Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan
ən mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir.
İqtisadi nəzəriyyənin digər vəzifəsi digər iqtisadi elmlər üçün metodoloji əsas olmaqdan
ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri
tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin hadisənin öz
sahələrində təzahür xüsusiyyətlərini araşdırırlar. Məsələn, iqtisadi nəzəriyyə ümumi iqtisadi
qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri cəhətdən öyrəndiyi
6
təsərrüfatı, tikinti və s.) təzahürlərini öyrənirlər. Məlum məsələdir ki, iqtisadiyyatın müxtəlif
sahələrində əmək məhsuldarlığı amilləri xeyli müxtəlifdir.
İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu
öyrənənlərdə iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət
üzvlərində iqtisadi hadisələr haqqında müəyyən təsəvvürlərin biliklərin olması və
fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, istehlak
mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.
İqtisadi nəzəriyyə cəmiyyət üzvlərində iqtisadi təfəkkürün formalaşdırmaqla iqtisadiyyat
qarşısında duran əsas məsələni, vəzifəni daha dolğun yerinə yetirməyə imkan yaradır. Belə ki,
yalnız milyon və on milyonlar iqtisadi biliklərə yiyələndikdə onlar məhsuldar qüvvəyə
çevrilərlər.
Dostları ilə paylaş: