Bazar iqtisadiyyatının yuxarıda qeyd etdiyimiz kimi əsas kateqoriyalarından biri də təklifdir. Təklif dedikdə, satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən kəmiyyətə satmaq arzusu və imkanı başa düşülür. Təklif istehsalla sıx bağlı olsa da, bu kateqoriyalar həm öz iqtisadi məzmununa, həm də həcminə görə bir-birindən fərqlənirlər. İstehsal bilavasitə maddi nemətlərin yaradılma prosesini ifadə edən kateqoriyadır, təklif isə əsas etibarı ilə mübadilə, bazar münasibətlərini xarakterizə edir. Təklif öz həcmi etibarı ilə adətən istehsaldan azdır. Belə ki, istehsal edilmiş əmtəələr daxili bazardan kənar istehlakçılar, ehtiyatların tamamlanması və ixrac üçün nəzərdə tutulur. Təklif dialektik xarakterə malik olub, daim hərəkətdədir.
Təklifin səviyyəsi təklif qanununun təsiri altında formalaşır. Bu qanuna görə əmtəə üçün alıcılar tərəfindən təklif edilən qiymət nə qədər yüksək olarsa, satıcı bazara bir o qədər çox məhsul çıxarmaqda maraqlı olacaqdır. Başqa sözlə desək, təklif qanunu məhsulun qiyməti ilə onun təklifi arasında düz mütənasiblik olduğunu göstərir.
10
1 3 4 Şəkil 2. Təklifin qrafiki.
Q - qiymət; T - təklifin kəmiyyəti.
Təklifin dəyişməsinə təsir edən amillər
Tələb qanunu kimi təklif qanununun da fəaliyyətini Cədvəl 4-dəki kimi ifadə edə bilərik.
Qiymət
10
8
6
4
2
Təklifin həcmi
5
4
3
2
1
Tələb kimi, təklifin də formalaşmasına 2 qrup amil: birincisi, qiymət amili, ikincisi isə əmtəənin qiyməti ilə bağlı olmayan qeyri-qiymət amilləri təsir edir.
Təklif qanununa uyğun olaraq qiymət dəyişərkən bazara çıxarılan əmtəənin həcmi də dəyişir, yəni qiymət yüksək olarsa təklifin həcmi artır, əksinə olarsa isə azalır.
Təklifin özünün dəyişməsi qeyri-qiymət amillərinin təsiri altında (qiymət dəyişməz qalmaq şərti ilə) baş verir.
Təklifin dəyişməsinə səbəb olan qeyri-qiymət amilləri aşağıdakılardan ibarətdir.
Məhsul istehsalına çəkilən iqtisadi resursların qiyməti.
İstehsalın texnologiyası.
Dövlət vergilərinin həcmi.
Satıcıların sayı.
Məhsulun qiyməti ilə bağlı gözləmələr.
Hər bir əmtəə istehsalçısının konkret bazarda təklif etdiyi məhsul onun fərdi təklifini, fərdi təkliflərin məcmusu isə həmin məhsul üçün bazar təklifini təşkil edir.
Bazar təklifi anlayışını məcmu təklif anlayışından fərqləndirmək lazımdır. Məcmu təklif dedikdə, təkcə konkret əmtəə bazarında deyil, ölkənin hər növdən olan bütün bazarlarında qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmusu başa düşülür.