Qəbilə icmasının əmələ gəlməsi. Üst Paleolit 40 min il bun-
dan əvvəldən e. ə. 12 - ci minilliyə qədər davam etmişdir. Bu döv-
rün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrində daha çox rast
gəlinmişdir. Bu dövrdə Azərbaycanda ağıllı insan tipi “Homo Sapi-
yens” yaranması başa çatmışdı. Əmək fəaliyyətinin artması şüurun,
düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuş-
du. Ulu icmanı qan qohumluğuna əsaslanan qəbilə icması-nəsli qə-
12
bilə əvəz etmişdir. Qadının təsərrüfatda rolu daha böyük olduğu
üçün qan qohumluğu ana xətti ilə götürüldüyünə görə belə quruluşa
ana xaqanlığı – matriarxat deyilir (8, s.24).
Mezalit və ya Orta Daş dövrü e.ə. 12-ci minilikdən e.ə. 8-ci
minilliyə qədər davam etmişdi. Ox və kaman ixtira edilmişdir.
İnsanlar qida ehtiyatlarını artırmağa və heyvanları əhliləşdirməyə
nail olmuşlar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu.
Toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyat üçün
saxlayırdılar. Bu ibtidai əkinçiliyinin meydana gəlməsinə şərait
yaradırdı. Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından
istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur (1, s. 83). Bu dövr
Qobustan abidəsi əsasında öyrənilmişdir. Burada insanlar təxminən
e.ə. 12-ci minillikdən yaşamışlar. Onlar ovçuluq, balıqçılıq və yığı-
cılıqla məşğul olmuşlar. Əmək alətləri kiçik ölçülü-mikrolit, hən-
dəsi formalı, gəzli, üçkünc, kəsici və s. olmuşlar. Sümükdən biz, ox
ucu, balıqçılıqda istifadə olunan alətlər düzəldilirdi. Qazaxda Dam-
cılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtə-
lif tipli alətlər, cilalanmış, dişli lövhələr tapılmışdır. Qobustan qaya-
larında bu dövr insanlarının ovsun-totem inamları, dini ayinləri, ov
səhnələrini əks etdirən rəsmlər, qadın və müxtəlif heyvan rəsmləri
təsvir edilmişdir. Mezolit dövründə insanlar axirət dünyasına inan-
mış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar.
İstehsal təsərrüfatının yaranması. Neolit dövrü e.ə. VII
minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı.
İnsanlar maldarlıq və əkinçiliklə məşğul olmuş, saxsı qablar
hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla
məşğul olmuşlar (9, s.14). Təsərrüfatda olan bu yeniliklərə “Neolit
inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla
məşğul olmuşdur. Əmək alətləri çaxmaqdaşından, obsidandan
(vulkanik şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə ətrafın-
da, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit
dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhə-
lərdən ibarət əmək alətləri tapılmışdır.
Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar
ilk dəfə metalla tanış olmuş və misdən alətlər hazırlamışlar. Azər-
13
baycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qara-
bağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təb-
riz yaxınlığında tədqiq edilmişdir (8, s. 27-28). Əkinçi-maldar
tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay kənarında, əkin-
çilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları
kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi. Evin ortasında və ya
divarın yanında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan
ailələr yaşamışlar. Əhali əkinçilik, maldarlıq, balıqçılıq, dulusçuluq,
daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənət-
karlar saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək
əşyaları hazırlayırdılar.Torpağı toxa ilə şumlayırdılar. Həmin dövr
“toxa əkinçiliyi” dövrü adlanır. Taxıl daş oraqla biçilirdi, taxıl eh-
tiyatı saxsı küplərdə və quyu anbarlarda saxlanırdı. Bir neçə buğda
və arpa növü əkib becərirdilər. Ev heyvanları əhliləşdirilmişdi. E.ə.
V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdiril-
məsinə başlanmışdır. Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at
sümükləri tapılmışdır. Tapılmış iy ucluqları toxuculuqla məşğu-
liyyəti sübut edir. Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları
hazırlanmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Tapılmış
qadın heykəlləri bunu sübut edən maddi mədəniyyət qalıqları idi.
Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma
ağsaqqalları şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış məs-
kənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölü-
lərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpir-
dilər. Eneolitin son mərhələsində e.ə. IV minilliyinin I yarısında
metalişləmənin inkişafı başlamışdı.
Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e .ə. IV
minilliyin sonundan (Azərbaycanda e.ə. II minilliyin sonlarına
qədər) başlayır. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələ-
batından döğmuşdu. Təmiz misdən hazırlanan alətlər tez xarab olur-
du. Tunc misə müxtəlif qatışıqlar qatışdırmaqla alınan yeni metal
idi. Tunc dövrünü erkən, orta və son tunc dövrü mərhələlərinə bö-
lürlər. Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III
minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda
Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu da Qarabağda, Naxçı-
14
vanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya əra-
zisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq
edilmişdir (8, s.33-34). Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay
kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə
salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda,
Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər
dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi
bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma
evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir.
Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı
böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayo-
nunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlə-
rində də vardır. Erkən Tunc dövründə 1-ci böyük ictimai əmək
bölgüsü meydana gəlmiş, əkinçilik maldarlıqdan ayrılmışdır (8,
s. 35). Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdur. Süni
suvarma yaranmışdır. Şumlama zamanı qoşqu heyvanlarından
istifadə edilirdi. Taxılın biçilməsində daş lövhələrdən hazırlanmış
oraqlarla yanaşı, tunc oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi
quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr,
dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü. Mal-
darlığın inkişafında mühüm irəliləyişlər var idi. Davarların (qoyun,
keçi və s.) sayının artması, atdan istifadə nəticəsində maldarlığın
yeni sahəsi-köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Maldar
tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Artıq məhsul alış-
verişin genişlənməsinə imkan vermişdi . Əmlak bərabərsizliyi
meydana gəlmişdi (1, s. 114). Azərbaycanın əhalisi sənətkarlığın
dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələr ilə məşğul olmuş-
dur. Saxsı qabların bir qismi xörək və mətbəx qabları idi. Tuncdan
əmək alətləri, silahlar, bəzək əşyaları (muncuq, qolbaq və s.) və
məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəziləri qızıl
əşyalar da hazırlamışlar. Qoyunçuluğun inkişafı toxuculuğu geniş-
ləndirmişdir. Axirət dünyasına inam var idi. Tunc dövründə ölülər
yaşayış məskənlərindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzə-
rində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kol-
lektiv dəfnetmə adəti meydana gəlmişdir. Ailədə, təsərrüfatda və ic-
15
timai həyatda kişilərin rolu artmağa başlamışdır. Ailəyə və tayfaya
kişilər başçılıq etməyə başlamışlar. Erkən tunc dövründə xış əkin-
çiliyi və köçmə maldarlığının yaranması kişinin təsərrüfatda rolunu
artırmış və anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patriarxat) ilə
əvəz edilmişdir (9, s. 21).
Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv.
başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta
Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar
arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır.
İlkin şəhər mərkəzləri də yaranmış və müdafiə divarları ilə əhatə
olunmuşdur: Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya
sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan
şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqə-
ləşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq
və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni su-
varma kanalları yaradılmışdır. Taxılın döyülməsində öküz və ya at
qoşulmuş daş vəllərdən istifadə edilmişdir. Taxıl və un ehtiyatı
saxsı küplərdə, quyularda saxlanırdı. Üzümçülük və şərabçılıq mey-
dana gəlmişdir. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə
edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan
tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait
yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində
2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal
sahələrindən ayrılması baş vermişdi (8, s. 41). Naxçıvan yaxın-
lığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapıl-
mışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə
edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı
xüsusi qəliblərə tökərək müxtəlif
16
dərinləşmişdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abi-
dələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində
(ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.)
əks olunmuşdu (1, s. 122). Qaya təsvirlərinin bir çoxu ibtidai ov-
sunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şey-
lərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzə-
dilmişdir.
Tunc dövrünün sonu. Erkən Dəmir dövrü. İbtidai icma
quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. XIV-XII əsrləri əhatə
edir. Erkən (ilk) Dəmir dövrü e.ə. XI-VIII əsrləri əhatə edir.
Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri
və silahlar yeni yüksəlişə səbəb oldu. Tayfa ittifaqları daha da güc-
lənmişdi. Azərbaycanda yaşayış məskənləri, qəbir abidələri (kur-
qanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik
(siklop-təpəgöz, siklopik-böyük ölçülü tava daşlarından hörülmüş
qalaçalar-təpəgözlər tikmişlər) qalalar tədqiq edilmişdir. Yaşayış və
təsərrüfat binalarının bünövrəsi çay daşları və ya qaya parçalarından
qoyulur, divarları çiy kərpicdən hörülürdü, ətrafına müdafiə divar-
ları çəkilirdi. Bu dövrdə sənətkarlıq daha məhsuldar inkişaf etmiş,
qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdi. Təd-
ricən ibtidai icma quruluşu dağılmış, sinifli cəmiyyət yaran-
mışdı (1, s. 166). Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön
plana keçmişdir. Kurqan abidələr geniş yayılmışdır. Maldar tayfalar
davar və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu
əkinçilər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət
əşyalarına dəyişirdilər. Son Tunc dövründə atdan minik və qoşqu
vasitəsi kimi geniş istifadə edilmişdir. Ona sitayiş ayini meydana
gəlmişdir. Kurqanlarda dəvə skeletləri də tapılmışdır. Əmək alətləri
təkmilləşmiş, iri suvarma kanalları çəkilmişdir. Əkinçilikdə buğda,
arpa, darı və s. bitkilər becərilir, taxıl tuncdan və dəmirdən hazır-
lanmış oraqlarla biçilir, taxıl vəllərlə döyülür, dən daşlari ilə üyü-
dülürdü. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Dulusçuluq
əmək fəaliyyətində xüsusi yer tuturdu. Saxsı qabların istehsalında
ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Ərzaq
ehtiyatlarını saxlamaq üçün müxtəlif çeşidli saxsı qablar hazırla-
17
nırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmədə
ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə
qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükiş-
ləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də
əhəmiyyət kəsb edirdi. E.ə II minilliyin axırı-I minilliyin əvvəl-
lərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. Sənətkarlar içə-
risindən sənətkar-tacirlər qrupu ayrılmışdır (1, s. 163-164). Onlar
hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə
çevrilmişlər. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini
və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləş-
dirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona
sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar
ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluq-
çularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını
da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş
halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi. Səma cisim-
lərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Azərbay-
canın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan
sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış-
verişdə böyük rol oynamışdı. Azərbaycan Assuriya ilə geniş ticarət
əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli
gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı.
Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı
yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay
(Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qaya-
larında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur.
2. İbtidai icma quruluşunun dağılması
E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma
quruluşunun dağılmas
18
rəhbərlik edirdi. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi.
Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə
(kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quru-
luşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc
dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişik-
liklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və
yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması,
səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş
izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan,
heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu.
Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu
silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zireh-
ləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb
işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının yaran-
ması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi,
cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II
minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai
icma quruluşunun dağılmasını sürətləndirdi (8, s. 56-57).
19
II FƏSİL
AZƏRBAYCAN ƏRAZİSİNDƏ
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR
Plan:
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər.
Manna çarlığı.
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi
vəziyyəti.
4. Alban çarlığı.
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən
dövlətlər. Manna çarlığı.
E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qu-
rumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopota-
miyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var
idi. E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su,
turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində
naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk)
tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-döv-
lətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində
yaranmış dövlət qurumları ən çox Mesopotamiya dövlətləri ilə hərbi
münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmən-
çilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın
e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı.
Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir,
Şumeri tabe etmək tədbirləri görürlər (8, s. 61).
Lullubi dövlət qurumu. E.ə. III minilliyin II yarısında
Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lul-
lubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Lullu-
20
bilərin döyüş məharəti qorxu yaradırdı. Buna görə də xet və hurrit-
lər lullubi etnik adını “düşmən”, “yad” mənasında işlədirdilər. Onlar
əkinçilik və maldarlıqla məşğul olmuşlar. Lullubilər igid, cəsur
tayfa kimi tanınmış, Mesopotamiya ilə ticarət əlaqələri saxlayır, mal
mübadiləsi edirdilər. Onlar Səma, Günəş, Ay allahlarına, məhəbbət,
məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Lullubilər Mesopotami-
yada olan Akkad dövlətinin hücumlarına məruz qalırdılar. Bu hü-
cumlar Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha
da güclənmişdi. Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğur-
ları onun şərəfinə ucaldılmış qələbə abidəsi – daş kitabəsi (e.ə.
XXIII əsr) əks etdirir.
Kuti (Quti) dövlət qurumu. Kutilər Urmiya gölündən qərbdə
və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti
(Kutium) dövlət qurumunu yaranmışdılar. Kutilər Akkad ilə hərbi
münaqişələrə girirdilər, Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən
onların köməyinə gəlirdilər. E.ə. XXII əsrin əvvəllərində kutilərin
hökmdarı Yarlaças Mesopotamiyaya hücum edərək Akkad dövlətini
süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti al-
tında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün
qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır. Kutilərdə Şu-
merdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə
idarə olunurdu. Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə
cəlb olunurdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi
yazıları ilə tərtib olunurdu. Ay allahına, məhəbbət, bərəkət və məh-
suldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd
tikintisini davam edirdilər. Kutilər və hökmdarları türk mənşəli
idilər (8, s. 82). E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axır-
larında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vila-
yətlərə parçalandılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və
Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıq-
dan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar
Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının
qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər
21
və turukkilər) burada yaşayan tayfalarla ünsiyyətə girərək, həmin
torpaqlarda məskunlaşmışlar. Lakin şimalda yaranmış Assuriya
dövləti də bu ərazini işğal etmək istəyirdi. Turukkilər torpaqlarını
nəinki vermədilər, hətta assuriyalıların nəzarətində olan inzibati və
hərbi mərkəz Şuşarra vilayətini tutdular. Onların ardı-arası kəsil-
məyən hərbi təzyiqi Assuriyanı zəiflətmişdi. Babilistan hökmdarı
Hammurapi (e.ə.1792-1750) bu hadisələrə qarışmalı oldu və həmin
tayfalara qalib gəldi.
E.ə. XIV əsrin sonunda Assuriyanın qüdrəti artdı. Hökmdar I
Adadnirari Azərbaycan ərazisinə bir neçə yürüş etmiş, lakin ölkənin
içərisinə girə bilməmişdir. I Salmanasarın dövründə kutilər Assu-
riyaya qarşı üsyan qaldırdılar, lakin üsyan yatırıldı. E.ə. II minil-
liyində qədim Azərbaycan tayfaları tutukkilər, lullubilər, kutilər və
şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmışlar. Qədim
Azərbaycan tayfalarının vahid dövlət halında birləşməsi zəruri idi.
Manna çarlığı. E.ə. I minilliyin əvvəlində ( e.ə. IX əsrdə)
Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında Manna dövləti ya-
ranmışdı. Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı
III Salmanasarın mixi yazılı kitabəsində tayfa kimi rast gəlinir.
Manna dağlıq ölkə idi. Burada çoxlu çaylar var idi. Urmiya
gölü duzlu olduğu üçün suvarmaya yaramırdı. Suvarma üçün bu
çaylardan istifadə olunurdu. Əhalisi əkinçiliklə məşğul olurdu. Tor-
pağı dəmir toxa və xış ilə şumlayırdılar, taxılı dəmir oraqla biçir-
dilər. Bağçılıq və üzümçülük də inkişaf etmişdir. Atçılıq geniş
yayılmışdır. Subi vilayəti öz atları ilə fərqlənirdi. Əhali oturaq həyat
sürürdü. Təsərrüfatda dəvədən də istifadə edirdilər.
E.ə. XI əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye,
Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana
gəlmişdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvələr lullu-
bilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin I yarısında Zamuanı ayrı-
ayrı hakimlər idarə etdiklərinə görə, xarici hücumların qarşısını
almaq mümkün olmurdu. Manna hökmdarları ölkəni vahid mərkəz-
də birləşdirib, xarici hücumların qarşısını almağa çalışmışlar, lakin
buna nail ola bilməmişlər. Mannaya qarşı Assuriyanın, həmçinin
22
Urartu dövlətinin hücumları ara vermirdi. E.ə. IX-VIII əsrlərdə
Manna artıq güclü bir dövlətə çevrilmişdi. Assuriya hökmdarı III
Tiqlatpalasar VIII əsrin II yarısında Urartu ilə vuruşdu. O, Man-
nanın Mazamua vilayətini Assuriyaya birləşdirdi, Urmiya gölü höv-
zəsində yaşayan bir sıra tayfaları oradan köçürdü. O, əsasən, Urartu
və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya
müttəfiq kimi baxırdı.
Mannanın hökmdarı İranzu (e.ə.740-719) Urartunun işğal
etdiyi Manna torpaqlarını geriyə qaytardı, Manna vilayətlərini mər-
kəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. Man-
nanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə
Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun höki-
miyyəti zamanı Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə
çevrildi (8, s. 95). Paytaxtı İzirtu şəhəri idi. Bu dövrdə Mannanın
xarici siyasətində 2 meyl var idi: İranzu özü başda olmaqla bir qrup
Assuruyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının
bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə
Urartu ilə ittifaqa üstünlük verirdi. Onlarin siyasəti Manna hökm-
darının mərkəzləşmə siyasətinə mane olurdu. Assuriyaya olan meyl
Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləş-
məsi üçün şərait yaratmışdı. Lakin İranzunun mərkəzləşdirmə siya-
səti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi. Bundan isti-
fadə edən Urartu hökmdarı I Rusa Zikirtu vilayətinin canişini və bir
sıra şəhərlərlə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Manna-
nın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi.
Assuriya hökmdarı II Sarqon Manna ilə ittifaqa sadiq qalaraq üs-
yanı yatırtdı.
İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) haki-
miyyətə gəldi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü.
Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680)
Manna hökmdarı oldu. Mixi yazılarına görə onun hakimiyyətə gəl-
məsinə Urartu hökmdarı I Rusa kömək etmiş və əvəzində 22 Manna
qalasını almışdı. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə
ittifaqa girir. Bu Assuriya hökmdarı II Sarqonu qəzəbləndirir və e.ə.
|