Azad qiymətlər – azad bazarda tələb və təklifin təsiri altında formalaşan qiymətlərə deyilir.
Hərrac qiymətləri – hərrac dükanlarında malların satılmasında istifadə edilir.Bu qiymətlə mallar müsabiqə əsasında sərbəst alınıb-satılır.
Bazar qiymətləri – bazarlarda mala olan tələb və təklifdən asılı olaraq sərbəst surətdə müəyyənləşdirilir və onlar dövlət tərəfindən tənzimlənmir.
Dünya qiymətləriilə mallar xarici ölkələrin bazarlarında realizə edilir. Bu növ qiymətlər bazardakı tələb və təklifdən asılı olaraq, tənzimlənir.
Ekspert qiymətləri –ekspertlərin rəyinə, mövcud məlumatlarından və aparılan sorğudan asılıdır.
İnhisar qiyməti – malın bazar qiymətinin spesifik formasıdır; məhsulun tam maya dəyərindən çox yüksəkdir və ona görə də istehsalçıya-satıcıya əlavə gəlir əldə etməyə imkan verir. Bu qiymət bazarda malın qıtlığı hallarda istifadə olunur.
İstehsal qiyməti – istehsal xərcləri ilə orta mənfəətin cəmindən ibarət olub, əmtəə dəyərinin çevrilmiş formasıdır.
Komisyon qiymətləri – komisyon mağazasına malı satmaq üçün təhvil verən mal sahibi ilə komisyonçu arasında razılaşmaya əsasən müəyyən edilir və bağlanan müqavilə onun əsasını təşkil edir.
Mövsümi qiymətlər – ən çox kənd təsərrüfatı və yeyinti sənayesi müəssisələrinin məhsullarını (məsələn, dondurma, mineral sular, soklar və s.) satarkən tətbiq olunur. Onun həddi istehsalın həcmindən və vaxt amilindən asılı olur.
Müvəqqəti qiymətlərilə keyfiyyəti yaxşılaşdırılmış və istehsalçıların böyük tələbatı olan mallar satılır.
Müqavilə qiymətlərininhəddi tərəflərin, yəni istehsalçılar ilə istehlakçılar arasında razılaşma əsasında müəyyən edilir. Onlar hazırda istehsalçı ilə istehlakçı dövlətin iştirakı olmadan müəyyən olunurlar.
Limit qiymətiistehsalçı (satıcı) ilə razılaşdırılmaqla tapşırığı (sifariçi) verən təşkilat (sifarişçi) tərəfindən müəyyən edilir və qiymətin mümkün maksimal səviyyəsini ifadə edir. Onun həddini bazar topdansatış qiymətləri müəyyən edir.
Satınalınma qiymətləri, əsasən kənd təsərrüfatı məhsulları üçün müəyyən edilir Bu qiymətlə fermer təsərrüfatlarından və kənd əhalisindən kənd təsərrüfatı malları satın alınır və iri şəhər və rayonlarda satılır. Pərakəndə satış qiymətləri xalq istehlakı mallarının satılmasında tətbiq edilir.
Topdansatış qiymətləri – ilə istehsalçı müəssisələr (satıcılar) öz məhsullarını digər müəssisələrə və əhaliyə satırlar
İstehlak qiyməti– bazarda rəqabət nəticəsində yaranır. Bu növ qiymətin əsasını məhsulun istehlak dəyəri təşkil edir. Məhsulun istehlak dəyəri dedikdə, onun istehlakçının bu və digər tələbatının ödəmə qabiliyyəti nəzərdə tutulur.
İş qiyməti – işə görə əmək haqqı sistemində işçinin saatlıq, günlük və aylıq (illik) əmək haqqının kəmiyyətini hesabladıqda tətbiq edilir.
Müqayisəli qiymətlər – məhsulun qiymətləndirilməsi məqsədilə müxtəlif dövrlərdə onun həcmini müqayisə etmək və ya dinamika göstəricilərini müəyyənləşdirmək üçün tətbiq edilir.
Regional qiymətlər –daxili bazarda tətbiq edilir. Regional qiymətlərin həddi müxtəlif regionlarda eyni deyildir.
Sabit qiymətlər– əsasən, dövlət tərəfindən strateji əhəmiyyətli məhsullar (məsələn, neft, qaz, enerji və s.) üçün təyin edilir və müəyyən edilmiş müddətlərdə dəyişməz qalır.
İxrac qiymətləri – xarici ölkələrə məhsul satılan zaman tətbiq edilir və s. qiymətlər.
Qiymətin funksiyaları.
Qiymət öz təyinatına görə bir çox funksiyaları yerinə yetirir. Onlardan, əsasən, uçot, stimullaşdırıcı və bölüşdürücü funksiyalarını təşkil edir. Uçot funksiyası–ictimai əmək sərfinin və nəticələrinin uçotu və ölçülməsi ilə əlaqədardır;stimullaşdırıcı funksiya– istehsalın surətinə, məhsulun çeşidinin təzələnməsi və keyfiyyətinin yüksəldilməsinə, texnoloji avadanlıqların işə salınmasının sürətləndirilməsinə, materiala qənaət edilməsinə və əmək sərfinin azaldılmasına və s. qiymətin təsir göstərməsi ilə bağlıdır; bölüşdürücü funksiya– mallara olan tələb və təklifin nisbətinə, istehsalın və istehlakın optimal strukturunun formalaşmasına təsir göstərir.
Rabitə tarifləri.
Rabitə xidmətlərinə tariflər - bu abunəçi və istifadəçilərə ictimai, istehsal və şəxsi məqsədlərlə istifadə üçün göstərilən pullu xidmətlərdir. Tarifləri əsas və əlavə xidmətlərə tariflərə bölürlər.
Əsas xidmətlərə tariflər pullu xidmətlərə əsasən müəyyən edilir. Məs. Əsas xidmət tarifləri poçt rabitəsində göndərişlərin çəkisindən və ya köçürülən pulun məbləğindən asılı olaraq təyin olunur. Teleqraf rabitəsində sözlərin sayından, telefon rabitəsində isə danışıq məntəqələri arasındakı məsafədən asılı olaraq təyin edilir.
Əlavə xidmətlərə tariflər əlavə bölmə kimi qeyd olunur. Məs. Beynəlxalq danışıqlar zamanı abunəçilərə danışıq müddəti danışığın abunəçinin hesabına ödənilməsi barədə məlumat verilir.
Xidmətlərin ödənilməsinə əsasən tariflərin 3 növü var: ümumi, təcili və güzəştli.
Ümumi tarifə müəyyən keyfiyyətə malik pullu xidmətlərin növləri aiddir.
Təcili tariflər abunəçilər məlumatın ötürülməsini tezləşdirmək istədikdə tətbiq edilir.
Güzəştli tariflər ümumi tariflərdən nisbətən endirimli ayrı-ayrı xidmət növlərinə tətbiq edilir. Məs. Axşam və gecə saatlarında, bayram günlərində telefon rabitəsində qiymətlərin aşağı salınması buna misaldır.