Oyun nəzəriyyəsi real həytda əksi və tətbiqləri
Zaman keçdikcə nəzəriyyə müəyyən formalara salınıb müxtəlif sahələrə daha geniş şəkildə tətbiq olunmağa başlandı. Ənənəvi oyun nəzəriyyəsində bütün oyunçular üçün ən yaxşı seçimi müəyyən etmək məqsədiylə modellərdən istifadə edilirdi. Oyun nəzəriyyəsi maksimum səmərəli qərarları müəyyənləşdirmək üçün, oyunçuların ümumi biliklərinin fərz edilməsi ilə yanaşı, rasional seçim nəzəriyyəsindən yararlanırdı. O, həm də öz oyunçularına rəqiblərinin strategiyalarını təxmin etməyə imkan verirdi. Ənənəvi oyun nəzəriyyəsi rasional oyunçuların verməli olduğu qərarı öyrənirdi, bu qərarın niyə verildiyini izah etməyə çalışmırdı. Elə buna görə də o, nəzəriyyə sayılırdı. (Normativ nəzəriyyələr, əsasən, subyektiv və rəylərə əsaslanır.) Oyun nəzəriyyəsinin əsas hipotezisi rasionallıqdır, ona görə də rasional və irrasional qərarların qarışığından ibarət problemlərə izah verə bilmirdi. (Colman, A. M. (2003). Cooperation, psychological game theory, and limitations of rationality in social interaction. Behavioral and brain sciences, 26(02), 139-153.)
Lakin davranışın oyun nəzəriyyəsi fərqlidir. Bu, pozitiv nəzəriyyədir. (Pozitiv nəzəriyyə obyektiv və faktlara əsaslanan olur. Pozitiv nəzəriyyələri sınaqdan keçirmək və doğru-yanlış olduğunu sübut etmək olur. Normativ nəzəriyyələr subyektiv və rəylərə əsaslanır deyə, apirect nəzəriyyələrin doğru-yanlışlığını sübuta yetirmək mümkün olmur).
Davranışın oyun nəzəriyyəsi eksperimental məlumatlardan istifadə etməklə qərar verilməsi barədədir. Bu nəzəriyyədə real həyat təcrübələri əsas götürüldüyündən, o həm rasional, həm də irrasional qərarlara şamil olunur. Xüsusilə davranışın oyun nəzəriyyəsi real dünyadakı qərarlara təsir edən faktorları izah etməyə çalışır. Bunlar ənənəvi oyun nəzəriyyəsi vasitəsilə postulat kimi götürülə və apire məlumatlardan istifadə edərək müşahidə oluna bilinirdi, lakin öyrənilə bilmirdi.
İnkişaf etmiş dünyamızda şirkətlər oyun nəzəriyyəsindən o qədər geniş istifadə edirlər ki, nəzəriyyə bəzi hallarda əks-təsirini göstərir. Belə ki, iqtisadi mühit bir növ mürəkkəb rasional qərarlar verən tərəflərin davranışları sayəsində formalaşır. Bu rasionallıq da özlüyündə iqtisadi dinamikanı yavaşladır. Şirkətlər o qədər rasional davranır ki, bu, qarşılıqlı olaraq münasibətlərin mürəkkəbləşməsinə və həmçinin bir-birlərinin qarşısını kəsdikləri üçün qazanclarının azalmasına gətirib çıxarır. Nəticədə onlar qəbul edirlər ki, rasional qərarların sicilləməsi onları dərəyə yuvarlayır və buna görə verməli olduqları qərarların tam əksini verirlər.
Oyun nəzəriyyəsi iqtisadiyyat, siyasət, biologiya, psixologiya, süni apirect və digər müxtəlif sahələrdə öz əksini apir və geniş tətbiq olunur.
Dostları ilə paylaş: |