İQTİsadiyyata giRİŞ MÖvzu iQTİsadi SİstestrreplN İqtisadi sistem, onun mahiyyəti və formaları



Yüklə 79,67 Kb.
səhifə10/16
tarix02.01.2022
ölçüsü79,67 Kb.
#35891
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Movzu-3 (1)iqtisadiyyat

Amerika modeli, ölkədə işgüzar sahibkarlıq meyllərinin gücləndirilməsi, onun müxtəlif vasitələrlə həvəsləndirilməsi, əhalinin daha fəal, təşəbbüskar təbəqəsinin varlanması üçün real imkanlar yaradılması prinsipinə əsaslanır. ABŞ-da belə bir qayda hökm sürür ki, «özün yaşa və başqalarının da yaşamasına imkan yarat». Ölkə əhalisinin aztəminatlı hissəsinin (təxminən 8-12%) müəyyən güzəştlər almasına baxmayaraq, bütövlükdə onların sosial bərabərliyi məsələsi bir məqsəd kimi qarşıya qoyulmur. Bu modelin əsasını, dövlətin iqtisadiyyatı düşünülmüş tənzimləməsi və ölkənin təsərrüfat həyatının sərbəst sahibkarlıq fəaliyyəti təməlində qurulması, əmək məhsuldarlığının yüksəldilməsinə, insanların şəxsi uğur qazanmaq yolunda çalışqanlıq səylərinin artırılmasına əlverişli şərait yaratması təşkil edir. Son 100 il ərzində ABŞ iqtisadiyyatının qazandığı uğurlar onun nəhəng təsərrüfat həyatının ayrı-ayrı bölmələrində müəyyən çətinlik və nöqsanların meydana çıxmasına baxmayaraq, bazar iqtisadi sisteminin konkret milli timsalı olan Amerika modelinin optimallığını təsdiq edir.

İsveç modeli, ilk növbədə ölkənin milli gəlirinin əhalinin aztəminatlı təbəqəsinin xeyrinə yenidən bölgüsü hesabına həyata keçirilən güclü sosial siyasət ilə fərqlənir. İsveçdə əsas fondların cəmi 4%-nin dövlətin əlində olmasına baxmayaraq, dövlətin büdcə və digər xərcləri onun ümumidaxili məhsulunun (ÜDM) həcminin yarıdan çoxunu ötür. Əsasən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilən bu vəsait, başqa ölkələrlə müqayisədə burada vergilərin daha böyük rol oynaması və sanballı həcmi ilə bağlıdır. İsveç modelinə əsasən, butövlükdə cəmiyyətin istehsal-xidmət təyinatlı müxtəlif vəzifələrini bazar prinsiplərinə uyğun fəaliyyət göstərən xüsusi müəssisələr (şirkətlər, iri birliklər), sosial vəzifələrini isə dövlət və onun müvafiq orqanları yerinə yetirməlidirlər.

Alman modeli, xırda və orta sahibkarlığa, bu tipli şirkətlərə, onların inkişafına hərtərəfli dövlət qayğısı göstərməklə seçilir. Bu model Almaniyada XX əsrin 30-cu illərindən başlayaraq, iri inhisarların fəaliyyətinin məhdudlaşdırılmasından sonra ölkənin sabit inkişafını təmin etmək üçün xırda və orta sahibkarlığa daha əlverişli şərait yaratmaq siyasəti ilə bağlı olmuşdur. Dövlət qiymət və gömrük tarifləri siyasəti vasitəsilə ölkədəki iqtisadi tarazlığı tənzimləmək, orta-xırda müəssisələrə-şirkətlərə (mittelştandlara) öz təsərrüfat fəaliyyətlərini daha əlverişli bir iqtisadi mühitdə aparmağa imkan yaratmışdır. II dünya müharibəsindən sonra daha da təkmilləşdirilərək, sosial yönümlü inkişafa istiqamətləndirilmiş alman modeli, məğlub bir ölkənin təsərrüfat həyatını tezliklə bərpa edərək, dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır.


Yüklə 79,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin