Okean cərəyanları. Okean cərəyanları dəniz səthinin temperatur rejimində kəskin fərqlər yaradır və nəticədə havanın temperaturunun paylanmasına və atmosfer dövranına təsir edir. Okean cərəyanlarının dayanaqlığı ona gətirib çıxarır ki, onların təsiri iqlim əhəmiyyətinə malik olur. İsti Qolfetrim cərəyanı Atlantik okeanının şimal hissəsinə və Qərbi Avropaya istiləşdirici təsir göstərir.Soyuq cərəyanlarda keçirdikləri ərazilərin iqliminə əhəmiyyətli təsir göstərir göstərir.
Soyuq cərəyanlar rayonlarında dumanların təkrarı artır. Soyuq su üzərində passat zonasında konveksiya yoxa çıxır və buludluluq kəskin azalır. Bu isə öz nəvbəsində sahil cərəyanlarının mövcudluğuna səbəb olur.
Bitki və qar örtüyü. Kifayət qədər yaxşı inkişaf etmiş ot örtüyü, torpağın temperaturunun sutqalıq amplitudasını azaldır və onun orta temperaturunu aşağı salır. Deməli o havanın temperaturuna da uyğun formada təsir göstərir. Meşələrin iqlimə təsiri özünə məxsus və mürəkkəbdir.
Meşə öz üzərində hətta yağıntıları artıra bilir. Lakin bitki örtüyünün iqlimə təsiri əsasən mikroiqlim əhəmiyyətinə malik olub,havanın aşağı təbəqəsinə kiçik ərazilərə özünü göstərir.
Qar (həm də buz) örtüyü torpağın istilik itirməsini azaldır və temperatur tərəddüdünü aşağı salır. Lakin örtüyün səthi, gündüz vaxtı
günəş radiasiyasını güclü əks etdirir,gecə isə şüalanma yolu ulə soyuyur. Nəticədə o öz üzərindəki havanı da soyuyur. Yazda qar örtüyünün əriməsinə böyük istilik sərf olunur. Ona görə də əriyən qar örtüyü üzərindəki havanın temperaturu sıfıra yaxın olur. Qar örtüyü üzərində temperatur inversiyaları adi haldır.
Qar örtüyünün əriməsi torpağı rütubətlə zənginləşdiri və iqlim isti dövrünün iqlim rejiminə böyük təsir göstərir. Qar örtüyünün böyük albedosu səpələnən radiasiyanı artmır, ona görə də o,cəm radiasiyanı və işıqlanmanı artırır.
İnsan fəaliyyəti. İnsan fəaliyyəti əslində iqlimin coğrafi amilləri sırasına aid deyil. İnsan iqlimə yalnız təsərrüfat fəaliyyəti vasitəsilə təsir göstərir. Min illiklər ərzində insan öz təsərrüfat fəaliyyətində iqlim şəraiti ilə hesablaşmalı idi. Lakin təssüflər olsun ki,insan öz fəaliyyətində iqlimə müsbət və ya mənfi təsir göstərməsi ilə o qədər də hesablaşmamışdır. Əslində bu təsir çox zaman mənfi olmuşdur. Meşələrin qarışması torpaqların səmərəsiz şüalanması,şəhərlərin və sənaye müəsissələrinin tikilməsində elmin tövsiyyələrindən istifadə edilməsi niqlimin pisləşməsinə gətirib çıxarmışdır.
Söhbət hələlik mikroiqlimdən gedir, çünki praktiki olaraq yalnız onun yaxşılaşdırılması mümkündür. Onun yaxşılaşdırılması ən real yolu,bitki örtüyünə təsiridir. Suvarma mikroiqlimi yaxşılaşdıran tədrislərdən biridir. İri su ambarları mikroiqlimə təsir edir və bir qayda olaraq onu yaxşı tərəfə dəyişdirir.
Geniş mənada ümumiyyətlə iqlim dəyişmək,ona təsir etmək, əlbəttə ki,yalnız gələcəyin problemidir.
Mikroiqlim. Mikroiqlim dedikdə, artıq kiçik məsafələrdə əhəmiyyətli sürətdə dəyişilən iqlimi yerli amilləri nəzərdə tutulur. Eyni iqlim tipinə malik olan, eyni bir coğrafi rayonda yerləşən lakin qurliş və xassələri etibarı ilə bir – birindən fərqlənən və bir – birinin yaxınlığında olan sahələrdə müxtəlif mikroiqlim variantlarına rast gəlmək mümkündür. Çəmənlik və onun yaxınlığında yerləşmiş meşə üzərində, şualanmış sahə və bataqlıq üzərində və s Atmosfer şəraiti az və ya çox dərəcədə fərlənəcəkdir. Bu o deməkdirki göstəliən yelərdə eyni bir iqlim tipində müxtəlif mikroiqlimlər mövcuddur. Mikroiqlim fərqləri səth örtüyünün qurumuş və xassələrindəki kiçik miqyaslı fərqlərdən aslıdır.
Səth örtüyünün ekopozisiyası mikrorelyefin qeyri hamar olması torpağın rütubəti bitki örtüyü və s. mikro iqlim üçün əhəmiyyətli rol oynayır. Səth örtüyündəki bu fərqlər özünün udulan radiasiya, effeqtiv şualanma və səthin radiasiya balansında biruzə verir. Nəticədə temperatur və rütubət rejimində mikroiqlim fərqləri meydana çıxacaqdır. Mikroiqlim fərqləri yağıntı və buludluluq rejimində daha az nəzərə çarpır. Mikroiqlim fərqləri bir qayda olaraq aydın, sakit havalarda daha aydın müşühidə edilirdi. Tutqun və küləkli havalarda mikroiqlim fərqləri olduqca kiçilir.
İri obyektlərdən söhbət gedərkən ( məs. dəniz ,sahili , şəhər) Bəzən yerli iqlim anlayışından istifadə edirlər. Lakin mikro iqlim ilə yerli iqlim arasında aydın nəzərə çarpan bir sərhəd qoymaq mümkün deyil.
Mikroiqlim bilavasitə səth örtüyünün təsiri altında yarandığından, onu yer səthinin bilavasitə yaxınlığında meteroloji butqa səviyyəsində müşahidə etmək olar. Lakin bir necə metr yuxarıya getdikdə mikro iqlim fərqləri tədricən yoxa çıxır. Torpaq səthi üzərində, bir neçə santımetr yüksəklikdə mikroiqlim daha kəskin nəzərə çarpır. Lakin mikroiqlim fərqləri zəif olsada nisbətən böyük yüksəkliklərdədə qorunub saxlanılırş Ona görədə də mikroiqlim müşahidələrini səthdən belə bir neçə metrlərə yüksəklikdə aparılır.
Meyvə bağlarının , meşələrin mikroiqlimini öyrənmək üçün müşahidələri bitki örtüyü daxilində və bitkilərin çəmənləri üzərində apar
Maq lazımdır.Briz və dağ-dərə küləkləri kimi yerli iqlim hadisələrində onların şaquli qalınlığı yüz metrlərlə ola bilər.
Meşənin mikroiqlimi. Meşə örtüyü altında açıq sahələrdən əhəmiyyətli sürətdə fərqlənən xüsusi mikroiqlim şəraiti yaranır. Ağacların çətirləri arasından günəş şüalarının keçməsi səifləyir; sıx meşədə demək olarki bütün radiasiya səpələnən radiyasiydan əhatə olunur.Uyğun olaraq meşə örtüyü altında işıqlanma şəraiti də pisləşir.
Meşədə fəal səth rolu artıq ağacların çətirlərinə məxsusdur. Gündüz maksimum temperaturlar çətirlərin üzərində müşahidə ediləcəkdir., həm də temperatura burada həmin yüksəklidə açıq sahə ilə müqayisədə daha yüksək olacaqdır.Gündüz meşənin içərisində (yayda) temperatura çətirlərin üzərindəkindən xeyli aşağıdır. Gecə çətirlər şüalanan yolu ilə şox soyuyurlar və maksimum tem-tur bu zaman çətirlərdən 1 – 2m yüksəkdə müşahidə edilir. Lakin minimum tempera-lar çətirlər səviyyəsində deyil, meşənin daxilində müşahidə ediləcəkdir, Çünki soyuq hava çətirlərdən aşağıya doğru axacaqdır.
Yayda gündüz vaxtı meşə açıq sahədən soyuq, gecə isə isti olur. Qışda şərait daha mürəkkəbdir, lakin imumi yekunda meşə ilə çöl arasında temperatur fərqi yoxa çıxır. Orta çox illikdə meşə açıx sahədən soyuqdur.
Meşədə nisbi rütubət açıq sahə ilə müqayisədə bir neçə fazi yüksəkdir. Yayda bu fərq maksimum olur qışda isə fərq yoxa çıxır. Ağacların çətirləri daxilində istər nisbi və istərsədə mütləq rütubət yayda ən yüksəkdir. Külək meşəyə çatdıqda onun üzərindən aşıb keçmək isdəyir. Ona görədə çətirlər üzərində küləyin sürəti açıq sahilə müqayisədə daha yüksək. Meşənin daxilində küləyin sürəti xeyli zəifləyir. Şaquli istiqamətdə küləyin sürəti çətirin səviyyəsində çox zəiflənmiş olur.
Meşə çəmliklərə nisbətən daha az buxarlandırır. Lakin meşə səthindən buxarlanma daha uzun müddət gedir. Meşədə torpaq səthindən buxarlanma çox zəifdir. Əsas rol transpirasyasyaya məxsusdur. Meşə daxili rütubət dövranı əhəmiyyətli sürətdə arta bilməz, deməli bu yolla yağıntıları artılıra bilməz. Lakin görünür meşə səthin kələkötürlüyünü artıraraq qalxan cərəyanları gücləndirir, turbulentliyi və konveksiyanı artırmaq yolu ilə öz üzərində yağıntılar artır.
Şəhərin mikroiqlimi. Müasir böyük şəhər iqlimə əhmiyyətli təsir göstərir. Şəhər özünün yerli iqlimini yaradır. Onun ayrı – ayrı gücə və meydanlara tikililərdə küçə örtüklərdən yaşlılıqların paylanmasından aslı olaraq xüsusi mikroiqlim şəraiti yaranır. Bulanlığın ortası hesabına günəş radiasiyasının 20%ə qədəri itirilir. Evlərin damları və divarları küçələri meydanları gün ərzində güclü qızır və öz istiliyini havaya verir. Ona görədə şəhərdə temperatura kənd yerlərinə nisbətən yüksəkdir. İri şəhərlərdə orta illik temperatura 10 yüksək olur. Londonda şəhərin mərkəzində orta illik temperaturu +12,0 şəhər ətrafında +10,50 yaxında olan kəndlərdə isə +9,50 bərabərdir. Şəhərlər minimum temperaturaları xüsusi ilə çox yüksəkdir. Şəhər böyüdükcə yəni onun tikililəri artdıqca temperaturuda yüksəlir.
Küçələrin örtüklərindən və suyun kanalizasiyalara axıdılması ilə əlaqədar olaraq şəhərdə buxarlanma və rütubətlik aşağıdır.
Şəhər ərazisi ətraf ərazilərə nisbətən daha sürətlə qızdığından və daha çox kələkötür olduğundan, şəhər üzərundə konveksiya güclənir, buludluluq artır. Bununla əlaqədar olaraq şəhərdə günəşli saatların sayı və aydın günlırin sayı azalır. Şəhər üzərində yağıntıların artımı nəzər çarpır.
Şəhərin küçə və meydanlarının sistemi küləyin sürət və istiqamətin dəyişdirir. Küləklər əsaəsn küçə boyu əsir ümumiyyətlə şəhərdə küləyin sürəti zəifləyir. Lakin dar küçələrdə sürət xeyli artır. Sakit antisiklonik havada şəhərin qızmış ərazisində şəhər brizi adlanan hal müşahidə edilir. Zəif küləklər gündüz vaxtı ətraf ərazilərdən şəhərin mərkəzinə doğru istiqamətlənir.
Atmosferin istratifikasiyası dayanıqlı olduqda xüsusilə temperaturu inversiayaları zamanı tüstü yer üstü hava prosesində toplana bilər ki, bunun miqdarı çox olduqda zərərli fizialoji təsirlərə səbəb ola bilər. Zəhərli tüstü və qızmar havanın aşağı təbəqəsində toplana bilər və əhalinin kütləvi zəhərlənməsinə səbəb ola bilər. Məs. Rur vilayətinin şəhərlərində belə hallar qeydə alınmışdır.
Aftomobil nəqliyyatı şəhər havasının çox çirkləndirir. Los – Anjeles kimi böyük və sənaye cəhətdən yaxşı inkişaf etmiş şəhərdə üş milyondan artıq aftomobil vardır. Nəticədə sutka ərzində havaya 40 t bərk hissəsciklər, 450 t kükürd oksidi , 190 t azot oksidi daxil olur. Buna görə də şəhər havasında kondensasiya nüvələri həddən artıq çoxdur.
Dostları ilə paylaş: |