İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə34/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   30   31   32   33   34   35   36   37   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

10

1 3 4
Şəkil 1. Tələbin qrafiki.
Q-qiymət; T-tələbin kəmiyyəti.



  1. Tələbə təsir göstərən amillər

Tələbatla tədiyə qabiliyyətli tələb arasında keyfiyyət fərqi isə özünü onda göstərir ki, tədiyə qabiliyyətli tələbin ödənməsi mütləq bazarın mövcudluğunu tələb edir, tələbata gəldikdə isə onun meydana gəlməsi və ödənilməsi əmtəə-pul münasibətlərindən, deməli, bazar münasibətlərindən kənarda da baş verə bilər.
Tələbin səviyyəsi əsasən tələb qanununun təsiri altında formalaşır. Bu qanuna uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə tərs mütənasibdir. Başqa sözlə, əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin kəmiyyəti azalır və əksinə.
Tələb qanununun fəaliyyətini cədvəl 3-də aşağıdakı kimi göstərə bilərik.

Qiymət

10

8

6

4

2

Tələbin həcmi

1

2

3

4

5

Tələb qanununun fəaliyyəti ilə bağlı bir sıra xüsusiyyətləri qeyd etmək lazımdır. Əvvəla, bu qanun tələbin səviyyəsinə təsir edən bir çox amillərin rolunun nəzərə alınmadığı bir şəraitdə yalnız qiymət amilinin təsiri üçün doğrudur. Əgər məhsul satılmayaraq yığılıb qalarsa, istehsalçılar onu yalnız qiymətini aşağı salmaq yolu ilə reallaşdıra bilərlər. Bununla yanaşı, qiymətin enməsi alıcıya imkan verir ki, nəinki bu maldan əvvəlki həcmdə alsın, həm də pulunun artıq qalmış hissəsi hesabına digər bir məhsulu, onun üçün əvvəllər birinci məhsulun alternativini təşkil edən başqa məhsulu da əldə etsin. İqtisadi ədəbiyyatda belə bir hal “gəlirin səmərəsi" adlanır.
Bir sıra məhsullar bir-birinə münasibətdə əvəzedici mallar kimi çıxış edirlər. Məsələn, kərə yağı, marqarin, mal və qoyun əti və s. bu qəbildən olan əmtəələrdəndir. Əvəzedici məhsullardan hər hansısa birinin qiymətinin digərinə nisbətən azalması alıcını məhz həmin əmtəəni onun əvəzedicisinə nisbətən daha çox istehlak etməyə (almağa) həvəsləndirir, çünki onu əldə etmək daha sərfəli olur. İqtisadi ədəbiyyatda həmin hal “əvəzetmənin səmərəsi” adlanır. Tələblə bağlı bir-birilə əlaqədar iki anlayışı, tələbin qiyməti və tələbin həcmi anlayışlarını fərqləndirmək lazımdır. Bazarda hər hansı bir əmtəəyə olan tələbin həcmi hər şeydən əvvəl əmtəənin qiymətindən asılıdır. Əgər alıcı 3 kq alma əldə etmək istəyirsə, bu həcmdə olan məhsul qiymətlərin bütün səviyyələrində deyil, yalnız müəyyən bir səviyyəsində, məsələn, 100 manat olduqda alıcının tələbini ödəyir. Alıcının mənafeyi baxımından bu qiymət onun məhsul üçün verə biləcəyi ən yüksək qiymətdir. Beləliklə, alıcının vaxt vahidi ərzində əmtəənin müəyyən kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət - tələbin qiyməti adlanır. Bununla bərabər əmtəənin müəyyən qiymətində (məs. 100 manat) alıcının əldə et- mək istədiyi kəmiyyət (məs. 3 kq alma) tələbin həcmi adlanır.
Tələbin həcmi yalnız bir amilin təsiri altında formalaşır ki, bu da qiymətdir. Tələb qanununa görə əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət azalarsa, tələb yüksələcəkdir.
Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər əmtəələrin qiymətləri, alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcıların sayı və s. Bütün bu sadalanan amillər üçün ümumi cəhət ondan ibarətdir ki, qiymətin sabit qaldığı şəraitdə bunların təsiri ilə təkcə tələbin həcminin dəyişilməsi deyil (çünki bu yalnız qiymətin dəyişməsi nəticəsində baş verir), tələbin özünün də dəyişməsi baş verir və yeni keyfiyyət halı kəsb edir.
Fərdi tələb dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Məsələn, əgər bazarda almanın kq-ı 2000 manat olarsa, 1-ci alıcı həmin qiymətə 2 kq, 2-cisi 3 kq, 3-cüsü isə 4 kq almaq arzusuna və imkanına malikdir.
Bazar tələbi dedikdə, konkret əmtəə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində (məs., 2000 manat) alma almaq istəyən bütün alıcıların fərdi tələblərinin məcmusu (2+3+4=9) başa düşülür.
Məcmu tələb dedikdə isə cəmiyyət miqyasında bütün növdən olan əmtəə və xidmətlər bazarında iştirak edən bütün alıcıların: fərdlərin, müəssisələrin (firmaların), hökumətin qiymətlərinin hər hansı bir səviyyəsində formalaşan tələbinin həcmi başa düşülür.




  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin