3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşması, XVI-XVII əsrlərdən başlamışdır.
Kapitalizmin yaranması ilə əmtəə-pul münasibətlərinin inkişafı, manufaktura sənayesinin
qərarlaşması, xarici və daxili ticarətin intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb
edirdi. İlk iqtisadi məktəbin merkantelizmin nümayəndələri empirik yanaşma əsasında ən çox
təsadüf ediləni, mübadiləni tədqiqatın əsas obyekti seçdilər. Onlar sərvəti pulla eyniləşdirir
və mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi
kimi əkinçiliyi göstərməklə ilk dəfə tədqiqatı mübadilədən istehsala keçirdilər. Lakin onlar
sənayeni, sənətkarlığı və başqa istehsal sahələrini qeyri-məhsuldar sahələr kimi görürdülər.
Fiziokratların elmə gətirdiyi yeniliklərdən biri də təkrar istehsal prosesini öyrənmək təşəbbüsü
idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur.
Elmin sonrakı inkişafı və müstəqil iqtisadi elm kimi formalaşması ingilis klassik siyasi
iqtisadının nümayəndələrinin əsərlərində əks olunmuşdur. A.Smit iqtisad elminin banisi kimi
iqtisadi kateqoriyaları və elmi qanunları sistemləşdirilməklə iqtisad elminin müstəsna rol
oynamışdır. İqtisad elminin sonrakı inkişafı XIX marksizim, majinalizm, neoklassik
məktəblərin nümayəndələrinin əsərlərində öz əksini tapır. XX əsrdə müxtəlif cərəyanlarda
iqtisad elminin inkişafı baş vermişdir. Bunlardan keynsçilik, neoliberalizm, monetarizm,
institusionalizm və başqalarını göstərmək olar.
Dostları ilə paylaş: |