2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı
XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş
Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və
gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz
torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar.
Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan tor-
paqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoy-
muşdular.
Azərbaycanın cənub xanlıqlarında daxili siyasi mübarizə
İranda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə ilə çul-
ğalanmışdır. Burada gedən mübarizədə əfqan tayfasından olan Azad
xan, Nadir şahın qohumu Fətəli xan Əfşar, Astarabad və Mazan-
daranda yaşayan Qacarların başçısı Məhəmmədhəsən xan Qacar və
zəndlər tayfasının başçısı Kərim xan Zənd fəal iştirak edirdi. İlk
dövrlərdə Fətəli xan Əfşar xeyli uğur qazanmışdı. O, Azad xanın
160
köməyilə Urmiya, Təbriz, Xoy, Qaradağ və Mərənd xanlıqlarını
özündən asılı vəziyyətə sala bilmişdi. Lakin Fətəli xan bununla
kifayətlənməyib öz hakimiyyətini bütün İranda yaymaq niyyətində
idi. Onun bu cəhdi Məhəmmədhəsən xanın və Kərim xan Zəndin
ciddi müqaviməti ilə rastlaşdı.
Bu dövrdə İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd
Fətəli xana qarşı mübarizəyə başladı. 1752-ci ildə Miyanə və
Qəmşə döyüşlərində 1761-ci ildə Qaraçəmən kəndi yaxınlığında baş
verən döyüşdə zəndlər məğlub olsalar da sonralar bunun əvəzini
çıxdılar. Azərbaycan xanları arasında olan ziddiyyətlərdən məha-
rətlə istifadə edən Kərim xan Zənd 1763-cü ildə 9 aylıq mühasi-
rədən sonra Fətəli xan Əfşarın sonuncu iqamətgahı Urmiya qalasını
ələ keçirdi. Bununla da Azərbaycanın cənub xanlıqları Kərim xan
Zənddən asılı vəziyyətə düşdülər. Lakin bu asılılıq, əksər hallarda,
formal xarakter daşıyırdı. Nadir şahın ölümündən sonra Azərbay-
canın şimal xanlıqları arasında Şəki xanlığı xüsusilə fərqlənirdi.
Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün Azərbaycan
torpaqlarına yaymağa çalışıdı. Lakin onun 1748-ildə Təbrizə və
Qarabağa yürüşü uğursuzluqla nəticələndi. O bu uğursuzluqların
əvəzini Ərəş və Qəbələ sultanlıqlarını özünə birləşdirməklə çıxa
bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıq-
larını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. Gürcü
çarı Teymuraz və onun oğlu II İrakli Azərbaycan xanlıqları arasında
ziddiyyətləri daha da dərinləşdimək və bu yolla Gəncə, Qarabağ
xanlıqlarını və Car-Balakən camaatlığını ələ keçirtmək istəyirdilər.
1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etdilər. Lakin
ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü
çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar
bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq
qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrə-
van, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq
yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsiylə
müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların
hamısını əsir götürtü (8, s. 524). Bu hadisə tarixə “Qızılqaya xəya-
161
nəti” kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi öz ordusu ilə
düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir
götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib
edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü
çarlarının bu məğlubiyyətin əvəzini Car-Balakəni ələ keçirməklə
çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi. 1755-
ci ildə Hacı Çələbi böyük qüvvə ilə Şirvana yürüş etdi. Lakin
Şamaxı və Quba xanlıqlarının birləşmiş qüvvələri ilə toqquşmada
məğlub olub geri çəkildi. Elə həmin il Hacı Çələbi vəfat etdi. Onun
ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda
mübarizə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Hüseyn xanın və Mə-
həmmədhəsən xanın hakimiyyətləri dövründə Şəki xanlığı özünün
əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan
1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı.
Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş tor-
paqları əhatə edirdi. Xanlığın banisi Pənahəli xan Qarabağda yaşa-
yan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xid-
mət etmiş geninah
162
edirdi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə
olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala
əvvəllər öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlan-
dırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hü-
cumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Qala tezliklə bütün
Azərbaycanın mühüm ticarət, sənətkarlıq və mədəni mərkəzlərindən
birinə çevrildi. Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlə-
rindən birini onun hakimiyyətini qəbul etmək istəməyən xristian
məliklərinə qarşı mübarizə təşkil edirdi. Onu da göstərmək lazımdır
ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində formalaşmış bu məliklər
Nadir şahın hakimiyyəti dövründə xeyli imtiyazlara malik idilər.
Müstəqil Qarabağ xanlığının yaranmasından sonra da onlar özlərini
müstəqil aparmağa çalışırdılar. Pənahəli xan müxtəlif yollarla
məlikləri özünə tabe etməyə çalışırdı. Onun hakimiyyətini birnci
olaraq Vərəndə məliyi Şahnəzər qəbul etdi. Pənahəli xan yerdə
qalan məliklər arasındakı ziddiyyətdən istifadə edərək onların
hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin bu asılılıq əksər
hallarda formal xarakter daşıyırdı. Rusiyanın yardımından istifadə
edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və hətta
Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar.
İranda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən
Pənahəli xan Qarabağ xanlığının ərazisini xeyli genişləndirməyə
nail oldu. Əvvəllər Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına tabe
olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qara-
bağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə və Qaradağ
xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı vəziyyətdə
olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoru-
yub saxlayırdı. 1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan
Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qal-
masına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi
və geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Urmiya hakimi Fətəli
xan Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxla-
masına baxmayaraq, düşmən onu ələ keçirə bilmədi. Lakin uzun
sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli
163
xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırıl-
masına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-
1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbay-
canın, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlət qurumla-
rından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də
Rusiya, İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesab-
laşırdılar (50, s. 85).
Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoy-
muşdu. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri
olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı
Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə
(1758-1789) Quba xanlığı daha da gücləndi. A.Bakıxanov Fətəli
xanı öz dövrünün «tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məm-
ləkəti idarə etmək işlərində mahir bir adam» kimi xarakterizə edirdi.
Güclü dövlət yaratmağa çalışan Fətəli xan özbaşınalıq edən mahal
naiblərinin hakimiyyətini məhdudlaşdırmış, vergilərin toplanmasını
nizama salmış, ordunun sayını xeyli artırmışdı. Onun fəaliyyətində
pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın
şəkildə göstərirdi. Fətəli xan mühüm strateji əhəmiyyəti olan
Dərbənd xanlığını ilhaq etməyə can atırdı. Bu dövrdə Dərbənd xanı
Məhəmmədhüseyn xanın yeritdiyi siyasət şəhər əhalisinin ciddi
narazılığına səbəb olurdu. Bundan məharətlə istifadə edən Fətəli
xan şəhər əhalisinin xeyli hissəsini öz tərəfinə çəkə bilmişdi. Lakin
Dərbəndin möhkəm qala divarları ilə əhatə olunduğunu nəzərə alan
Fətəli xan planlaşdırılan hücumun uğurla nəticələnməsini təmin
etmək üçün bir sıra Cənubi Dağıstan feodalları, o cümlədən
Qaraqaytaq usmisi ( hakimi) Əmir Həmzə ilə ittifaqa girdi. Görülən
bu tədbirlər öz nəticəsini verdi. 1759-cu ildə Dərbənd xanlığı Quba
xanlığına birləşdirildi (8, s. 544). Dərbənd xanlığından sonra Fətəli
xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. Bu dövrdə
Bakı Xəzər dənizində ən əlverişli liman şəhəri kimi şöhrət
qazanmışdı. Bakı xanları duz və neft çıxarılmasından, habelə
zəfəran yetişdirilməsindən böyük gəlir götürürdülər. Bütün bu gəlir-
lərin Quba xanlığının xəzinəsinə daxil olması Fətəli xana öz plan-
164
larını daha uğurla yerinə yetirmək imkanı verərdi. Bu dövrdə Bakı
xanlığı hərbi cəhətdən xeyli zəif idi. Bakı xanları onları qonşu
xanlıqların hücumlarından qoruya biləcək güclü bir müdafiəçiyə
ehtiyac hiss edirdilər. Yaranmış vəziyyəti düzgün qiymətləndirən
Fətəli xan «nigah diplomatiyasının» köməyilə öz məqsədinə çatdı.
O, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd
xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba
xanlığının təsiri altına düşdü. Fətəli xanın Azərbaycan torpaqlarını
vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer
tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə
keçmiş Şirvanşahlar dövlətini bərpa etmək, Şamaxı şəhərini isə
özünün paytaxtına çevirmək istəyirdi. Şamaxı xanlığının güclü
maddi və insan ehtiyyatlarına malik olduğunu nəzərə alan Fətəli xan
buraya hücumdan əvvəl ciddi hazırlıq tədbirləri gördü. O, birinci
növbədə Şamaxı xanlığı ilə hərbi xarakterli müqavilə bağlamağa
nail oldu. Bu müqaviləyə görə Şamaxı xanları öz xanlıqlarının Cə-
nubi Dağıstan feodallarının hücumlarından qorunması müqabilində
Quba xanlığına xərac verməyi öhdələrinə götürürdülər. Eyni za-
manda Şamaxı xanlıqlarının siyasətindən narazı olan şamaxılılar
Quba xanlığı tərəfindən himayə edilməyə başlanıldı. Şamaxı
xanlarının tezliklə xərac verməkdən imtina etmələri hərbi əməliy-
yata başlamaq üçün Fətəli xanın əlində bəhanə oldu. 1768-ci ildə
onun ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı (8, s. 547). Bu
yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı
xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə
həmin il kiçik Cavad xanlığı da Quba xanlığma birləşdirildi.
Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz
hakimiyyəti altında birləşdirməyə nail oldu.
Quba xanlığının qüdrətinin artması bir sıra qonşu xanlıqları
ciddi narahat edirdi. 1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzə
və bəzi Azərbaycan xanlarının birləşmiş qüvvələri qəflətən Quba
xanlığına hücum etdilər. Xudat yaxınlığında Gavduşan deyilən
yerdə baş verən döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi.
Əmir Həmzə Şamaxı və Qubanı ələ keçirdi. Lakin tezliklə Dərbən-
165
də qayıdan Fətəli xan 1775-ci ildə rusların köməyilə öz düşmənini
məğlubiyyətə uğratdı. Fətəli xan Azərbaycan torpaqlarını vahid
dövlətdə birləşdirmək siyasətini davam etdirirdi. O, 1780-1781-ci
illərdə Qarabağı ələ keçirməyə çalışsa da buna nail olmadı. 1784-cü
ildə Quba xanı Cənubi Azərbaycana hücum edib Ərdəbil və
Meşkini ələ keçirdi. Lakin bir tərəfdən Azərbaycan və Dağıstan
feodallarının arxadan onu hədələmələri, digər tərəfdən isə Rusi-
yanın narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi. 1785-ci ildə
Şəki və Lənkəran xanlıqları Quba xanlığından asılı vəziyyətə
salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa
başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın
oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya
bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da
xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə Şəki, Bakı, Şamaxı
xanlıqları Quba xanlığının asılılığından çıxdılar.
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri.
Yadelli işğalçılara qarşı mübarizə
Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən
ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Tür-
kiyə və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri
siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici
siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xan-
lıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq
istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrı-
ayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə
müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün
istifadə edirdilər. Lakin bu zaman göstərilən dövlətlərdən hər biri
özlərinin hərbi və iqtisadi potensialından çıxış edirdi. Feodal
pərakəndəliyi dövrü keçirən İran uzun müddət Azərbaycana təsir
göstərmək imkanlarını itirmişdi. Kərim xan Zəndin diplomatik yolla
Azərbaycan xanlıqlarını, ilk növbədə Quba xanlığını öz təsiri altına
almaq cəhdləri uğursuzluqla nəticələnmişdi. XVIII ə
166
yarısında Rusiya ilə aparılan iki müharibədə ( 1768-1774 və 1781-
1791 illər) ağır məğlubiyyətə uğrayan Türkiyə Azərbaycanda fəal
xarici siyasət yeridə bilmirdi. Elə bunun nəticəsi idi ki, sultan
höküməti ayrı-ayrı Azərbaycan xanlarının gürcü-rus blokunun təca-
vüzünə qarşı kömək xahişlərini ya cavabsız qoyur, ya da boş vədlər
verməklə kifayətlənirdi.
İran və Türkiyədən fərqli olaraq Rusiya Cənubi Qafqazda
daha fəal siyasət yeridirdi. XVIII əsrin 70-ci illərində Krımı ilhaq
etməyə hazırlaşan Rusiya Cənubi Qafqaza dair geniş işğalçılıq planı
hazırlamışdı. Bu planın əsas mahiyyətini Gürcüstanı Cənubi Qaf-
qazda hegemon dövlətə çevirmək və Azərbaycanın Qarabağ, Qara-
dağ, İrəvan və Naxçıvan xanlıqları hesabına erməni çarlığı yaratmaq
təşkil edirdi. Lakin bu planlar olduqca gizli saxlanılırdı. Rusiyanın
bu məkrli siyasatindən xəbərsiz olan bir çox Azərbaycan xanları ilk
növbədə qubalı Fətəli xan onunla sıx diplomatik əlaqə yaratmağa
çalışırdı. Hələ 1775-ci ildə Quba xanı öz elçisi Mirzə bəy Fərhad-
bəylini Peterburqa göndərmişdi. Quba xanı Əmir Həmzəyə qarşı
mübarizədə göstərdiyi köməyə görə rus çarı II Yekaterinaya
minnətdarlıq edir və Dərbəndin açarlarını ona göndərirdi. Fətəli xan
həm də Quba xanlığının Rusiyanın himayəsinə qəbul edilməsini
xahiş edirdi. Lakin Türkiyəni qıcıqlandırmaqdan ehtiyat edən II
Yekaterina onun bu xahişini yerinə yetirməkdən imtina etdi və Dər-
bəndin açarlarını qaytardı.
XVIII əsrin 80-ci illərində Rusiya Krımı birləşdirmək üçün
hazırlıq işlərini gücləndirdi. Bu məqsədlə Cənubi Qafqaza da ordu
göndərmək planlaşdırırdı. Lakin 1783-cü ildə Krımın dinc yolla
birləşdirilməsi nəticəsində Cənubi Qafqaza ordu göndərmək zərurəti
aradan qalxdı. Bununla belə, Rusiya Azərbaycan ərazisində erməni
çarlığı yaratmaq planından imtina etməmişdi. Bu məqsədlə Qara-
bağın erməni məliklərinə hər cür yardım göstərilir, İbrahimxəlil
xanı devirmək üçün planlar işlənilib hazırlanırdı. Rusiya özünün
işğallarına hüquqi əsas qazanmaq üçün İrəvan, Qarabağ və Qaradağ
xanlıqlarının ona güzəştə gedilməsi barədə İran hakimi Əlimurad
xanla danışıqlar aparırdı. Öz hakimiyyəti üçün real təhlükə yaran-
167
dığını görən qarabağlı İbrahimxəlil xan bunun qarşısını diplomatik
yolla almaq qərarına gəldi. O, 1784-cü ildə öz nümayəndəsi Musa
sultanı Peterburqa göndərdi və Rusiyanın himayəsi altına keçməyə
hazır olduğunu bildirdi. II Yekaterina onun bu təklifıni qəbul
etməsə də Qarabağda hakimiyyət dəyişikliyi etmək planını təxirə
saldı.
1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusiya himayəsinə
keçməsi bir çox Azərbaycan xanlarını da belə addım atmağa həvəs-
ləndirirdi. Qubalı Fətəli xan bu yolla öz hakimiyyətini bütün Azər-
baycana yaymağı planlaşdırırdı. O, Rusiya höküməti ilə apardığı
diplomatik yazışmalarda özünün bütün Azərbaycanın hökmdarı
kimi tanınmasına çalışırdı. Lakin erməni və gürcüləri özünün
Cənubi Qafqazda əsas dayağı hesab edən Rusiya Fətəli xanın güc-
lənməsinin qarşısını hər vəchlə alırdı. Elə bunun nəticəsi idi ki,
Fətəli xanın 1787-ci ildə Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı
ilə Rusiyaya göndərdiyi nümayəndə heyəti uğursuzluğa düçar oldu.
Rusiya bu dəfə də Quba xanlığını öz himayəsinə götürməkdən
imtina etdi.
XVIII əsrin 80-ci illərində İranda daxili siyasi vəziyyət müəy-
yən dərəcə sabitləşməyə başladı. Burada uzun müddət davam etmiş
daxili siyasi mübarizədə Ağa Məhəmməd xan Qacar üstünlük qa-
zandı. O, 1785-ci ildə Tehranın özünün iqamətgahı seçdi və keçmiş
Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyi öz qarşısına məqsəd
qoydu. Ağa Məhəmməd xan Qacar 90-cı illərin əvvəllərində özünün
əsas rəqibləri olan Zəndləri tamamilə sıradan çıxardı və Cənubi
Azərbaycan xanlıqlarının əksəriyyətini asılı vəziyyətə saldı. Bundan
sonra o, Cənubi Qafqazı tabe etmək uğrunda mübarizəyə başladı.
Ağa Məhəmməd xanın güclənməsi Azərbaycanın şimal torpaqla-
rının müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu. Azərbaycan
xanlarının əksəriyyəti, o cümlədən, Qarabağ, İrəvan, Naxçıvan və
Xoy xanları kömək üçün Türkiyəyə müraciət etdilər. Qubalı Şeyxəli
xan isə bu məqsədlə həm Türkiyəyə, həm də Rusiyaya müraciət
etmişdi. Qarabağlı İbrahimxəlil xan isə Türkiyədən kömək
istəməklə yanaşı özü də müəyyən müdafiə tədbirləri gördü. Onun
168
təşəbbüsü ilə Qarabağ, Lənkəran, İrəvan xanlıqlarından, Kartli-
Kaxetiya çarlığından və Avar hakimi Ümmə xandan ibarət ittifaq
yaradıldı. Lakin bu tədbirlər Qacarın Cənubi Qafqaza hücumunun
qarşısını ala bilmədi. Türkiyə Azərbaycan xanlarına heç bir əməli
kömək göstərmədi. Başı Fransa burjua inqilabına qarşı mübarizəyə
qarışmış Rusiya da Qacarın Cənubi Qafqaza hücumunun qarşısını
almaq üçün heç bir tədbir görmədi.
1795-ci ilin iyununda 85 min nəfərlik İran ordusu Qarabağa
soxuldu və Şuşanı mühasirəyə aldı. Lakin 33 gün davam edən mü-
hasirəyə baxmayaraq Ağa Məhəmməd xan Şuşanı ələ keçirə bil-
mədi (3, s. 468). O, bunun əvəzini Tiflisi ələ keçirib yandırmaqla
çıxdı. Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana hücumu və
Tiflisi yandırması Rusiyanın bu bölgədəki mövqelərinə ağır zərbə
oldu. Cənubi Qafqazın İran tərəfındən işğal edilmə
169
iyulun 4-də Ağa Məhəmməd şah sui-qəsdçilər tərəfındən öldürüldü.
Başsız qalan İran ordusu tələsik Qarabağı tərk etdi (3, s. 479).
Beləliklə, XVIII əsrin 90-cı illərində Rusiya və İranın
Azərbaycan torpaqlarını işğal etmək cəhdləri iflasa uğradı. Lakin bu
heç də təhlükənin tamamilə sovuşması demək deyildi. Rusiya və
İran Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina
etməmişdilər. Azərbaycanda hökm sürən siyasi pərakəndəlik bu
planların reallaşması üçün əlverişli şərait yaradırdı.
4. XVIII əsrdə Azərbaycan mədəniyyəti
XVIII əsrdə Azərbaycan xalqı azadlıq uğrunda gərgin müba-
rizə aparmaqla yanaşı öz mədəniyyətini də inkişaf etdirdi. Bu
dövrdə ölkədə fəaliyyət göstərən məktəblərdə dərslər, əsasən, ərəb
və fars dillərində keçirilirdi. Bu məktəblərdə təhsil almış adamlar
məmur, mirzə və ya rühani vəzifələrini tuturdular.
Bu dövrdə elm sahəsində ciddi irəliləyiş olmasa da tarix və
coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılımışdı. Görkəmli
coğrafıyaşünas Hacı Zeynalabdin Şirvani Qafqaz, İran, Türkiyə və
Hindistanı gəzmiş və bu ölkələr haqqında qiymətli məlumatlar
toplamışdı. Tarixçi Əbdürrəzzaq bəy Dünbüli özünün «Məasiri-
Sultaniyyə» əsərində İran hökmdarı Fətəli şahın hakimiyyət dövrün-
də baş vermiş hadisələrdən bəhs etmişdi.
Azərbaycan ədəbiyyatında realist janr getdikcə üstünlük təşkil
edirdi. Poeziyada vətənpərvərlik ideyaları və xalqın düşdüyü ağır
vəziyyətə etiraz səsi xeyli güclənmişdi. Nişat Şirvani, Şikəstə Şirin
və Nəbi kimi tarixi mövzuda yazan şairlərin əsərlərində ağır hə-
yatdan narazılıq və şikayət üstünlük təşkil edirdi. Şakir Şirvanininn
«Şirvan haqqında dastan» adlı müxəmməsində 1743-cü ildə Nadir
şahın əleyhinə yönəlmiş Şamaxı üsyanından bəhs edilir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayən-
dələri Molla Pənah Vaqif və Molla Vəli Vidadi olmuşdur. Vidadi
1709-cu ildə Şəmkirdə anadan olmuş, Qarabağda, sonra isə gürcü
çarı II İraklinin sarayında yaşamışdı. Vidadi yüksək sənətkarlıqla
170
yazdığı şerləri ilə lirik Azərbaycan poeziyasını zənginləşdirmişdi.
O, ədəbiyyata qoşma və gəraylılar müəllifı kimi daxil olmuşdur.
Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan
olmuşdu. Əvvəllər Qazax mahalında və Gəncədə, sonralar isə Qara-
bağda yaşamışdı. Zəngin bilikli şair Qarabağ xanının sarayında baş
vəzir olmuş və xanlığın idarə edilməsində xüsusi rol oynamışdır.
Vaqifın yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Şairin
şerləri xalq dilinin zəngiliyini əks etdirir və realizmi, milli təravəti,
orjinallığı, nikbinliyi ilə səciyyələnir. Vaqifın realist yaradıcılığı
Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamış və Azər-
baycan şerlərinin sonrakı nəsillərinə güclü təsir göstərmişdi.
XVIII əsrdə Azərbaycanda inşa edilmiş memarlıq abidələri
dövrün siyasi həyatı ilə sıx bağlı olmuşdur. Yadelli hücumlarının və
ara müharibələrinin mütamadi olaraq davam etdiyi xanhqlar döv-
ründə Azərbaycan xanları düşmən hücumlarına tab gətirə biləcək
dərəcədə möhkəmləndirilmiş qalaların, bürc və istehkamların tikin-
tisinə diqqəti artırmağa məcbur idilər. Ərazisində hərbi-müdafıə
xarakterli obyektlərin tikildiyi xanlıqlardan biri Qarabağ xanlığı idi.
Buna misal olaraq Bayat, Şahbulaq və Şuşa qalalarının qala divar-
larını, Əsgəranın qoşa qalalarını göstərmək olar. Müdafıə xarakterli
obyektlər Şəki, Şamaxı, Təbriz, Naxçıvan və Ərdəbil xanlıqlarında
da tikilmişdi. Azərbaycan memarlığında karvansara tikintisi sahə-
sində qazanılmış zəngin ənənələr bu dövrdə də davam edirdi. XVIII
əsrin ikinci yarısında Şəkidə tikilmiş «Yuxarı» və «Aşağı» karvan-
saraları müasir dövrümüzədək gəlib çatmışlar. Azərbaycan ərazi-
sində ən böyük karvansara hesab edilən «Yuxarı» karvansarada 300
otaq və zirzəmi var idi.
Şuşada, Şəkidə, Qubada, İrəvanda ayrı-ayrı xanlar tərəfindən
dəbdəbəli saraylar tikdirilmişdi. Bu dövrdə Azərbaycanda saray
tikintisinin ən gözəl nümunəsi şərq memarlığının incilərindən sayı-
lan Şəki xanlarının sarayıdır. Saray 1797-ci ildə Şəki hakimi Mə-
həmmədhəsən xan tərəfindən tikdirilmişdir. Sarayın fasadı başdan-
başa şəbəkə üslubu ilə bəzədilmişdir.
171
XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Azərbaycan
siyasi pərakəndəlik dövrü yaşayırdı. Nadir şahın ölümündən sonra
yaranmış müstəqil və yarımasılı xanlıqlar orta əsr dövlətlərinə məx-
sus bütün atributlara malik idilər. Bu dövrün sosial-iqtisadi müna-
sibətləri orta əsrlərin əvvəlki dövrlərinə məxsus sosial-iqtisadi mü-
nasibətlərdən elə də fərqlənmirdi. Torpaq mülkiyyət formalarının və
vergilərin mahiyyətində elə bir ciddi dəyişiklik baş verməmişdi.
Bununla belə, bütün xanlıqlar dovrü üçün xarakterik olan ara mü-
haribələrinin təsiri altında əkinçilikdə, ticarət və sənətkarlıqda dərin
tənəzzül müşahidə edilirdi. Azərbaycan şəhərlərinin böyük əksəriy-
yəti ciddi dağıntılara məruz qalmışdı.
XVIII əsrin ikinci yarısında ayrı-ayrı Azərbaycan xanlıqları
hakimiyyət və torpaq uğrunda bir-birilə kəskin müharibə aparırdılar.
Ölkəni vahid dövlətdə birləşdirməyə çalışan qüvvələr də çox de-
yildi. Urmiyalı Fətəli xan, Şəkili Hacı Çələbi, Xoylu Əhməd xan və
Qubalı Fətəli xan vahid Azərbaycan uğrunda xeyli qüvvə sərf et-
mişdilər. Qubalı Fətəli xan daha böyük uğurlar qazanmış və bütün
şimal-şərqi Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə nail
olmuşdu. Bununla belə, ayrı-ayrı bölgələr arasında iqtisadi əla-
qələrin zəifliyi və qonşu dövlətlərin müdaxiləsi son nəticədə vahid
Azərbaycan dövlətinin yaranmasına imkan vermədi. Azərbaycanın
zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi qonşu döv-
lətlərin, ilk növbədə İran və Rusiyanın diqqətini cəlb edirdi. Heç də
təsadüfı deyil ki, XVIII əsrin sonuncu onilliyində bu dövlətlər Azər-
baycanı işğal etmək üçün hərbi yürüşlər təşkil etmişdilər. Azər-
baycan 1795 və 1797-ci illərdə İran hakimi Ağa Məhəmməd şah
Qacarın, 1796-cı ildə isə V.Zubovun başçılığı ilə rus ordusunun iş-
ğalçı yürüşünə məruz qalmışdı. Doğrudur, bu yürüşlərin hər üçü
iflasla nəticələndi. Lakin bu heç də həmin dövlətlərin Azərbaycana
dair işğalçılıq planlarından imtina etmələri demək deyildi.
|