“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun potensialının artırılması imkanları və mövcud problemlər


(i)  Çin-Monqolustan-Rusiya dəhlizi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix19.05.2022
ölçüsü1,4 Mb.
#58619
1   2   3   4   5   6   7   8   9   ...   33
zP9vAQB2t8KKnnKAyzpa0Q6ezKJfb7mKJgLApK2o

(i) 
Çin-Monqolustan-Rusiya dəhlizi, 
(ii) 
Yeni Avrasiya Quruyolu xətti,
(iii) 
Çin-Mərkəzi Asiya-Qərbi Asiya iqtisadi dəhlizi,
(iv) 
Çin-Hindçin yarımadası xətti,
(v) 
Çin-Pakistan dəhlizi,
(vi) 
Banqladeş -Çin-Hindistan-Myanmar dəhlizi. 
Dəniz yolu ilə Çindən Avropa yüklərin daşınmasına başlanılmazdan öncə Mərkəzi Asiya, Xəzər dənizi 
və Cənubi Qafqaz üzərindən keçən İpək Yolunun sayəsində ticarət yolu üzərində yerləşən ölkələrin 
ticarət əlaqələri inkişaf etmiş və öz məhsullarını yeni bazarlara çıxarmaq imkanları olmuşdur. Çinin 
yenidən öz cənub-qərb hissəsində yerləşən ərazilərin inkişaf etdirilməsi , həmçinin ticarət əlaqələrinin
genişlənməsi və ticarət həcminin artması , eyni zamanda geosiyasi maraqlardan dolayı İpək Yolunun 
yenidən aktiv şəkildə istifadəsinə keçilməsi ideyasından sonra təklif olunan dəhliz üzrə yerləşən 
ölkələr bu layihədə aktiv şəkildə iştirak etməyə çalışırlar. Dəhlizlər üzərində yerləşən 71 ölkənin (Çin 
xaric) nəqliyyat layihələri üzrə xərclərin 144-304 milyard ABŞ dolları olacağı təxmin edilir.
Dünya Bankının qiymətləndirmələrinə görə, bütün marşrutlar üzrə Çin də daxil olmaqla 71 ölkə yerləşir 
və bu təşəbbüsün effektiv reallaşacağı tədqirdə tranzit ölkələrin ticarətində 2.8-9.7 faiz intervalında 


“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
 
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI)

artım olacaq, habelə aşağı gəlirli ölkələr üçün birbaşa xarici investisiyaların həcmi 7.6 faiz artacaq. 
Qiymətləndirmələrə görə, insfrastrukturun keyfiyyətinin aşağı olması, dövlətlərarası gömrük və ticarət 
anlaşmaların yoxluğu və ya effektiv işləməməsi, sərhəd keçid məntəqələrində sərf olunan zamanın çox 
olması səbəbindən həmin ölkələr potensial ticarət həcminin 30%-ni, xarici birbaşa investisiya cəlbinin 
70%-ni itirirlər
4

Azərbaycan bu layihədə Çin-Mərkəzi Asiya-Qərbi Asiya (bundan sonra Şərq-Qərb ) dəhlizi üzərində 
yerləşir. Son bir neçə ildə layihənin aktiv iştirakçısı olmaq üçün bir sıra investisiya layihələri, 
dövlətlərarası anlaşmalar və birliklərdə iştirak etməyə başlamışdır. Dünya Bankının məlumatına əsasən 
2019-cu il üçün Azərbaycana olan birbaşa xarici investisiyanın həcmi 1,5 milyard ABŞ dolları 
dəyərində olmuşdur
5
. Bankın araşdırmasına əsasən, Azərbaycanın yerləşdiyi Şərb-Qərb dəhlizi
layihədə aktiv şəkildə istifadə edilərsə, bu zaman ölkəyə cəlb olan xarici investisiyanın həcminin 
artması, dəhliz boyunca yerləşən ölkələrlə ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, logistika 
infrastrukturun keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın digər sahələrinin də birbaşa və dolayı yolla 
inkişaf etdirilməsi imkanlarına malik ola bilər. Lakin bunun üçün ölkə yüksək keyfiyyətli logistika 
infrastrukturuna malik olmalıdır.
Dünya Bankının araşdırmalarına görə, İpək Yolu dəhlizində yerləşən ölkələr arasında ticarət zamanı 1 
günə qənaət edilməsi ortalama ixracın 5.2 faiz artması deməkdir
6
. Həmçinin ticarət zamanı yüklərin 
qısa zamanda çatdırılma tez xarab olan məhsullar üçün xüsusi ilə önəmlidir. Ölkələrarası ticarət 
anlaşmalarının olması, sərhəd keçid məntəqələrinin sərf olunan vaxtın azaldılması və ölkənin 
təkmilləşdirilmiş nəqliyyat infrastrukturunun olması nəticəsində ticarət zamanı sərf olunan vaxtın daha 
da azalması və yeni bazarlara çıxış imkanlarının artması deməkdir. Ümumilikdə isə bu dəhliz boyunca 
ölkələrin infrastrukturunda təkmilləşdirilmə, yenidənqurma, dövlətlərarası ticarət müqavilələrin 
imzalanması, sərhəd keçid məntəqələrində sərf olunan zamanın və tariflərin azaldılması üzrə qanunların 
olması nəticəsində ticarətin inkişafı ən çox Mərkəzi və Qərbi Asiya ölkələrində özünü biruzə verəcəkdir. 
İnfrastrukturun səviyyəsinin yaxşılaşmasına görə ticarətdə 7.3% artım, sərhəd keçid məntəqələrində sərf 
edilən vaxtda 16.6 % azalma olacağı təxmin edilir. Hesablamalara görə Azərbaycan üzrə isə sadəcə
infrastrukturun inkişafı nəticəsində ticarətin 6-8% artacağı, sərhəd keçid məntəqələrində sərf olunan 
4
Belt and road economics Opportunities and Risks of Transport Corridors, World Bank Group, 2019 , 
https://openknowledge.worldbank.org/handle/10986/31878

5
 
https://data.worldbank.org/indicator/BX.KLT.DINV.CD.WD?locations=AZ


 
6
Suprabha Baniya,Nadia Rocha , Michele Ruta : “Trade Effects of the New Silk Road :A Gravity Analysis|” Policy Research Working 
Paper 8694, World Bank Group, January 2019 , 
https://openknowledge.worldbank.org/bitstream/handle/10986/31138/WPS8694.pdf?sequence=5&isAllowed=y




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin