qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom
Pulun təkamülü
Zaman keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə bir tərəfdən, əmtəə istehsalı və mübadilənin inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana çıxmışdır, sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə “qurt” kəsikli edilirdi. İlk sikkələr demək olar ki,e.ə. VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) meydana gəldi. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Ölkələr qızıl tədavülünə XX əsrin yarısında keçmişdilər. Bu ölkələrdən aparıcısı Böyük Britaniya idi ki, öz müstəmləkə və dominionları ilə birlikdə qızıl hasilatı üzrə dünyada birinci yeri tuturdu. Həqiqi pullar üçün sabitlik xarakterikdir.
Qızıl tədavülü I dünya müharibəsinədək mövcud olmuşdur.
Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:
Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr
Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.
Kağız pullar– tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi.