6. Resursların və gəlirlərin dövr etməsi
Müasir dünyanın təsərufat sistemi, əsasən bazar iqtisadi münasibətləri (mülkiyyət, şəxsi maraq, azad sahibkarlıq fəaliyyəti, bazar rəqabəti, sərbəst qiymətələr) və «nə istehsal etməli, nə qədər və necə istehsal etməli, kim üçün istehsal etməli» prinsipləri üzərində qurulduğundan, onun iştirakçılarının (subyektlərin) qarşılıqlı əlaqəli fəliyyətlərini aydınlaşdırmaq zəruridir.
Bazar iqtisadi münasibətləri sistemində dövlətin xarici ticarət əlaqələrində rolunu unutmamaq şərtiylə burada 2 əsas qrup – ev təsərrüfatları və şirkətlər həlledici qərarlar qəbul edirlər. Ona görə də burada iki bazar. iqtisadi resurslar (torpaq, əmək, kapital, sahibkarlvq qabiliyyəti) və məhsullar-xidmətlər bazarı fəaliyyət göstərir. Başqa sözlə ev təsərrüfatları istehsal amillərini sataraq, özləri üçün lazım olan məhsulları və xidmətləri alırlar. Şirkətlər isə istehsal etdikləri məhsulları-xidmətləri reallaşdıraraq, öz fəaliyyətləri üçün lazım olan şeyləri alırlar.
Bazar iqtisadiyyatı şəraitində ölkənin təsərrüfat həyatının bir tərəfində onu iqtisadi resurslara təmin edənlər – ev təsərrüfatları (istehsal amilləri isehsalçıları, ailələr, insanlar) durur. Digər tərəfdə isə bu iqtisadi resurslar əsasında müxtəlif təyinatlı məhsullar istehsal edən və xidmətlər göstərən şirkətlər, birliklər, korporasiyalar, transmilli korporasiyalar (TMK-lar) dayanır. Deməli resurslar bazarında həmin resursların sahibləri (ev təsərrüfatları) satıcı rolunda çıxış edirlər, şirkətlər isə alıcı rolunu oynayırlar. Hazır məhsullar bazarında əks prosseslər baş verir: şirkətlər istehsal etdikləri əmtəələri-xidmətləri satırlar; ev təsərrüfatları isə həmin məhsulları alır və xidmətlərdən faydalanırlar. Deməli, resurslar şirkətlərə keçir və pul isə şirkətlərdən resursların sahiblərinə çatır.
Bəs sonra nə baş verir? Aydındır ki, müəyyən məbləğ pul əldə etmiş bazar iştirvkçıları, yəni fasiləsiz surətdə gah alıcı, gah da satıcı rolunu oynayan ev təsərrüfatları və şirkətlər bu pulu həm istehsal, həm də istehlak məqsədlərinə sərf edəcəklər.
Bu mənada, cəmiyyətin çoxsahəli təsərrüfat həyatında resursların, hazır məhsulların və onların reallaşdırılmasından əldə olunmuş pul gəlirlərinin (kapitalın) hərəkəti, dövr etməsi baş verir. Dövlətin iqtisadi tənzimlənməsi tədbirləri və xarici ticarət əlaqələrinin təsiri altında davam edən bu mürəkkəb qarşılıqılı hərəkəti ev təsərrüfatları ilə şirkətlərin timsalında, – resursların və hazır məhsulların, habelə onların pul gəlirlərinin dövr etməsi prosesini, qrafik sxem şəkilində aşağıdakı kimi təsvir etmək olar:
Dostları ilə paylaş: |