THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
242
26-27 October 2018, Baku, Azerbaijan
Sindromunu yaradan səbəblər. İşçilərin təşkilata bağlılıqları və bunun nəticəsi olaraq işlərində
yüksək nailiyyətlər göstərərək özlərini reallaşdırma hissi ilə kiçilmənin nəticəsi işdən çıxarılmaları
işçinin bu məqsədini reallaşdırması önündə yaratdığı maneə, işçidə yaratdığı ziddiyyətlər Sindiromu
yaradan əsas səbələrdəndir [Fong və Kleiner, 2004:13].
Kiçilmənin rəhbərlər tərəfindən lazımi əhəmiyyət verilmədən (elan edilməsi, zamanı vəs.)
aparılması da sendromu şiddətləndirir, təşkilatın fəaliyyətini təhlükəyə aparır. Sindiromu yaradan bir
başqa səbəb də qalıb işləyənlərin sadəcə işdən çıxarılan iş yoldaşları üçün üzülmələri deyil,
“sağqalanlar” olduqları üçün digərləri tərəfindən xəyanətkar və qəbahətli olmaları ilə
günahlandırılmalarıdır [Donia, 2000:21-22]. Sindiromun meydana çıxmasının əsas səbəblərini
aşağıdakı kimi sıralamaq olar [Türkmen, 2006:3]:
İşdən çıxarılan işçilərlə oxşar xüsusiyyətlərə sahib olmaq;
Qalıb işləyənlərin özlərinə olan güvən səviyyəsi;
Təşkilati siyasət və prosedurlar;
Ətraf mühit;
Ailə vəziyyəti (tabeliyində olan ailə üzvlərinin sayı);
Yeni iş tapma şansı (yaş, cins, təcrübə, iqtisadi şərtlər vs.);
İşçinin maddi imkanları (bütün ailənin gəlir səviyyəsi, yaşama standartı vs),
Sosial mövqe.
Yuxarıda sadalanan faktorların təsiri ilə yaranan sindiromun səbəb olacağı reaksiyaların
şiddətini atrıran ünsürlər isə bunlardır [Hussey, 1998:73]:
• Işdən çıxarılmaların dərəcəsi və bildirilmə şəkli,
• Qalıb işləyənlərin nöqteyi-nəzərlərinə görə işdən çıxarılmaların səbəbləri,
• Qalıb işləyənlərin işdən çıxarılanlarla olan səmimiyyətləri,
• İşdən çıxarılanların işdən çıxdıqdan sonrakı vəziyyətləri, şəxsi və iş şərtləri,
• Qalıb işləyənlərin özlərini nə qədər güvəndə olduqlarını hiss etmələri,
• Yeni vəziyyətə uyğunlaşa bilmək üçün verilən dəstəyin ölçüsü.
Sindiromun təsirlərini işçilər və təşkilat üzərində olmaqla iki əsas yerə ayırmaq olar.
İşçilərə təsirləri. Təşkilati kiçilmədən ən çox təsirlənən işçilər bu yenidən qurmanı iqtisadi
deyil, sosial-psixoloji bir hadisə olaraq qiymətləndirirlər. Aparılan müxtəlif araşdırmalar zamanı əldə
edilən məlumatlara görə kiçilmə cəhdlərindən sonra insanların sosial münasibətlərinə təsirlər və
işçilərin bir-birlərinə bağlılıqlarında parçalanmalar olduğu müşahidə edilmişdir. Bu sindirom
davranışlarda ümumiləşmiş qəliblər yaratmışdır. Bunlardan passiv-hücümçu davranışı ən çox rast
gəlinir [Ciancio, 2000:44]. Dostlarının və iş yoldaşlarının işdən çıxarılması ilə əlaqədar daha tədbirli
olan və mühafizəçi bir davranış göstərmək əvəzinə işçilər, narazılıqlarını negativ sözlər, ifadələr, tərs
davranışlar, alçaldıcı, qıcıqlandırıcı hətta düşmən kimi sərt danışıqlarla göstərirlər. Sindiromun əsas
təsirlərini aşağıdakı kimi sıralamaq olar:
• Qorxu, güvənsizlik, təşkilatdan asılılıq, qeyri-müəyyənlik, təşkilat daxili qarşılıqlı əlaqə
nöqsanlığı, planlama və qarşılıqlı əlaqələrdən razı olmama, strateji idarəetmədəki nöqsanları hiss
etmələri, davamlı dəyişmə duyğusu hiss etmə,
• Əsəbilik, məyusluq, dəyərsiz hiss etmə,
• Bədbəxtlik, depressiya, günahkarlıq duyğusu, yüksək stress səviyyəsi, qısa dövrlü faydaya
yönəlmə (işçilərin öz gələcəkləri ilə əlaqəli layihələr etməmələrinə səbəb ola bilir),
• Etibarsızlıq, ədalətsizlik, sədaqət əskikliyi, davamlı olaraq işdən çıxarmaları bitmiş olmasını
istəmək, motivasiya itkisi və haqsızlıq edildiyi duyğusu, işdən çıxarma proseslərinə qarşı olmaları.
İşdən çıxarma yoluyla kiçilmənin işçilərdə yaratdığı təsirlərin nəticəsi olaraq işçilərin
reaksiyalarında da dəyişikliklər meydana çıxır. Kiçilməyə olan reaksiyalarını qalıb işləyənlər iki
formada göstərirlər- qurucu/daxıdıcı və aktiv/passiv. Qurucu qalıb işləyənlər kiçilmədən önəmli bir
təhdid və ya zərər görməyənlərdir və buna görə də kiçilməni tamamlanmaq üçün yuxarı xətt
idarəediciləri ilə birlikdə işləmək istəyirlər. Bunun əksinə olaraq dağıdıcı mövqedə olan qalıb
işləyənlər daha çox təhdid hiss edir və ya kiçilmənin daha çox zərər görəcəkləri mühakiməsinə düşən
və kiçilməni reallaşdırmaq üçün birlikdə işləməyi daha az istəyirlər
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
243
26-27 October 2018, Baku, Azerbaijan
Şəkil 1. [Mishra, Aneil K. ve Gretchen M. Spreitzer (1998), Explaining How Survivors Respond to Downsizing: The Roles
of Trust, Empowerment, Justice and Work Redesign, Academy of Management Review, Vol. 23, No.3, p.569]
Kiçilmə işçilərlə bərabər şirkətin fəaliyyətinə də təsir edir. Stress, qarışıqlıq və artan iş yükü
işçilərdə bezginlik hallarını artırır, komanda fəaliyyətini azaldır, motivasiyanı aşağı salır və iş səviyəsi
azalır. Rəhbər işçilər arasında da onların nə vaxtsa işdən çıxarılacaqları qorxusu iş şəraitində gərgin
mühit yaradır.
Bu sindiromun idarə edilməsi üçün kiçilmə strategiyasını tətbiq edərkən üst rəhbərlər işçilərdə
buna qarşı nə kimi reaksiyaların olacağını əvvəlcədən düzgün araşdırıb planlamalıdırlar. Bərabərlik,
güvənlilik, düzgün idarəetmə, dürüstlük, yaxşı kommunikasiya, əlavə haqlar və yardımlar və s.
işçilərin şirkətə sadiqliyinə təsir edən faktorlardır. Sindiromun təsirlərini ən aşağı səviyyədə olması
üçün bu faktorlara daim diqqət edilməlidir.
Ümumiyyətlə, işçi sayını ixtisar edərkən diqqət edilməsi vacib olan beş əsas kriteriya var
[James ve Li-Ping Tang, 1996:39-40]:
• Fərqli yanaşmaları nəzərə almaq
• İşçilərin mühakimələrinin öhdəsindən gəlmək
• Davamlı və düzgün qərar qəbul etmə kriteriyalarını istifadə etmək
• Qərarlar barədə daim yenilənən baza formalaşdımaq
• Qərarların səbəbini düzgün açıqlamaq.
Müəssisələrin yeni şərtlərə və rəqabətə uyğunlaşması üçün vacib ünsür olaraq istifadə edilən
kiçilmə strategiyası bir sıra faydaları ilə bərabər özü ilə sıxıntılar da gətirir. Rəqabət üstünlüyü əldə
etmək üçün maddi varlıqlar qədər qeyri-maddi varlıqlarda önəmlidir. Bunlardan ən əsası insan-
işçilərin şirkətə verdiyi fayda, onun şirkətə bağlılığıdır. Məhz kiçilmə strategiyasından gözlənilən
nəticəni əldə etmək üçün bu prosesi düzgün idarə etmək lazımdır. Qalıb işləyənlər sindiromunun
təsirlərini azaltmaq üçün işçilərin dəyərlərinə daim diqqət etmək edilməlidir. Düzgün təşkil və tətbiq
edilən kiçilmə strategiyası vasitəsiylə şirkətlər keçid dövrünü sağlam formada keçərək, qalıb işləyən
işçilərin fəaliyyətlərini müsbət tərəfə istiqamətləndirərək, onları inkişaf etdirə və rəqab ətqabiliyyətini
əldə etmədə ən vacib faktor olan insanın fəal iştirakını təmin etməklə daha güclü iş mühiti və şirkət
mədəniyyəti formalaşdıracaqlar.
ƏDƏBIYYAT SIYAHISI
1.
Ciancio, Jack (2000), “Survivor’s Syndrome,” Nursing Management.
2.
Donia, Magda (2000), “RDP-A Management Intervention in the Prevention of Survivor Syndrome, A Thesis of The
Faculty of Commerce and Administration, Concordia University.
3.
Fong, Kim ve Kleiner, Brain H. (2004), “New Development Concerning the Effect of Work Overload on Employees,”
27, 4/5, 15.03.06.
4.
James, Teri-Ann Winston ve Tang, Thomas Li-Ping (1996), “Downsizing and the Impact on Survivors-A Matter of
Justice,” Employment Relations Today, 23, 2.
5.
Kim, Wang-Bae (2003), “Economic Crisis, Downsizing and “Layoff Survivor’s Syndrome””, Journal of Contemporary
Asia, 33, 4.
6.
http://www.kaspi.az/az/uurlarimi-valideynlerimin-verdiyi-terbiyeye-borcluyam-uur-hekayesi/
7.
Hussey, David (1998), (Daha İyi Nasıl...) Değişim Yönetimi, İstanbul: Timaş Yayınları.
8.
Mishra, Aneil K. ve Spreitzer, Gretchen M. (1998), “Explaining How Survivors Respond to Downsizing: The Roles of
Trust, Empowerment, Justice and Work Redesign”, Academy of Management Review, Vol. 23, No.3.
9.
Ryan, George R (1989), “Dealing With Survivor’s Of Reorganization,” Research Technology Management, 32, 2.
10. Türkmen İ, “Kriz ve Küçülme,” http://www.koniks.com/topic.asp?TOPIC_ID =770, 20,03,2006, ss.1-13.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
244
26-27 October 2018, Baku, Azerbaijan
QOBUSTAN QORUĞUNUN DÜNYAYA TANIDILMASINDA
İNTEQRASİYA OLUNMUŞ MARKETİNQ
KOMMUNİKASIYALARININ ROLU
Hacıyeva Elmira Nizami qızı
Azərbaycan Turizm və Menecment Universiteti
e.hajiyeva@atmu.edu.az
XÜLASƏ
Məqalənin məqsədi UNESCO abidələrinin xüsusilə də, tarixlə zəngin olan Qobustan Dövlət Bədii qoru-
ğunun dünyaya tanıdılmasında inteqrasiya olunmuş marketinq kommunikasiyalarının güclü təsirini göstərmək-
dir. Elmi iş Qobustan abidəsinin dünyaya tanıdılmasında inteqrasiya olunmuş marketinq kommunikasiyalarının
müsbət təsiri və rolunu göstərəcək. Məqalə özündə əvvəllər tətbiq olunmamış yeni ideyaları birləşdirir.
Açar sözlər: İnteqrasiya olunmuş marketinq kommunikasiyaları, Qobustan Dövlət Bədii qoruğu,
UNESCO abidələri.
ROLE OF INTEGRATED MARKETING COMMUNICATION ON PROMOTING
THE GOBUSTAN ROCK ART CULTURAL LANDSCAPE TO THE WORLD
ABSTRACT
Purpose of this article is to show a great impact of Integrated Marketing Communication on promoting of
UNESCO monuments in Azerbaijan, in the case of the Gobustan Rock Art Cultural Landscape, that is full of
history. The paper will describe thepositive influence and the role of Integrated Marketing Communication on
promoting the Gobustan monument to the world. The article has many innovative ideas that have never applied
before.
Keywords:Integrated Marketing Communication, Gobustan Rock Art Cultural Landscape, UNESCO
monuments
Giriş
Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi sayılan Qobustan Dövlət Bədii Qoruğu təkcə
Azərbaycan üçün deyil, bütün dünya üçün tarixi abidədir.Qobustan Dövlət Bədii Qoruğu 2003-cü ildə
UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. Buna səbəb isə Azərbaycanın,
dünyada insanın ilk yaranma ocaqlarından biri hesab olunmasıdır.
Bəs dünya turizmi bundan yetəri qədər məlumatlıdırmı? Bunun üçün hansı tədbirlər
görülməlidir?
Qobustan Dövlət Bədii Qoruğunun dünyaya tanıdılmasında istifadə olunan inteqrasiya olunmuş
marketinq kommunikasiya vasitələri hər zaman yeniliyi tələb edir. Düzgün zamanda və doğru mesajı
hədəf kütləyə çatdırmaq artıq uğurun yarısı deməkdir. Sözsüz, əvvəlki illərlə müqayisədə Azərbaycana
gələn turistlərin sayının artması Azərbaycanın tarixi abidələrinin ziyarətçi sayını da artırıb. Dünyaca
məşhur müxtəlif idman yarışlarının Azərbaycanda keçirilməsi öz növbəsində, tək destinasıyanın deyil,
həmçinin abidələrin də dünyaya tanıdılmasında böyük rol oynayır.
2017-ci il 13-14 iyun tarixlərində Qobustan Dövlət Bədii qoruğunun yaradılmasının 50 illiyinə
həsr olunmuş “Qobustan–Mədəniyyətlərin Qovşağında Qayaüstü İncəsənət“ adlı beynəlxalq konfrans
keçirilmişdir. Xarici qonaqlara daha ətraflı məlumatlar verilmişdir. Son zamanlar tez-tez beynəlxalq
konfransların keçirilməsi ictimaiyyətlə əlaqələr işinin aktuallığını artırıb. Tədbirlərin mətbuatda
işıqlandırılması isə təbliğat prosesini daha da effektiv edir.
Qobustanın tanıdılmasında istifadə olunan ictimaiyyətlə əlaqələrin bir vasitəsi kimi veb səhifə-
ləri misal göstərmək olar. Buna misal olaraq, 3 mart 2006-cı il tarixində dünyaca məşhur“National
Geographic”jurnalında Qobustan Dövlət Bədii Qoruğu haqqında məqalə yerləşdirilmişdir.Oxucu sayı
çox olan jurnallarda və veb səhifələrdə məqalələrin yerləşdirilməsi abidələrin dünyaya tanıdılması
baxımından böyük əhəmiyyətə malikdir. Digər bir www.nomadasaurus.com adlısəyahət veb səhifədə
isə “Gobustan_Volcano_Things_to_do__in_Baku” adlı Qobustan vulkanları barədə məlumat yerləş-
dirilmişdir. Qoruğun dünyaya tanıdılması üçün atılan addımlardan biri isə beynəlxalq dillərə tərcümə
olunmuş kitabların çapıdır. Təhsillə bağlı atılan addımlar hər zaman müsbət nəticələr verib. Hal-ha-
zırda çap olunan və xaricdə satılan məlumat xarakterli kitabların və çap materialların qıtlığı müşahidə
olunsada, əvvəlki illərlə müqayisədə bu sahədə nailliyyətlərin olması nəzərə çarpır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
245
26-27 October 2018, Baku, Azerbaijan
İnteqrasiya olunmuş marketinq kommunikasiyalarının bir növü sayılan internet hal-hazırda
digər kommunikasiya vasitələrinin aktuallığını azaldıb. İnternet insanlar arasında məlumatın bir göz
qırpımında yayılmasını təmin edir [1].
Son zamanların ən çox istifadə olunan kommunikasiya vasitəsi kimi sosial şəbəkələrin rolu
əvəzsizdir. Sosial şəbəkələrdən istifadə vasitəsilə digər ölkələrdə olan insanları da məlumatlandırmaq
olar.Sosial şəbəkədə reklamdam istifadə etməklə hədəf kütləyə çatmaq daha da asanlaşır. Mahiyyət
etibarı ilə çox vəsait xərcləmədən hədəf kütləyə çatmaq olur. Araşdırmaya əsasən görə bilərik ki,
Qobustan qoruğunun rəsmi Facebook səhifəsi var, lakin fəaliyyət çox zəifdir. Davamlı məlumatlatların
paylaşımı, yəni video və şəkillərin yerləşdirilməsi, turistlər üçün daha ətraflı məlumatarın payılaşımı
azlıq təşkil edir. Əsas məqsədin bu abidənin dünyaya tanıdılması olduğu üçün Facebook səhifəsində
ingilis dilində məlumatların paylaşımı olması, daha məqsədə uyğun olardı. Həmçinin səhifənin daha
geniş auditoriyanı əhatə etməsi üçün sosial şəbəkələrdə reklamlardan istifadə olunur. Facebook sosial
şəbəkəsində reklam yerləşdirməklə, izləyicilərin sayı artır, məlumatlar bütün izləyicilərə çatdırılır [2].
Qobustan qoruğunun sosial şəbəkədəki hazırki vəziyyəti haqqında məlumat
Sosialşəbəkəninadı
Qobustan Dövlət Bədii Qoruğu
Facebook
Nəticə: Təkminləşdirilməlidir
Instagram
Rəsmi səhifəsi yoxdur
YouTube
Rəsmi səhifəsi yoxdur
Qobustan qoruğu üçün təklif olunan inteqrasiya olunmuş marketinq kommunikasiya
vasitələri vəonların əhəmiyyəti.
Marketinqin banisi, Filip Kotlerin nəzəriyyəsinə əsasən inteqrasiya olunmuş marketinq
kommunikasiyaları hər şirkətə görə fərqli şəkildə dəyişir. Hər təşviqat kampaniyası isə özünəməxsus
keyfiyyət və xərclərə malikdir.
İnteqrasiya olunmuş marketinq kommunikasiyaları imic və mesajları özündə birləşdirməklə
brend identifikasiyasını yaradır. Doğru seçilmiş kommunikasiya vasitələri şirkət üçün müsbət imic
yaradır. Müştərilər və təşkilatlar fərqli olduğu üçün kommunikasiya vasitələri də xüsusi seqmentlər,
nişanlar, hətta fərdlər üçün yaradılır. Birinci təklif olunan kommunikasiya vasitəsi inteqrasiya olunmuş
marketinq kommunikasiyalarının bir növü olan ictimaiyyətlə əlaqələrlə bağlıdır. Məlumatların veb
səhifələrdə yerləşdirilməsi, yəni yazılı material ilə hədəf qruplarına çatmaq nəzərdə tutulub. Burada
əsas hədəf Qobustanı dünyaya tanıtmaq olduğu üçün dünyaca məşhur, oxucu sayı çox olan jurnallar və
veb səhifəlrdən istifadə nəzərdə tutulur. Buna misal olaraq, izləyici sayı təkcə Facebook səhifəsində 2
milyona yaxın olan “Conde Nast Traveler” jurnalıdır. Hal-hazırki dövrdə ictimai əlaqələr ilə internet
arasındakı əlaqələr hər iki sahəni yenidən qurur və təkminləşdirir.
İnteqrasiya olunmuş marketinq kommunikasiyalarının bir növü də reklamdır. Hər media
vasitəsinin özünün üstünlükləri və məhdudiyyətləri vardır. İnternetin üstünlukləri ilk öncə aşağı
qiymət, interaktiv olmasıdır, məhdudiyyətləri isə nisbətən zəif təsir gücünə malikdir. Lakin onu da
qeyd etmək lazımdır ki, bu məhdudiyyətlər digər təşkilatlar üçün imkanlardır.Sosial şəbəkərlərdən
istifadə edənlərin sayı kəskin şəkildə artdığı üçün və bu reklam növünə təlabat günü-gündən artır.
Bundan səmərəli istifadə edən marketinq menecerləri işlədiyi təşkilatları üçün rəsmi səhifə yaradıblar.
Səhifədə xidmət və ya məhsulların reklamı daha effektivdir və istənilən müştəridən məhsul və ya
xidmət haqqında məlumat və rəylər almaq olur.UNESCO mədəni irs siyahısına daxil edilmiş
Qobustan Dövlət Bədii qoruğunun dünyaya tanıdılması üçün marketinq kommunikasiyalrından
səmərəli istifadə istənilən nəticə verəcəkdir. Hədəf qoruğun dünyaya tanıdılması olduğu üçün burada
əsas məqsəd xarici dövlətlərin daha çox hansı marketinq kommunikasiya vasitələrinə üstünlük
vermələrini bilməkdir. Ölkədən asılı olaraq inteqrasiya olunmuş marketinq kommunikasiya
vasitələrindən istifadə faizi dəyişir. Məsələn bir ölkədə radio daha çox dinlənən vasitədirsə, digər
ölkədə qəzet və jurnallardan daha çox istifadə olunur [3].
Hazırki vəziyyətdə Qobustan Dövlət Bədii qoruğunun təbliği ilə bağlı tam yeni və hələ indiyə
qədər istifadə olunmayan marketinq kommunikasiya vasitələrindən istifadə etməklə uğurlu nəticə
almaq mümkündür. İnteqrasiya olunmuş marketinq kommunikasiyalarından istifadə vasitələri hər
zaman tələbə uyğun olaraq yenilənməlidir və daim nəzarət tələb edir [4]. Qoruğun dünyaya
tanıdılmasında irəli sürülən digər bir təklif rəsmi İnstagram səhifəsinin yaradılmasıdır. Burada qoruğa
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
246
26-27 October 2018, Baku, Azerbaijan
aid şəkillər, videolar və digər məlumatların paylaşımı istifadəçilərdə maraq oyadacaqdır. Lakin
dünyaya tanıtım üçün paylaşımlar əsasən də videolar ingilis dilində olmalıdır. Bu zaman şəkil və
videoların paylaşımı daha yüksək nəticə verəcəkdir.
Növbəti təklif isə Qobustan Dövlət Bədii qoruğunun qayalarındakı rəsmləri dünyaya çatdırmaq
üçün həmin rəsmləri brenləşdirmək lazımdır. Dəb nümayişlərinə qatılıb Qobustandakı elementlərindən
əks olunmuş geyimlərin dünyaya təqdimatı böyük marağa səbəb olacaqdır, çünki burada böyük bir
tarix gizlənir. O tarix ki,Qobustan insanların məskunlaşdığı ilkin məkanlardan hesab olunur.
Araşdırmaya əsasən, məlumdur ki, Azərbaycanda 2015-ci ildə “Baku Fashion Week” adlanan dəb
nümayişində Qobustan elementlərini özündə əks etdirən geyimlərin nümayişi olub. Gələcəkdə bu kimi
geyimlərin xarici ölkələrdə nümayişi və bu elementlər haqqında məlumatların ötürülməsi istənilən
hədəfə çatmağa kömək edəcəkdir. Bundan əlavə, beynəlxalq turizm sərgilərində iştirak da qoruğun
dünyaya tanıdılmasında rol oynayacaqdır [5].
Uğurlu seçilmiş inteqrasiya olunmuş marketinq kommunikasiyaları qarşıya qoyulan hədəfə
çatmağa imkan yaradır.
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT SIYAHISI
1
Armstronq Q., Kotler F. Marketinq. İlk addım, 7-ci nəşr. Bakı, AMC, 2008, 581 s,
2
İsmayılova. E. Tarixi və mədəni turizm. Bakı, Səda nəşriyyatı, 2017, 272 s,
3
Tony Y. Integrated Marketing Cmmunications. Great Britain Butterworth-Heineman,1998
4
İmanov İ. (2015) Наскальные рисунки Гобустана в дебютной коллекции 17-летней Джамили Меликовой. Bakı.
https://www.trend.az/life/style/2390992.html
5
Л.В.Сакун, В.М. Разуванов.“Маркетинг в туризме”, РИПО, 2014, 265 c.,
AZƏRBAYCAN OTELLƏRİNDƏ KONFLİKT
ÖLÇÜLMƏSİNDƏ MÖVCUD MODELLƏR
H.M. HƏSƏNOV
Dissertant, Azərbaycan Turiz
və Menecment Universiteti
h.hasanov@atmu.edu.az
XÜLASƏ
Konfliktin ölçülməsi üçün bir sıra modellər mövcuddur. Miller və Engeman 2004-cü ildə qruplar arasında
konfliktin yaranması və inkişafını ölçmək və qabaqlamaq, həmçinin tədbiq olunan menecment strategiyalarında
effektivliliyin təmin olunması üçün komputer simulyasiyasından istifadə etmişdir. Bu modelə əsasən qruplar
arasında baş verən düşmənçilik konfliktin yaranmasında mühüm rol oynayır.Gələcəkdə baş verən hadisələr də
keçmişdə baş vermiş düşmənçilik davranışlarından meydana gəlməkdədir. İki qrup arasında güc bölgüsü, artım
dərəcələri, inkişaf indeksləri, qruplar arası fərqlər düşmənçilik və insidentlər də daxil olmaqla iki qrup arasında
konfliktlərigücləndirmək üçün yetərli amillərdirlər.
Beləliklə, bu model konfliktin necə yaranması və inkişaf etməsi ilə bağlı bəzi ip ucları verir və simulya-
siyalar vasitəsilə menecment qərarlarının effektivliyinin ölçülməsini təmin edir.
Açar sözlər: Konflikt, Konflikt səbəbləri, konfliktin xərci, konfliktin ölçülməsi, modellər.
MODELS FOR MEASURING CONFUSION IN AZERBAIJAN’S HOTELS
SUMMARY
There are a number of models for measuring confusion. In 2004, Miller and Engeman used a computer
simulation to measure and clash the conflicts between the groups and to streamline the effectiveness of their
implementation strategies. The animosity between the groups, based on this model, plays an important role in the
emergence of conflict. The events that occur in the future also constitute the hostility of the past. The power
division, growth rates, growth indices, group differences between the two groups are sufficient factors to boost
conflicts between the two groups, including hostility and incidents.
Thus, this model gives some tips on how the conflict arises and how it develops, and ensures the effecti-
veness of management decisions through simulations.
Dostları ilə paylaş: |