İQTİSADİ TƏHLİLİN ÜSULLARI
İqtisadi təhlildə bir sıra üsullardan istifadə edilir. Bunların bir neçəsini nəzərdən keçirək;
1.hesablama üsulu.Bu üsul imkan verir ki,göstəricilər üzrə bir neçə nəticə cıxara bilək.Bu üsul həm də təsir göstərən amilləri müəyyən etməyə imkan verir.
2. Müqayisə üsulu. Müqayisə üsulundan istifadə edərək göstəricilər üzrə kənarlaşma müəyyən edilir.Sonra isə iqtisadi təhlilin digər üsullarından istifadə etməklə kənarlaşmanı yaradan amillər öyrənilir.Deməli o, sonuncu mərhələ deyildir.Başqa sözlə desək,müqayisə üsulunun verdiyi rəqəm bu təhlilin sonrakı mərhələsi üçün başlanğıc hesab edilir.Müqayisə üsulu ehtiyat mənbələrinin böyüklüyü barədə təsəvvür yaradır.Bu üsul vasitəsilə variantların əlverişlisi seçilir.
3. Qruplaşdırma üsulu. İqtisadi təhlildə qruplaşdırma üsulu,orta rəqəmin məzmununu dərk etməyə,onu açıb göstərməyə imkan verir.Başqa sözlə desək,bu üsul orta rəqəmə təsir edən amilləri öyrənir,həm də bu amillərin təsir dərəcəsi barədə təsəvvür yaradır.
4. Zəncirvari üsul. Göstəricilər arasında funksional asılılıq olduqda zəncirvari üsuldan istifadə edilir.Bu üsuldan istifadə etmək üçün əvvəlcə sintetik göstərici üzrə kənarlaşma müəyyən edilir,sonra isə ona təsir edən amillər ayrı-ayrılıqda öyrənilir.
5.Balans üsulu. Bu üsuldan müxtəlif göstəricilərin əlaqəsinin öyrənilməsində istifadə edilir.Bunun əhəmiyyəti ondadır ki,həm öyrənəcəyimiz göstəriciyə təsir edən amilləri müəyyən etməyə imkan olur,həm də göstərici ilə bağlı olan amillərin düzgün olması ilə bağlı məlumat ala bilirik.
6. Seçmə üsulu. Bu üsul imkan verir ki, iş vaxtı itkisini öyrənmək üçün müəyyən sahələrdə təhlil aparmaq yolu ilə səbəbləri müəyyən edək.Seçmə üsulu bu və ya digər məsələnin öyrənilməsini operativ surətdə həll etməyə imkan verir.
Dostları ilə paylaş: |