İqtisadi ədəbiyyatlarda təsərrüfat (iqtisadi) sistemlərinin inkişaf təmayüllərinə baxışlar
müxtəlifdir. İqtisadçıların bir qismi hesab edir ki, sistemin inkişafının həlledici təmayülü
Müasir dünya ən müxtəlif iqtisadi sistemlərin mövcudluğu ilə səciyyələnir, onlar bu və
15
etmişdilər. Cəmiyyət həyatındakı bu və ya digər hadisəni daha yaxşı başa düşmək üçün onu hər
hansı bir xalqda və hər hansı bir dövrdə deyil, tarixi prosesdə nəzərdən keçirmək, yəni onu
dəyişkən, formalaşan, müəyyən inkişaf fazaları, mərhələləri keçən bir şey kimi aydınlaşdırmaq
lazımdır.
Müasir dünya cəmiyyətin təbii tarixi inkişafının nəticəsidir. Tarixi prosesin ayrı-ayrı
iqtisadçı alimlər tərəfindən dərki fərqlidir və bu həmin prosesin xarakteristikası üçün müxtəlif
meyarlardan istifadə olunmasıdır.
Bizə ən çox məlum olan ictimai həyatın hadisə və proseslərinin əsasında duran
formasiya yanaşmasıdır. V.Zasuliçə məktubunda K.Marks üç böyük formasiya olduğunu
göstərir:
1)
ilkin (arxaik), o bura ibtidai-icma və Asiya istehsal üsullarını aid edirdi;
2) ikinci,
xüsusi
mülkiyyətə
söykənən
(quldarlıq,
təhkimçilik,
kapitalizm);
3) kommunist.
Formasiya yanaşması cəmiyyətin tarixi inkişafında qanunauyğun mərhələləri
aşkarlamağa və həlledici rolun bilavasitə istehsal prosesinə və ya istehsal üsulüna məxsus
olması fikrinə əsaslanaraq maddi istehsalın beş üsulunu (ibtidai-icma, quldarlıq, feodal, kapitalist
və kommunist) fərqləndirməyə imkan verdi.
XX əsrin əvvəllərində K.Byuher (1906) jəmiyyətdə istehsalla istehlak arasındakı
əlaqənin xarakteri əsasında aşağıdakıları fərqləndirirdi:
- qapalı ev təsərrüfatı – yaradılan nemətlərin hamısı mübadiləsiz təsərrüfatın
özündə istehlak olunur;
- şəhər təsərrüfatı – bilavasitə mübadiləyə yer var, nemət istehsalçı təsərrüfatdan
istehlakçı təsərrüfata keçir;
- xalq təsərrüfatı – istehlaka çatmazdan öncə nemət əmtəə-pul mübadiləsi əsasında
bir sıra təsərrüfatdan keçir.
Dünya iqtisadi ədəbiyyatında təsərrüfat sistemlərinin iki əlamətə görə təsnifatı daha
geniş yayılmışdır:
- istehsal vasitələrinin mülkiyyət fomasına;
- iqtisadi fəaliyyətin koordinasiya və idarə edilməsi üsuluna görə. Bu
əlamətlərə əsasən fərqləndirirlər:
- amirlik (komanda) və ya totalitar iqtisadiyyat, burada müəssisələrin çoxu dövlət
mülkiyyətində olur və öz fəaliyyətini dövlət direktivləri əsasında həyata keçirir: cəmiyyətdə
nemətlər və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı barədə bütün qərarlar dövlət
tərəfindən qəbul olunur. Bura SSRİ, Albaniya və b. aiddir;
- bazar iqtisadiyyatı və ya azad rəqabət dövrü kapitalizmi – resurslar üzərində
xüsusi mülkiyyətlə, bazar və qiymətlər sistemindən iqtisadi fəaliyyəti tənzimləmək və idarə
etmək üçün istifadə ilə səciyyələnir. Azad bazar iqtisadiyyatında resursların bölüşdürülməsində
dövlət heç bir rol oynamır, bütün qərarlar bazar subyektləri tərəfindən, bütün məsuliyyəti
özləri daşımaqla, müstəqil qəbul edilir. Bazar iştirakçıları öz şəxsi maraqlarından çıxış etsələr
də, onların fəaliyyəti, A.Smitin sözlərinə görə, başqa insanların və bütövlükdə cəmiyyətin
maraqolarını realizə etmək üçün «gözə görünməz» əllə (yəni rəqabətlə) istiqamətləndirilir.
Buraya bu gün, məsələn, Honkonqu aid etmək olar;
- qarışıq iqtisadiyyat, burada bütün resursların və maddi nemətlərin istehsalı,
bölgüsü, mübadiləsi və istehlakında dövlət bölməsi də, özəl bölmə də (müəssisələr və ev
təsərrüfatı) mühüm rol oynayırlar; burada dövlət bazar iqtisadiyyatına müdaxilə edir, lakin
bazarın tənzimləyiji rolunu heçə endirəcək dərəcədə yox. Bura inkişaf etmiş ölkələri, o
cümlədən ABŞ, İngiltərəni, Fransanı, Almaniyvanı və b. aid edirlər.