun 2016-cı il tarixindən etibarən marşrutda yük daşınması üçün
rəqabətli giriş tariflərini tətbiq etdilər. 2017-ci ildə Beynəlxalq TITR Dərnəyinin üzvləri Qazaxıstan,
Çin, Ukrayna, Polşa, Türkiyə, Azərbaycan, dəmir yolu idarələri, liman, gəmiçilik və logistika
şirkətlərinin 80 nümayəndəsinin qatıldığı görüşdə Çin Rabitə və Nəqliyyat Assosiasiyası ilə əməkdaşlıq
memorandumu imzalanmışdır
9
.
21 noyabr 2017-ci ildə Avropa Birliyi ölkələri və Şərq Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan,
Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T)
genişləndirilməsi üçün investisiya hərəkət planına qoşuldular. Dünya Bankının dəstəyi ilə təşkil olunan
bu investisiya hərəkət planının əsas məqsədi nəqliyyat infrastrukturunda strateji investisiya
prioritetlərinin müəyyənləşdirilməsində qərarvericilərə köməklik etməkdir. 2030-cu ilə qədər
tamamlanması gözlənilən və büdcəsi 12.8 milyard olan bu investisiya planında Şərq Tərəfdaşlıq
9