Maddə 7. Səlahiyyətli orqanın funksiyaları 7.0. Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə əlaqədar səlahiyyətli orqan:
7.0.1. lisenziya və icazə sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında iştirak edir və həmin siyasətin həyata keçirilməsini təmin edir;
7.0.2. lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və hüquqi aktların layihələrini hazırlayır;
7.0.3. lisenziya və icazə verən orqanlar, habelə digər dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasına nəzarət edir, habelə lisenziyaların və icazələrin tətbiqinə dair izahatlar verir;
7.0.4. lisenziya və icazə verən orqanlara bu sahədə metodiki rəhbərliyi və onların informasiya təminatını həyata keçirir;
7.0.5. ölkədə verilmiş lisenziyaların və icazələrin vahid reyestrini aparır;
7.0.6. bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş əsasnaməyə uyğun olaraq, “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təmin edilməsində və idarə olunmasında iştirak edir;
7.0.7. bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş qaydada tənzimləyici təsirin təhlilində iştirak edir;
7.0.8. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada lisenziya blanklarının və əlavələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blanklardan istifadənin uçotunu və hesabatını aparır.
Maddə 8. Lisenziyaların və icazələrin vahid reyestri 8.1. Səlahiyyətli orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatları özündə ehtiva edən vahid reyestr aparır:
8.1.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;
8.1.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);
8.1.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
8.1.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);
8.1.5. əgər varsa, lisenziyanın (icazənin) müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); [5] 8.1.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;
8.1.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);
8.1.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);
8.1.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);