Tələbatların artması və dəyişilməsi onların ödənilməsi üçün nəzərdə tutulan nemətlərin
9
Tələbatların daimi ödənilməsi üçün imkanlar ölkə, cəmiyyət, ayrı-ayrı insanlarda məhz
resursların olması səyəsində yaranır.
Resurslar – nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün olan imkanlardır.
Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər.
Təbii resurslar, yəni cəmiyyətdə faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı üçün əlverişli
şərait, sərfəli coğrafi vəziyyət.
İstehsal fəaliyyəti və istehlak üçün əvvəlki nəsillər tərəfindən yaradılmış və toplanmış
resurslar, (maddi resurslar) yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s.
Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal
vasitələri daxildir.
Özünün təcrübə, ixtisas, təhsil səviyyəsi, eləcə də sahibkarlıq qabiliyyətləri olan insan
resursları.
Yuxarıda göstərilən resurs növləri tarixən daha qısa adlanırdı: torpaq, kapital, əmək və
sahibkarlıq qabiliyyətləri.
Maliyyə resursları cəmiyyətin istehsal prosesini həyata keçirmək üçün ayırdığı pul
vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri, qiymətli kağızlar, pul yığımları, dövlət
istiqrazları daxildir.
İnformasiya resursları - avtomatlaşdırılmış istehsalın fəaliyyəti və onun kompyuter
texnikasının köməkliyi ilə idarə edmək üçün zəruri olan məlumatlardır.
Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi,
qarşılıqlı əvəz edilməsi, tükənməzlik və qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s.
Lakin təsnifat tipindən asılı olmayaraq bütün resurslar ümumi cəhətə malikdir: onlar iqtisadi
fəaliyyətin çıxış və əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif resursların
olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün ilkin şərtdir.
Təbii, material və əmək resursları hər bir cəmiyyətə xasdır. Bazar iqtisadiyyatı onlara
maliyyə resurslarını əlavə edir. Müasir postsənaye bazar iqtisadiyyatı elmi-texniki inqilab
şəraitində mühüm rol oynayan informasiya resursları mövcud ola bilməz.
İqtisadi nəzəriyyədə resursların mütləq və nisbi məhdudluğu fərqləndirilir. Mütləq
məhdudluq dedikdə, eyni zamanda cəmiyyət üzvlərinin bütün tələbatlarının ödənilməsi üçün
istehsal resurslarının kifayət olmaması başa düşülür. Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq
məhdudluq nisbi məhdudluğa çevrilir, çünki məhdud tələbatlar üçün resurslar nisbətən
tükənməzdir.
Mütləq məhdudluq əsasən təbii və əmək resursları üçün nisbi isə maddi , maliyyə,
informasiya resursları üçün səciyyəvidir.
Dostları ilə paylaş: