İqtisadi tədqiqat metodları


Oyunların təsvir üsülları



Yüklə 0,6 Mb.
səhifə5/6
tarix29.12.2021
ölçüsü0,6 Mb.
#48768
1   2   3   4   5   6
qq

Oyunların təsvir üsülları

Hər hansı bir oyunu təsvir etmək üçün oyunun oyunçularını, informasiyanı, oyunçuların seçimlərin və bu seçimlərə uyğun nəticələri (mükafatları) təyin etmək lazımdır. 3 növü var: Ekstensiv forma, Normal forma, Xarakteristik funksional forma

Ekstensiv formada oyunlar oyun ağacında təsvir olunur. Ağacın hər bir nöqtəsi oyunçuların seçimlərini göstərir. Ağac həmçinin oyunçuların seçim ardıcıllıqlarını və sonunda qazanclarını da təsvir edir.

Normal formada əsasən oyunlar matris şəklində göstərilir. İki oyunçudan ibarət oyunda, bir oyunçunun seçimləri sətrlərdən, digərinin isə sütünlar ibarət olur. Oyunçuların seçimlərinə uyğun qazancları müvafiq sətr və sütunların kəsişməsində göstərilir.

Xarakteristik funksional formada qazanclar müvafiq funksional formada göstərilir.

Oyunlar nəzəriyyəsi sübut edir ki, əgər oyunçular öz strategiyalarını dəyişməsələr, gec ya tez onlar hər-hansı tarazlıq vəziyyətinə gələcəklər və bu həddə artıq *uduşu* dəyişmək mümkün olmayacaq.  Bu cür tarazlıq halının 2  forması var : Neş Tarazlığı , Pareto Tarazlığı 

Hər kəs özü üçün fəaliyyət göstərəndə, onlar gec ya tez Neş tarazlığına, birləşdikdə isə uduşlarını maksimallaşdıraraq, Pareto tarazlığına çatırlar.

Neş tarazlığı - Bu elə bir vəziyyətdir ki, bir-birilə rəqabətdə olanlar (qeyri kooperativ oyun zamanı ) bir istiqamət üzrə hərəkət etdiklərinə görə uduşlarını artıra bilmirlər .

Pareto tarazlığı - Kooperativ oyun zamanı oyunçuların maksimal uduşunun əldə etdiyi (hər bir iştirakçıya bərabər miqdarda çatmaqla) lakin digər halda, bir istiqamətdə fəaliyyət göstərərək, öz uduşunu digərinin itkisi əsasında artıra bildiyi şəraitdir.




  1. Yüklə 0,6 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin