İQTİsadiyyata giRİŞ MÖvzu iQTİsadi SİstestrreplN İqtisadi sistem, onun mahiyyəti və formaları



Yüklə 79,67 Kb.
səhifə3/16
tarix02.01.2022
ölçüsü79,67 Kb.
#35891
1   2   3   4   5   6   7   8   9   ...   16
Movzu-3 (1)iqtisadiyyat

b. İnhisarçı kapitalizm

İnhisarçı kapitalizm, yaxud müasir bazar iqtisadiyyat forması XX əsrint əvvəllərindən başlayaraq tədricən azad rəqabəti əvəz edərək, müxtəlif ölkələrin təsərrüfat həyatında mühüm yer tutmuşdur. Bu dəyişiklik və yeni bir mərhələyə keçid, müxtəlif mülkiyyət formalarının istehsal-xidmət dairələrində geniş fəaliyyəti, elmi-texniki tərəqqinin güclü irəliləyişi, istehsal və sosial təyinatlı infrastrukuturunun əhəmiyyətli dərəcədə inkişafı, dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin sürətlə artması ilə bağlı olmuşdur.



İqtisadi-sosial inkişaf sahəsində baş verən köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri bazasında sərbəst rəqabətdən inhisarçı kapitalizm mərhələsinə keçid prossesi, iqtisadiyyatın dövlət tərfəindən tənzimlənməsini bir zərurət kimi irəli sürmüşdür. Çünki yeni şəraitdə bazarda iri kapital və şirkət sahibləri meydana çıxır, bazar tarazlığı pozulur, iqtisadi böhranlar baş verir, inflyasiya prossesləri güclənir. Sərbəst bazar rəqabəti prinsiplərini iri şirkətlərin, korporasiyaların və böyük kapital sahiblərinin «yeni oyun qaydaları» əvəz etdiyindən, iqtisadiyyatın tənzimlənməsi prossesi bu mərhələdə qanunauyğun bir xarakter daşıyır.

Xüsusi mülkiyyətin kiçik fərdi formalarından başlayaraq, onun müxtəlif orta tipli səhmdar cəmiyyətləri, şərikli şirkətlər və ən iri korporativ birliklər, habelə trans milli korporasiya (TMK) formalarına qədər rəngarənglik əsasında fəaliyyət göstərən müasir bazar iqtisadiyyatı (inhisarçı kapitalizm), tədricən öz təsir dairəsini genişləndirməkdədir.


Yüklə 79,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin