İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


  İqtisadi proseslərin tədqiqat metodları



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   2   3   4   5   6   7   8   9   10   ...   26
IQTiSADI-NAZARIYYA-2

2.  İqtisadi proseslərin tədqiqat metodları. 

 

Hər  bir  elm  öz  predmetini  tədqiq  etmək  üçün  və  vasitələrdən  istifadə  edir.  Bu  üsul  və 

vasitələrdən istifadə edir. Bu üsul və vasitələr məcmusu  tədqiqat metodlarını təşkil edir. Bəziləri 

mikroskopdan, digərləri arxiv materiallarından və  s.  istifadə  edir.  İqtisadi  nəzəriyyədə  iqtisadi 

hadisə  və  prosesləri  öyrənmək  üçün,  əsasən  elmi  abstraksiya  (təcrit  etmə,  sərf  nəzər  etmə) 

metodundan  istifadə  edir.  Bu  zaman  tədqiq  olunan  hadisə  digərlərindən  təfəkkürümüzdə  sərf 

nəzər  olunur  və  öyrənilir.  Bu  zaman  həmin  hadisəyə,  prosesə  təsir  edən  digər  şərtlər  nəzərə 

alınmır.  Məsələn,  qiymət  tədqiq  olunarkən  onun  səviyyəsinə  təsir  edən  tələb,  rəqabət  və  s. 

amillər nəzərə alınmır. 

İqtisadi hadisələr prosesləri öyrənmək üçün bu metodla yanaşı analiz və sintez, induksiya 

və  deduksiya,  tarixi  və  məntiqi,  iqtisadi-riyazi  modelləşdirmə,  iqtisadi  təcrübə  və  s. 

metodlarından  da  istifadə  olunur.  Universal  metod  olan  analiz  öyrənilən  hadisənin  xəyalən 

tərkib  hissələrə  parçalamaq  və  onların  hər  birinin  ayrı-ayrılıqda  öyrənilməsi  deməkdir. 

Məsələn, bazarın elementləri olan  tələb, təklif,  qiymət,  rəqabət,  inhisar  ayrı-ayrılıqda  öyrənilir. 

Bunlar  öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin fikir yürüdülür. İnduksiya 

ayrı- ayrı faktlardan ümumi nəticənin çıxarılması deduksiya isə ümumidən  xüsusiyə hərəkətdir. 

Məsələn,  ayrı-ayrı  məhsulların  qiymətlərinə  əsasən  qiymətlərin  ümumi  səviyyəsinin  müəyyən 

edilməsi. 

İqtisadi  problemlərin  öyrənilməsində  tədqiqatçının  əsaslandığı  metodologiya  da  mühüm 

əhəmiyyət  kəsb edir.  İqtisadi nəzəriyyənin  metodologiyası  iqtisadi  hadisələri  öyrənən metodlar 

haqqında  elmdir.  İqtisadi  nəzəriyyənin  metodologiyasında  bir  neçə  yanaşma  mövcuddur. 

Subyektivçi,  neopozitiv-empirik,  rasionalist  və  dialektik  materialist.  Subyektivçi  yanaşmada 

iqtisadi  hadisələrin  təhlilində    çıxış    nöqtəsi    kimi    təsərrüfatçı    subyekt    götürülür.  

Neopozitivist- 




 

empirik yanaşmada əsas yerdə tədqiqatın texniki aparatı durur. Rasionalist yanaşmada əsas fikir 



cəmiyyətin «təbii», rasionalist qanunlarını tapmağa  verilir. Dialektik-materialist yanaşmada əsas 

diqqət  hadisələrin    gerçəklikdə  mövcud  olan  və  onların  inkişafında  olan  daxili  əlaqələrin 

öyrənilməsinə   yönəldilir. İqtisadi problemlər və hadisələr daim hərəkətdədir. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin