3. İqtisadi qanun və kateqoriyalar.
İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb olur. Bu da
real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların formalaşmasına səbəb
olur. İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən məntiqi anlayışlar iqtisadi
kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. Məsələn,
biz gündəlik fəaliyyətimizdə paltar geyir, yemək yeyir və sair. Bütün bunlar iqtisad elmində
istehlak adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar.
Bunlara pul, qiymət, kredit, tələb, təklif, bazar, mənfəət, istehsal, əmtəə və s. göstərmək olar.
İqtisadi hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə
səbəb olur. Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da ilk
nəzərdən görünən hərcmərclik və təsadüflər silsiləsi arxasından inkişafın zəruriliyi,
qanunauyğunluğu özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri onlara xas olan daxili
qanunlar, iqtisadi qanunlar idarə edir.
İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə
və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks
etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların
fəaliyyəti insanların onları istəyib- istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları
dəyişə, ləğv edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq
qursalar daha böyük nailiyyətlər əldə edə bilərlər.
İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.
Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət
göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması,
əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.
Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı
cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu
qəbildəndirlər.
Spesifik xüsüsi qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf
qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir.
Dostları ilə paylaş: |