qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom
Tələb və təklifin qarşılıqlı əlaqəsi və onların elastikliyi
Tələb və təklifin qarşılıqlı təsiri və əlaqəsi nəticəsində bazar mexanizminin ən vacib ünsürü olan bazar qiyməti əmələ gəlir. Tələb və təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymət, tarazlıq qiyməti adlanır.
Tarazlığın səviyyəsi və qiyməti göstərir ki, bazarda bir-birinə qarşı əks qüvvələr kimi çıxış edən tələb və təklifin səviyyələri uyğunlaşmışdır, yəni istehsalçıların satmaq istədikləri əmtəələrin kəmiyyəti və qiyməti ilə istehlakçıların əldə etmək istədikləri əmtəələrin kəmiyyəti və qiyməti bir-birinə uyğundur. Belə bir tarazlıq şəraitində bir-birinə qarşı çıxış edən bütün bazar amillərinin təsiri heçə enir, onlar arasında sanki həmrəylik yaranır, real bazar qiyməti tarazlıq qiymətinə bərabər olur. Əgər bazarda hər hansı bir əmtəənin real qiyməti tarazlıq qiymətindən yüksək olarsa, təklifin «artıqlığı» yaranacaq. Bu onunla əlaqədardır ki, yüksək qiymət şəraitində istehsalçılar bazara daha çox mal çıxarmaq istəyəcək, alıcılar isə həmin məhsuldan az almağa çalışacaqlar. Belə bir vəziyyət istehsalçıları məhsulun qiymətini aşağı salmağa və istehsalını azaltmağa məcbur edəcək. Qiymətin aşağı düşməsi öz növbəsində alıcıları həmin maldan daha çox almağa sövq edəcək və onların tələbi artacaqdır. Qiymətin təklif xətti boyunca aşağı düşməsi, tələbin səviyyəsinin isə öz xətti boyunca artması prosesi, onların tarazlıq qiymətində gö- rüşməsinə qədər davam edəcək və beləliklə, tarazlıq səviyyəsi təmin ediləcək.
1 3 4 Şəkil 3. Tarazlığın qrafiki.
Q -qiymət; T -tələb və təklifin kəmiyyəti.
Başqa bir halda real bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa «tələbin artıqlığı» əmələ gələcək, belə ki, aşağı qiymət şəraitində alıcılar daha çox almaq istəyəcəklər. Digər tərəfdən, əmtəənin real bazar qiymətinin ucuzluğu istehsalçıları həmin əmtəəni az təklif etməyə sövq edəcəkdir. Nəticədə qiymətin artması baş ve- rir ki, bu da bir tərəfdən məhsulun istehsalının genişlənməsinə, digər tərəfdən isə istehlakın azalmasına gətirib çıxarır. Bu proses də əvvəlki kimi tarazlıq səviyyəsinin əmələ gəlməsinə qədər baş verəcəkdir.
Qeyd etmişdik ki, bazarda əmtəənin qiyməti sabit qalmaqla, qeyri-qiymət amillərinin tələb və təklifə təsiri nəticəsində onların dəyişməsi baş verir. Deyilənlərə əlavə edərək göstərmək lazımdır ki, qeyri-qiymət amillərinin təsiri nəticəsində tələbin və ya təklifin artması və ya azalması tarazlıq qiymətində də müvafiq dəyişikliyə səbəb olur.