İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


Mövzu 2.  İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   2   3   4   5   6   7   8   9   ...   26
IQTiSADI-NAZARIYYA-2

Mövzu 2.  İqtisadi nəzəriyyənin predmeti və metodu 

 

1.İqtisadi nəzəriyyənin predmeti. 2.İqtisadi 

proseslərin tədqiqat metodları. 3.İqtisadi qanun 

və kateqoriyalar. 

4.İqtisadi nəzəriyyənin vəzifələri. 

5.İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. 



 

1.İqtisadi nəzəriyyənin predmeti. 

 

Hər  bir  elm  kimi  iqtisadi  nəzəriyyənin  də  öz  predmeti,  tədqiqat  sahəsi  vardır.  Onun 

predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə 

və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərinin nümayəndələrinə görə iqtisad elminin 

predmeti  milli  sərvətdir.  Milli  sərvət  anlayışında  da  baxışlar  müxtəlifdir.  Merkantelistlərə  görə 

pul (qızıl,  gümüş)  milli  sərvət  hesab  olunur.  Fizokratlara  görə  kənd      təsərrüfatı 




 

məhsulları milli sərvət hesab olunurdu. Klassik ingilis siyasi  iqtisadın nümayəndələrindən olan 



A.Smit milli sərvət anlayışını genişləndirərək sənaye kənd təsərrüfatı, tikinti meşə təsərrüfatı və 

s. sahələrini ehtiva edən maddi istehsalın məhsulunu milli sərvət hesab edirdi. Bu məktəbin digər 

nümayəndəsi D.Rikardo iqtisadi nəzəriyyənin predmetinə milli sərvətlə yanaşı onun  bölgüsünü 

də daxil etmişdir. 

Marksizmə  görə  isə  iqtisadi  nəzəriyyənin  predmeti  əsasını  mülkiyyət  münasibətləri  təşkil 

edən  istehsal  münasibətləridir.  İstehsal  münasibətləri  həyat  nemətlərinin  istehsalı,  mübadiləsi, 

bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir. 

Marjinalistlər  iqtisadi  nəzəriyyənin  predmetinin  fərdlərin  və  sosial  institutlarının  (firma, 

qrup  və  s.)  davranışı,  onların  öz  məqsədlərinə  çatma  yolları  və  vasitələrinin  təhlili  olduğunu 

bildirirlər. 

Klassik  siyasi  iqtisadın  və  marjinalizmin  əsas    müddəalarını    sintez  etməyə  cəhd  etmiş, 

A.Marşall  ekonomiksin  predmetini  insan  cəmiyyətinin  normal  həyat  fəaliyyətinin  tədqiqi  kimi 

müəyyən etmişdir. 

Rol Saumelson « Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyənin  çoxsaylı təriflərini verir və 

göstərir ki, ekonomiks insanların gündəlik işgüzar həyatı  və fəaliyyəti haqqında elmdir. 

Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin  resursların məhdudluğunu 

öyrənən  elm  olması  fikirləri  də  yayılmışdır.  İqtisadi  nəzəriyyənin  predmetinə  baxışlarının 

müxtəlifliyini  davam  etdirmək  də  olar.  Bütün  bü  müxtəlifliklər  iqtisadi  hadisə  və  proseslərin 

dinamikliyi,  iqtisadiyyatın  mürəkkəbliyi,  insanlar  arasında  iqtisadi  münasibətlərin  müxtəlifliyi 

ilə əlaqədardır. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin