“İpək Yolu” layihəsində Azərbaycanın logistika infrastruktunun
potensialının artırılması imkanları və mövcud problemlər
Demokratik Təşəbbüslər İnstitutu (IDI)
33
Nəticə və Tövsiyələr
Azərbaycan “İpək Yolu” üzərində yerləşən tranzit ölkələrdən biri kimi son 20 ildən artıq bir dövrdə öz
logistik imkanlarının artırılması istiqamətində xeyli işlər görüb, müxtəlif beynəlxalq və regional
layihələrin iştirakçısına çevrilib. Hökumət nəqliyyat və logistika infrastrukturunun qurulmasına kifayət
qədər böyük həcmdə resuslar səfərbər edib. Həm də bütün bunlar bir-birilə rəqabət aparan alternativ
marşurutların formalaşdırıldığı bir dövrdə baş verib. Bu baxımdan hazırkı mərhələyədək “İpək Yolu”
layihəsi çərçivəsində Şərq-Qərb dəhlizinin Azərbaycan üçün açdığı imkanların, bu sahədə görülmüş
işlərin, qazanılmış uğurların, həllini gözləyən problemlərin dəyərləndirlməsi çox önəmlidir. Aparılmış
tədqiqatın bu istiqaəmətdə üzə çıxardığı əsas nəticələr aşağıdakılardır:
Azərbaycanın üzərində yerləşdiyi Şərq-Qərb dəhlizi digər alternativ dəhlizlərlə
müqayisədə daha qısa olsa da, ciddi rəqabətlə üzləşib. Qısalıq bu marşurutun cəlbedicilyini
artıran amil kimi görünsə də, Polşadan başlayaraq Çinin Sian şəhərinə qədər uzanan yeni
Avrasiya xəttinin ciddi rəqabətilə üzləşib. Çünki Polşa-Çin marşurutunda dəniz keçidi yoxdur və
birbaşa dəmiryoludur. Qeyd etmək lazımdır ki , Polşanın Slavkov şəhərində yerləşən
Avroterminala qədər qatar reyslərinin eni 1520 mm-dir və Çindən Qazaxstan-Rusiya -Belarus
və ya daha qısa yol olan Qazaxstan-Rusiya -Ukrayna marşrutu ilə yükləri qəbul edirlər. Slavkov
artıq Avropa ilə Çin arasında yüklərin logistika mərkəzlərindən birinə çevrilməkdədir . Bura
gələn yüklər rahatlıqla tır və ya digər dəmiryolu reyslərinə keçid etməklə Avropa ölkələrinə
çatdırılma edilir.Halbuki Şərq-Qərb dəhlizi müxtəlif tipli daşıma növləri (dəmir yolu-dəniz,
dəniz-dəmiryolu) üzrə keçidlər əsasında yüklərin daşınmasını təmin edir. Əlavə olaraq, hava
şəraitindən dolayı il ərzində soyuq aylarda təxminən 90 gün Xəzər dənizində gəmilərin yükləri
çatdırması zamanı gecikmələr yaşanmasına səbəb olur.
Dostları ilə paylaş: