Müəssisədaxili təsərrüfat hesabı
Təsərrüfat hesabı istehsalın idarə edilməsinin plan metodudur. O eyni zamanda təsərrüfatın idarə edilməsinin əsas iqtisadi metodudur. Bu metodun əsas etibarilə iki növü çox yayılmışdır:
Tam təsərrüfat hesabı
Natamam və ya istehsaldaxili təsərrüfat hesabı
Tam təsərrüfat hesabı müəssisənin və istehsal birliyinin hərtərəfli müstəqilliyi və təsərrüfat hesabının bütün prinsiplərinin həyata keçirilməsinə əsaslanır (xərclərin ödənməsi,maddimaraq,maddiməsuliyyət,əməli təsərrüfat müstəqilliyi,mənfəətlilik,rentabellik,digərtaşkilat və müəssisələrlə qarşılıqlı müqavilələr bağlanması,hüquqi şəxs səlahiyyəti,manatla nəzarət və s.).
Müəssisədaxili təsərrüfat hesabında tam təsərrüfat hesabının bütün prinsiplərini eyni ilə tətbiq etmək zərurəti olmadığından ona natamam və ya istehsaldaxili təsərrüfat hesabı deyilir.
Təsərrüfat hesabının prinsipləri (əsas etibarilə) müəssisələrin və istehsal birliklərininbriqada,şöbələrinə,sexlərinə və hətta iş yerlərinə tətbiq edildikdə istehsal daxili təsərrüfat hesabı alınır.İstehsaldaxili təsərrüfat hesabı tam təsərrüfat hesabına nisbətən az inkişaf etmişdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, təsərrüfat hesabı metodu ilə işlədikdə natural göstəricilərlə yanaşı daha çox pul göstəricilərininplanlaşdırılması və uçota alınması lazım gəlir. Digər tərəfdən təsərrüfatın istehsal-maliyyə fəaliyyətinin qiymətləndirilməsi tələb olunur. Daha doğrusu təsərrüfatın və onun ayrı-ayrı bölmələrinin istehsal fəaliyyətinin pul göstəriciləri ilə qiymətləndirilməsi lazım gəlir. Burada 1-ci növbədə gəlirin planlaşdırılması və uçotu zərurəti yaranır. Tam təsərrüfat hesabı ilə işlədikdə gəlirin və digər maliyyə göstəricilərininplanlaşdırılması və uçotunda da elə bir çətinlik yoxdur. Belə ki, gəliri hesablayarkən daşıma tarifindən, yəni dövlətin təsdiq etdiyi qiymətdən istifadə edirik. Bu qiymət təsərrüfatın daşıma fəaliyyətinə və bu fəaliyyətlə bilavasitə əlaqədar proseslərə aiddir.
Bu çətinliyi aradan qaldırmaq üçün və istehsaldaxili təsərrüfat hesabını sözün əsl mənasında tətbiq etmək üçün çox hazırlıq işləri görülməlidir.
` Nəqliyyatda statistik uçotun təşkili
Statistik uçot-uçotun əsas növü sayılır. Bu uçotun elmi-metodoloji əssasını statistika elmi təşkil edir.
Statistika dedikdə, hər şeydən əvvəl, ictimai hayatın müxtəlif tərəflərini (istehsal, bölgünü, məhsulun tədavülünü, əhalinin maddi və mədəni səviyyəsini və s.) kəmiyyətcə xarakterizə edən göstəriciləri başa düşmək lazımdır.
Statistika müstəqil ictimai elmdir, çünki onun tədqiqat obyekti ictima həyatda baş verən hadisə və proseslərdən ibarətdir.
Statistika xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı, əsas fondların həcmi, əmək məhsuldarlığının və məhsulun maya dəyərinin səviyyəsi və s. haqqında məlumat toplayır. Həmin hadisələrin ayrı-ayrı vahidləri deyil, onların cəmi, yəni statistika məcmusu statistikanın predmetini təşkil edir.
Məlumdur ki, ictimai hadisələrin kəmiyyət və keyfiyyət tərəfləri bir biri ilə sıx sürətdə əlaqələnir. İctimai hadisələrin kəmiyyət tərəfini öyrənməklə, biz onların keyfiyyət tərəfini də dərk etməli oluruq.
Statistika ictima hadisələrin kəmiyyət tərəflərini konkret məkan və zaman daxilində göstəricilər vasitəsi ilə əks etdirir. İctimai hadisə əlamətlərinin həcmini və miqdar nisbətlərini əks etdirən kateqoriyaya statistika göstəricilər deyilir.
Dostları ilə paylaş: |