İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 Mülkiyyət kateqoriyası və onun məzmunu



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   18   19   20   21   22   23   24   25   26
IQTiSADI-NAZARIYYA-2

3. Mülkiyyət kateqoriyası və onun məzmunu 

 

Mülkiyyət yalnız iqtisadi deyil, həmçinin hüquqi kateqoriyanı ifadə  edir. Mülkiyyət 

iqtisadi kateqoriya kimi, mənimsəmə və ya başqa sözlə desək, istehsal vasitələri və onların 

köməyilə yaradılan nemətlərin məxsusluğu münasibətlərini əks etdirir. Yaxud mülkiyyət 

münasibətləri mülkiyyətçinin öz əmlakına münasibətlərini  təmsil  edir. 

Əgər  mülkiyyətə  hüquq  nöqtəyi  –nəzərindən  baxsaq,  onda  mülkiyyət  hüquqi  mülkiyyət 

üzrə  mülkiyyət  hüquqlarının  butöv  dəstini  göstərir.    Onların  içərisində  ən  mühümləri  kimi 

yuxarıda  xatırlanan  mənimsimə  hüququ  özgəninkiləşmə  (mülkiyyət  hüququnun  digər  iqtisadi 

subyektə  verilməsi)  hüququ,  əmlaka  sahiblik,  istifadə  etmə  və    sərəncam    vermə    hüquqlarını 

ayırırlar.  İstifadə  etmə  hüququ  mülkiyyətçi  tərəfindən    digər    şəxsə    verilə    bilər,  məhz  icarə  

kimi, belə bir genişlənmiş iqtisadi hadisə buna  əsaslanmışdır. 

Müasir  iqtisadi  nəzəriyyədə  mülkiyyət  hüquqları  nəzəriyyəsi  getdikcə  daha  geniş  yayılır 

ki,  bunun  da  əsasında  resursların  məhdudluğu  kimi,  onların  belə  bir  xüsusiyyəti  durur.  Bu 

nəzəriyyəyə uyğun olaraq mülkiyyət münasibətləri  resurslara çatmaqdan istisna olunma sistemin 

təmsil    edir 

(qaydaya görə   resurs nə qədər  çox  nadir  olarsa  ona  çatmaq  bir 

o  qədər  məhduddur).  Bu  nəzəriyyədə  mülkiyyət hüquqlarının 

spesifikləşdirilməsinə,        

yaxud        onların         dəqiq müəyyinləşdirilməsinə mühüm əhəmiyyət verilir, çünki mülkiyyət 

hüquqlarının  müəyyənləşdirilməsindəki  qeyri-  dəqiqlik  transaksiya  xərclərinin  artmasına  və 

iqtisadi səmərəliliyin aşağı düşməsinə səbəb olur. 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin