İQTİsadiyyata giRİŞ MÖvzu iQTİsadi SİstestrreplN İqtisadi sistem, onun mahiyyəti və formaları


Bazar münasibətləri iqtisadi sistem



Yüklə 79,67 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü79,67 Kb.
#35891
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzu-3 (1)iqtisadiyyat

2. Bazar münasibətləri iqtisadi sistem

a. Xalis (sərbəst) kapitalizm

Xalis (sərbəst rəqabət) bazarı forması XVIII əsrdən meydana çıxaraq, XX yüzilliyin əvvəllərinə qədər davam etmişdir. Bu bazarın fəaliyyətinin səciyyəvi cəhətləri onun tələb-təklif, çoxsaylı alıcıların-satıcıların iştirakı, azad rəqabət, məlumat toplamaq imkanları, qiymətlərin sərbəst formalaşması, dövlətin bazarın işinə qarışmaması, inhisarçılığın olmamasıdır. Sərbəst rəqabət bazarı öz-özünü tənzimləmək mexanizmi əsasında fəaliyyət göstərir, alıcı tələbatlarının ödənilməsinə yönəlmişdir, iqtisadi resursların səmərəli bölgüsünü təmin edir, əmtəə-xidmətlərin, kapitalın, əməyin (iş qüvvəsinin) bir sahədən digərinə hərəkətinə (axınına) şərait yaradır.



Xalis rəqabət bazarının çatışmayan cəhətləri sırasında əhalinin həyat səviyyəfsindəki fərqləri, insanların sosial müdafiəsinin olmamasını, işsizliyi, müflis olmaq hallarını, tədavüldə kifayət qədər pul kütləsinin olmamasını qeyd etmək olar.

Əlbəttə, sözün əsl mənasında sərbəst bazar anlayışı bir qədər mücərrəd səslənir. Çünki əvvəlki dövrlərdə də, xüsusilə müasir şəraitdə bazarın tam sərbəstliyindən və onun fəaliyyətinə dövlətin müdaxilə edib tənzimləməməsindən danışmaq mümkün deyildir. Tənzimlənən bazar, sivil və humanist bir cəmiyyətin inkişafının nəticəsi kimi onun iştirakçısı olan subyektlərin (həm alıcılarn, həm saticıların) ölkənin ümumi milli mənafeyinə uyğun maraqlarının ifadəçisi, habelə müdafiəçisi vəzifəsini yerinə yetirir.

Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir ki, bu real prosesdə başlıca şərt – konkret vəziyyətin tələblərindən çıxaraq, bazar sərbəstliyi ilə dövlət tənzimlənməsinin hüdudları arasında optimal nisbətlərin müəyyənləşdirilməsidir.


Yüklə 79,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin