“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
13 
Amma şübhəsiz ki, Azərbaycan hökumətinin tranzit ölkə kimi logistik potensialın gücləndirilməsi 
istiqamətində real praktik fəaliyyəti adıçəkilən sənədlərin qəbulundan və ya qeyd olunan Şuranın 
yaradılmasından daha əvvəlki illərə gedib çıxır. Bu baxımdan ən azından son 20 ilə yaxın dövr ərzində 
“İpək Yolu” layihəsində aktiv rol almaq, eyni zamanda da regional tranzit mərkəzə çevrilmək üçün 
insfrastruktur, gömrük və sərhəd keçid məntəqələri və digər dövlətlərlə əməkdaşlıq ilə bağlı atdığı 
addımları nəzərdən keçirmək vacibdir.
Çinin təklif etdiyi Bir Yol Bir Kəmər layihəsi ilə yanaşı Avrasiyanın istehsal, ticarət və nəqliyyat 
şəbəkələrini özündə birləşdirən Avropa Birliyinin irəli sürdüyü TRASEKA , Asiya İnkişaf Bankının 
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC), Rusiyanın Avrasiya İqtisadi Birliyi 
(EAEU ), ABŞ -ın Yeni İpək yolu, Türkiyənin Orta Dəhliz layihələrinin hər biri ölkələr və regionlar 
üzrə müxtəlif proqramlar təqdim edir. 
Azərbaycan 1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya-Transqafqaz” 
Nəqliyyat dəhlizinə (TRASEKA ) üzv olmuşdur. İmzalanmış sənədə əsasən qədim Şərq-Qərb İpək 
Yolunun bərpası, nəqliyyat kommunikasiya infrastruktrunun yenidən qurulması və inkişaf etdirilməsinə 
qərar verilmişdir. Azərbaycanla birgə Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Tacikistan
Türkmənistan, Özbəkistan, Ukraniya, Moldova, Monqolustan, Bolqarıstan, Ruminiya və Türkiyə də bu 
təşəbbüsə qoşulmuşdur. Yəni Çinin 2013-cü ildə təklif etdiyi layihədən daha öncə qədim İpək Yolunun 
yenidən canlandırılması üçün adıçəkilən dəhlizi üzərində yerləşən ölkələr arasında artıq anlaşma 
imzalanmış və qurum yaradılmışdır
.
2001-ci ildə əsası qoyulmuş CAREC proqramı Azərbaycan, Əfqanıstan, Çin, Qazaxtan, Qırğızıstan, 
Monqolustan, Tacikistan və Özbəkistan, Pakistan və Türkmənistan və Gürcüstandan ibarət 11 ölkəni 
əhatə edir. Bu proqramı 6 çoxtərəfli maliyyə institutu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və 
İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlət İnkişaf Proqramı və 
Dünya Bankı) dəstəkləyir. CAREC proqramı nəqliyyat, ticarət əlaqələrinin asanlaşdırılması, xarici 
ticarət və enerji sektorlarında əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyir. 
Türkiyənin irəli sürdüyü Orta Dəhliz layihəsi isə Avropa Birliyinin təşəbbüsü olan TRASEKA-nın 
bənzəri olub Türkiyəni Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya vasitəsi ilə Çinlə birləşdirir. Bu 
layihənin əsasında 2008-ci ildə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxstan və Qırğızıstan gömrük 
orqanları arasında sərhəd-keçid məntəqələrində sərf olunan vaxtın azaldılması, gömrük prosedurlarının 
azaldılması və vahid prosedurlara uyğunlaşdırılması üçün üçün Karvansaray Layihəsini imzalamışdılar.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin