İQTİsadiyyata giRİŞ MÖvzu iQTİsadi SİstestrreplN İqtisadi sistem, onun mahiyyəti və formaları



Yüklə 79,67 Kb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü79,67 Kb.
#35891
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzu-3 (1)iqtisadiyyat

4. Qarışıq iqtisadi sistem

Qarışıq iqtisadi sistem dövlətin və xüsusi bölmənin (şirkətlərin, ev təsərrüfatlarının) ölkənin resurslarından səmərəli istfadə olunması əsasında, istehsal xidmət, bölgü, mübadilə, istehlak mərhələlərində onların əlaqələndirilmiş qarşılıqlı fəaliyyətini əhatə edir. Son dövrlərdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatında dövlət və xüsusi bölmə ilə yanaşı, eyni zamanda xarici kapital, habelə beynəlxalq işgüzar biznes dairələri də fəal iştirak edirlər.

Bu iqtisadi sistemin ən səciyyəvi cəhəti oundan ibarətdir ki, xüsusi bölmənin istehsal-xidmət dairəsində üstünlüyü şəraitində, dövlətin simasında ölkənin təsərrüfat həyatının bir sıra strateji əhəmiyyət kəsb edən sahələrində inzibati (məcburi) ünsürlərindən istifadə olunur. Belə bir qarışıq iqtisadi fəaliyyət şübhəsiz, müəyyən fərq və nisbət daxilində özünü həm yüksək inkişaf etmiş (ABŞ, İngiltərə, İsveç, Almaniya, Yaponiya), həm inkişaf etməkdə olan (Çin, Hindistan, Birma, Misir), həm də keçid dövrünü yaşayan (Rusiya, Belorus, Ukrayna, Azərbaycan, Özbəkistan) ölkələr qrupunda göstərir. Dünya ölkələrinin keçdiyi iqtisadi-sosial inkişaf yolu, onların resurs imkanları və gələcək yüksəliş perspektivləri qarışıq iqtisadi sistemin formalaşması səviyyəsinə, dövlətin təsərrüfat həyatının inzibati üsullarla tənzimlənməsi prossesinin hüdudlarını müəyyənləşdirir.

Mütəxəsislərin fikrincə, yaxın və uzaq perspektivdə müxtəlif ölkələrdə mülkiyyət rəngarəngliyi təməlində fəaliyyət göstərən qarışıq iqtisadi sistem daha mühüm bir rol oynayacaqdır. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin formalaşmasına real imkanlar yaradan qarışıq iqtisadi sistem, cəmiyyətin sabitliyi, istehsalın səmərəliliyi, əhalinin gəlirlərinin artırılması, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha əlverişli imkanlar açır.




Yüklə 79,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin