İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 Milli iqtisadiyyat. Qarışıq iqtisadi sistem və onun modelləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   18   19   20   21   22   23   24   25   26
IQTiSADI-NAZARIYYA-2

5. Milli iqtisadiyyat. Qarışıq iqtisadi sistem və onun modelləri. 

 

Milli  iqtisadiyyat,  yaxud  milli  iqtisadi  sistem  –  ölkənin  iqtisadi  sistemidir  ki,  bu  da 

amillərin  (daxili  Milli  iqtisadiyyat  və  xarici,  iqtisadi və  qeyri-iqtisadi)  bütün  kompleksini  və 

onun  inkişaf  və  fəaliyyət  məqsədlərini  əks  etdirir  və  onlarla  şərtləndirilmiş  ümumi  iqtisadi 

qanunauyğunluqların reallaşma xüsusiyyətlərindən ibarətdir. 

Milli  iqtisadiyyatın  inkişaf  və  fəaliyyətinin  spesifik  amillərinə  təbii-  iqlim,  iqtisadi-

coğrafi, texnoloji, sosial-mədəni xarakterli amilləri aid  etmək lazımdır. Onlar, bir qayda olaraq, 

sabitlik  və  uzunmüddətliliklə  fərqlənir  və  sürətli  dəyişikliklərə  məruz  qalmırlar.  Onların 

nəticələri iqtisadiyyat   və ictimai məhsulun bu və ya digər strukturu, mülkiyyətin bu və ya digər 

strukturu,  dövlətin  bu  və  ya  digər  rolu,  iqtisadiyyatın  xarici  aləmə  açıqlığının  bu  və  ya  digər 

dərəcəsi,  cəmiyyətdə  sosial  ədalətin  bu  və  ya  digər  şəkildə  anlaşılması,  iqtisadi siyasətdə bu 

və ya digər prioritetlər və i.a.-dır. 

Milli  iqtisadiyyat  hər  hansı  bir  təsərrüfat  forması,  formasiya  ilə  və  ya  sənaye 

inkişafının  dərəcəsi  ilə  əlaqədar  deyil.  O,  daha  çox  bu  və  ya  digər  lokal  sivilizasiyasının 

xüususiyyətlərinin  iqtisadi  ifadəsi  olaraq,    cəmiyyətin  müxtəlif  inkişaf  mərhələlərində  həyata 

keçirilir.  İqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətlərin  müasir  şəraitdə  milli  iqtisadiyyatı  qarışıq 

iqtisadiyyatın milli modelləri formasında çıxış edir. 

İki  son  əsrin  hüdudunda  meydana  çıxan  və  sonralar  geniş  yayılan  qarışıq iqtisadiyyat 

ideyaları  sosial-iqtisadi  həyatda  xüsusilə  müharibədən  sonrakı  dövrdə  güclənən  real 

dəyişiklikləri  əks  etdirirdi.  Bu  dəyişikliklər  bazarla  iqtisadiyyatın  dövlət  tərəfindən 

tənzimlənməsinin,  xüsusi  sahibkarlıq  və  sosiallaşma  prosesinin  qarşılıqlı  təsir  formalarının 

mürəkkəbləşməsində, eləcə də postsənaye (postiqtisadi) özüllərin ictimai sistemlərin strukturuna 

getdikcə daha nəzərəçarpacaq dərəcədə nüfuz etməsində təzahür edirdi. 

«Qarışıq  iqtisadiyyat»  termininin  özünün  birmənalı  şərhi  yoxdur.  Onun    ilk  və  ən  geniş 

yayılmış  şərhi  iqtisadiyyatın  (xüsusi  və  dövlət)  müxtəlif  bölmələrinin  uyğunlaşmasına  va 

mülkiyyət  formalarının  müxtəlifliyinə  istinad  edir.  Keynsçilikdən  təkan  alan  ikinci  mövqe 

bazar  (bazar  mexanizmini)  və  dövlət  tənzimlənməsinin  uyğunluq  problemini  ön  plana  çəkir. 

Müxtəlif  sosial-  islahatçı  cərəyanlarla  təşəbbüs  əldə  edən  üçüncü  mövqe  kapitala  (xüsusi 

sahibkarlıq)  sosiallığın  (ictimaisosial  zəmanətlərin)  uyğunlaşmasına  əsaslanır.  Nəhayət,  daha 

birn  mövqe  müasir  cəmiyyət  strukturunda  iqtisadi  və  qeyri-iqtisadi  zəminlərin  nisbəti 

probleminə diqqəti cəlb edir. 

Müasir  şəraitdə  qarışıq  iqtisadiyyatın  göstərilən  şərhləri  biri-birinə  zidd  deyil:  onlar 

yalnız  inkişaf  etmiş  iqtisadiyyatın  müasir  tipinin  forma-  əmələgətirməsinin  bir  neçə  xətlərinin 

mövcudluğunu  və  onların  vəhdətini  əks  etdirir.  İnkişaf  etmiş  ölkələrin  qarışıq  iqtisadiyyatı  bu 

gün  göstərilən parametrlərin eyni zamanda uyğunluğudur, məhz iqtisadiyyatın xüsusi və  dövlət 

bölmələrinin,  bazar  və  dövlət  tənzimlənməsinin,  kapitalist  elementləri  və  həyatın 

sosiallaşdırılması, iqtisadi və qeyri-iqtisadi zəminlərin uyğunluğudur. 



17 

 

İqtisadiyyatın  qarşılıqlığı  onun  tərkibində  nəinki  müxtəlif  struktur  elementlərinin 



mövcudluğunu,  həm  də  real  iqtisadiyyatda  onların  uyğunluğunun  konkret  formalarının  əmələ 

gəlməsini  xarakterizə  edir. Buna  misal  xüsusi  dövlət səhmdar müəssisələri, dövlət orqanlarının 

xüsusi firmalarla müqavilə  sazişləri, sosial tərəfdaşlıq və i.a. ola bilər. 

Qarışıq  iqtisadiyyatın  modelləri.  Amerika  modeli–  xüsusi  mülkiyyətin,  bazar  rəqabət 

mexanizminin, kapitalist motivasiyalarının üstün rolunu, eləcə də sosial diferensiasiyanın yüksək 

səviyyəsini  nəzərdə  tutan  liberal  bazar  –  kapitalist  modelidir.  Alman  modeli  –  rəqabət 

zəminlərinin  genişləndirilməsini  bazar  və  kapital  qüsurlarını  yumşaldan  sosial  infrastrukturun 

yaradılması, 

sosial 

siyasət 


subyektlərinin 

çoxtəbəqəli 

institusional 

strukturunun 

formalaşdırılması  ilə əlaqələndirən sosial bazar təsərrüfatı modelidir. İsveç modeli,onun  klassik 

şəklində  –  gəlirlərin  geniş  şəkildə  yenidən  bölüşdürülməsinə  və       müxtəlif 

«sərbəst  assosiasiyaların»  yaradılmasına  əsaslanan  sosial  zəmanətlərin  yüksək  səviyyəsi  ilə 

səjiyyələnən sosial modelidir. Yapon modeli  – kapital  yığımının  əlverişli  imkanlarının iqtisadi 

inkişafın  proqramlaşdırılması,  struktur,  investisiya  və  xarici  iqtisadi  siyasət  sahəsində  dövlət 

tənzimlənməsinin  fəal  rolu  və  korporativ  (firmadaxili)  zəminin  xüsusi  sosial  əhəmiyyəti  ilə 

birləşdiyi tənzimlənən korporativ kapitalizm modelidir. 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin