819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Qələ-
bədən sonra 10 ilə yaxın müddətdə xürrəmilər Xilafətin bir neçə
ordusunu darmadağın etdilər. Babəkilər IX əsr 20-ci illərin əvvəl-
lərində düşməni məğlub edərək, Süniki, Ərsak, Bərdəni, Beyləqanı,
Qarabağı, Arranın bir sıra əyalət və şəhərlərini azad etdilər. Babəkin
əsas tərəfdarları Z.Bünyadovun qənaətinə görə, ermənilərdən fərqli
olaraq, alban knyazları idi. IX əsrin 20-ci illərinin sonuna doğru
azadlıq müharibəsi genişlənərək Xilafəti sarsıtdı. Göndərilən güclü
ərəb ordusu 2 il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər
dağında xürrəmilərlə həlledici savaşi başladı (2, s. 269). Məqsəd
Bəzz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min
nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi
öldürüldü. Sonrakı il xürrəmilər Həmədan şəhərini tutdular. Bu,
ərəb orduları üzərində 5-ci qələbə idi. IX əsrin 30-cu illərinin əv-
vəllərində azadlıq müharibəsinin uğurlu dövrü idi. Ərəblər Babək-
dən qorxmağa başladılar. 833-cü ilin sonunda Həmədan şəhəri
yaxınlığında şiddətli döyüş başladı (8, s. 264). Xürrəmilər ilk dəfə
ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qə-
dər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyə-
tini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı yönəltdi.
Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Or-
duya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər
görüldü. Orduda intizam möhkəmləndirildi. 835-ci ildə Afşin adlı
məşhur sərkərdə xürrəmilərə qarşı vuruşan orduya baş komandan
təyin edildi. O, türk mənşəli idi. Öz qərargahını xürrəmilərin isteh-
kamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi.
Kəşfiyyat məlumatı toplamaq, xürrəmilər arasında təfriqə salmaq,
onların ən yaxşı sərkərdələrini aradan götürmək gündəlik işə çevril-
di. İsma Əl-Kürdi, Tarxan və b. aradan götürülməsi Babəkə ağır
zərbə oldu. Xürrəmilər də tədbirli fəaliyyət göstərirdilər. Lakin
azadlıq müharibəsinin illərlə uzanması və geniş əraziləri əhatə et-
məsi ona rəhbərliyi çətinləşdirirdi. İtkilər az deyildi, adamlar uzun
sürən müharibədən yorulmuşdular. Bu düşmənin diqqətini cəlb edir-
di. Düşmənə isə müntəzəm olaraq yeni qüvvələr gəlirdi. Afşinin
tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq
56
tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və
b. tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sər-
kərdə, İranın və Azərbaycanın hakimi, səbrli və tədbirli idi. Hətta
Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan mə-
lumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə
uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi.
Buna baxmayaraq, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxın-
lığında döyüşdə qələbə çaldılar (2, s. 273). Ərəb sərkərdəsi Buğa
döyüş meydanından qaçdı. 837-ci ildə xəlifə Afşinin köməyinə 2
böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında
Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Afşin qan tökül-
məsin deyə əvvəl Babəkə sülh təklif etdi, bağışlanması haqqda xəli-
fədən fərman alacağını dedi. Bu hər 2 tərəf üçün sərfəli idi. Xəli-
fənin məqsədi Babək kimi sərkərdəni öz tərəfinə çəkib Bizansa qar-
şı müharibədə istifadə etmək idi. Lakin Babək əqidəsindən dön-
məyərək, bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837-
ci il avqustun 26-da başlandı. Babəkin müttəfiqi Bizans im-
peratorunun 100 minlik ordusunun arxadan ərəblərə zərbə endirmək
cəhdi Bəzz qalasını xilas edə bilmədi. Afşin özü Babəkin sarayına
baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəzz qala-
sının müdafiəsinə Babəkin etibarlı sərkərdəsi Adin (Aydın) başçılıq
edirdi. Xürrəmilərin qeyri-adi igidliyi ərəbləri heyrətə gətirmişdi.
Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu
(8, s. 266-267). Ərəblər Afşinin göstərişi ilə Bəzz qalasını 3 gün
yandırdılar, 8 minə yaxın əsir götürdülər. Onların içərisində Ba-
bəkin ailə üzvləri və yaxın qohumları da var idi. Babək Arazdan ke-
çib Arrana gəldi. Onun məqsədi Bizans imperatorunun yanına get-
mək, yeni ordu toprayıb müharibəni davam etmək idi. Afşin Ba-
bəkin bağışlanması haqda xəlifədən məktub aldı, lakin Babək yenə
də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil
verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək
Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl İbn
Sumbatla qarşılaşdı. Sumbat Babəki aldadıb öz mülkünə gətirərək,
onun təhlükəsizliyinə təminat verdi, sonra da xəyanət yolu ilə onu
ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətir-
57
dilər. Sentyabrın 15-də onu Samirəyə apardılar. 838-ci il yanvarın
4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin əmri ilə Babək
martın 14-də edam edildi (9, s. 132). Cəllad əvvəlcə onun dirsək-
dən qollarını, qıçlarını, sonra isə başını kəsdi. Heç kəs onun inil-
tisini eşitmədi. Cəllad onun sağ ə
58
Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil,
həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri
Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getmə-
si deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə
Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik
edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacir-
ləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinə-
sinə verirdilər. Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət
yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə ke-
çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi
Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi.
Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan öl-
kələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyi-
şikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ümumi islam mədə-
niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az
və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində
aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbay-
canlı məmurları məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrən-
sinlər. Ona görə də tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini
mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı
gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi.
Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində
təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaq-
da və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiy-
yat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi
mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s.
inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa
Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən
ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən baş-
layaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin or-
talarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə
tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi
Qafqaza hücumları və bu ərazilərə sahib olmalarından bəhs edilir.
Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud”
dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır.
59
Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tər-
cümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azər-
baycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII
əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar,
onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala di-
varları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə-
bəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni
xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi.
Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş
yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq
daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığın-
dakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciy-
yəvi nümunələridir.
4. Azərbaycan xalqının və dilinin təşəkkülü
Hər bir xalqın formalaşması zəruri olan şərtlər bunlar dır:
dil, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əla-
qələr ümumiliyi. Bu şərtlərin təşəkkül tapması üçün əsrlər lazım
gəlir. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri
ərazi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin
bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb Şimalda əzə-
mətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də əhatə edirdi.
Şərqdə Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər
olan ərazilər, cənub-qərbdə isə Oğuz yurdu İrəvan şəhəri daxil ol-
maqla indiki Ermənistanın xeyli hissəsini əhatə edirdi. Qədim
etnosların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil
sayılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan
türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məs-
kunlaşan türkdilli digər einosların qaynayıb-qarışmasından əmələ
gəlmişdir. Türk etnoslarının yaşadığı ərazinin sərhədləri qərbdə
Anadoludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qə-
dər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər,
skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Bunları
birləşdirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması
60
(müxtəlif dövrlərdə onlar bütpərəstliyin, atəşpərəstliyin, xristian-
lığın və İslamın ayələrini icra etməli idilər), tabe olduqları imperi-
yanın milli əsarətinə qarşı birgə mübarizə aparmaları, yadelli işğal-
çılara qaşı birlikdə müqavimət göstərmələri. Bir-birini əvəz edən
Sasani və Ərəb imperiyaları dövründə qonşu ölkələrin etnosları ilə
iqtisadi və mədəni əlaqələr yaranırdı. Eyni imperiyanın tabeliyində
olduğundan həmin imperiyanın qanunları ilə idarə olunurdular. Ver-
gi verir, mükəlləfiyyətləri yerinə yetirirdilər. Bu dövrdə türklərin
güclü axını olmuşdu. Yeni gələnlər yerli türklərlə birləşirdi. Farslar
və ərəblər isə öz dillərini itirir və yerli əhaliyə qaynayıb-qarışırdılar.
Eramızın III-IV əsrlərində Cənubi Qafqaz və bütünlükdə
Azərbaycanın Sasani, Bizans, Türk Xaqanlığı və Xilafətin arasında
gedən müharibələr nəticəsində inkişafı ləngidilirdi. Xristianlığın
təbliği xalqımızın formalaşmasına mənfi təsir edən amillərdən idi.
Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prin-
siplərinə zidd olduğu ərəb işğalları dövründə Albaniyanın xristian
əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Elə o vaxtdan
erməni və gürcü kilsələri Albaniyanın qərbində yaşayan əhalini öz
dini-siyasi tə
‰DPÂðUÐ%
lə
61
V FƏSİL
AZƏRBAYCAN İNTİBAH DÖVRÜNDƏ.
ELM VƏ MƏDƏNİYYƏTİN ÇİÇƏKLƏNMƏSİ
Plan:
1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı.
2. Славйанларын Азярбайcана басгынлары.
3. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı.
4. Şirvanşahlar və Atabəylər dövlətləri.
5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət və
mədəniyyət.
1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı
IX əsrdə Xilafət zəifləmişdi. Feodal münasibətlərinin möh-
kəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əya-
lət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə
və işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət almış-
dır. İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər ya-
ranırdı. Bunları sərkərdələr-keçmiş ərəb canişinləri idarə edirdilər.
Zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir, yerli xalqlarla qarı-
şırdılar. Abbasilər xilafətinin dağılırması şəraitində Azərbaycanın
ayrı-ayrı vilayətlərini idarə edən müxtəlif feodal sülalələri tərə-
findən bir sıra yerli dövlətlər yaradıldı. 600 ilə qədər davam edən
Sasani və Ərəb əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvan-
şahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətçilik ənənə-
lərinin dirçəlişi idi. İslam dini bütün Azərbaycan əhalisinin, türk və
qeyri-türk etnik qrupların vahid qüvvə ilə birləşməsində mütərəqqi
rol oynadı. Bununla belə, ölkədə uzunmüddətli sabitlik yarada
bilinməməsi feodal dağınıqlığı və ara müharibələrlə nəticələnirdi.
Bir-biri ilə düşmənçilik edən Azərbaycan hakimləri çox vaxt xarici
qüvvələri köməyə çağırırdılar. Bundan istifadə edən yadellilər
Azərbaycanda möhkəmlənməyə və onun sərvətlərini çapıb-talamağa
62
çalışırdılar. Belə bir şəraitdə vahid Azərbaycan dövlətini yaratmaq
nə qədər zəruri olduğu aydın idi.
Şirvanşahlar dövləti. Şirvan əvvəllər Azərbaycanın şimal-
şərqində kiçik bir vilayət idi. Dərbənddən Kür çayına doğru Xəzər
dənizi sahillərindəki Azərbaycan torpaqlarını əhatə edirdi. Mərkəzi
Şirvan şəhəri idi. Şirvanşahlar dövlətini Məzyədilər-bəzən Seyba-
nilər və ya Yezidilər sülaləsi idarə edirdi. Məzyədilərin görkəmli
nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid (786-
809) zamanı Cənubi Qafqaz vilayətinin, o cümlədən Şirvanın ha-
kimi idi. O, xilafətə dayaq məqsədilə Azərbaycana köçürtdükləri
Rəbiə tayfasından idi. Misir və Suriyadan köçürülən ərəblər, əsasən,
Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezidin özü də burada
çoxlu torpaq ələ keçirmişdi. Məzyədilər ilk dəfə Aranda paytaxtı
Bərdə olan yarımmüstəqil feodal dövləti-əmirlik yaratmışdılar. Ye-
zid ibn Məzyəd Şirvan valisi kimi Aran, Şirvan, Dərbənd və
Ermənistanı idarə edirdi. O, 801-ci ildə Bərdədə ölmüş və burada
dəfn olunmuşdur. Sonra növbə ilə onun oğulları Əsəd, Xalid və Mə-
həmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-cu ildə Məhəm-
məd ibn Yezid qədim Gəncəni bərpa etdirib öz iqamətgahını bura
köçürdü. Zaman keçdikcə ərəb Məzyədilər nəsli yerli əhali ilə qay-
nayıb qarışdılar (10, s. 205). IX əsrin sonlarında Aran, Bərdə Sa-
cilərin əlinə keçdiyindən məzyədilərin nümayəndələri Şirvana köç-
dülər, türkləşməkdə olan ərəb nəsilləri Şirvanda cəmləşdilər. Məz-
yədilər sülaləsi də özünün ərəb mənşəyini itirdi. 861-ci ildə Məz-
yədilər sülaləsindən Heysam ibn Xalid Şirvanı müstəqil elan etdi və
Şirvanşah titulunu qəbul etdi (2, s. 326). 917-ci ildə qonşu Lahi-
canşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi. Bununla əlaqədar
918-ci ildə Şirvanşah Əbu Tahir (917-948) hərbi-strateji baxımdan
Şamaxını bərpa edib paytaxtı bura köçürdü və Yezidiyyə adlandırdı.
Şirvanşahın qoşunları Qəbələ (981-982), Bərdə (982) və Şirvanı
(983) ələ keçirdilər. Strateji əhəmiyyətə malik olan Dərbənd əmir-
liyi də 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirildi. Türklərin ya-
şadığı “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycanın ən qədim
vilayətlərindən biri idi. Şirvanşahlar Dərbənd səddini və şəhərin
63
qala divarlarını təmir etdirib möhkəmləndirdi. Dərbənddən sonra
Xursan və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıl-
dı.
Sacilər dövləti. Sacilər dövlətini türk sülaləsi olan Sacilər
(879-941) yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən
(Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər (9, s. 137).
Ərəb ordusunun məşhur sərkərdələri-Afşin Heydər ibn Kavus bu
nəsildəndir. Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək üçün
Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya çoxlu türk tay-
faları köçürülürdü. Türklər Xilafət ordusunda mühüm qüvvə idilər.
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordusunun
sərkərdəsi idi. Dövlətə xidmətlərinə görə Azərbaycan mülk olaraq
Sacilərə verilmişdi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min dinar
xərac göndərirdi. Onun oğulları Məhhəmməd və Yusif ibn Sac da
xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyti dövründə (879-
941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevrilmişdi.
Hələ IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu Sacın
adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti daha da
qüvvətləndi (8, s. 277). 912-ci ildən etibarən Xilafət xəzinəsinə
xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac Ermənistan ərazi-
sini, Tiflis və Kaxetiyanı ələ keçirdi, Şivanşahlar dövlətini də öz-
lərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əv-
vəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaq-
larını əhatə edirdi. Şərq sərhədləri Xəzər dənizi sahillərindən baş-
lanır, qərb sərhədləri İrəvan yanındakı Ani və Dəbil (Dvin) şəhərinə
qədər uzanıb gedirdi. Yusif ibn Sac Dərbənd səddini təmir etdirdi.
Onun adına Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi müstəqil
bir dövlət olduğunu sübut edirdi. Dövlətin paytaxtı əvvəllər Marağa,
sonra isə Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən-X əsrin 40-cı
illərədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün
Azərbaycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər
dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mə-
dəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalx-
64
masına, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin
sürətlənməsinə müsbət təsir göstərdi.
Salarilər dövləti. Feodal qruplar arasındakı çəkişmədən
istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd
941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəlib,
ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd
(941-957) Salarilər (941/942-981) sülaləsindən idi. Paytaxt Ərdəbil
şəhəri idi. Salarilər dövləti şimaldan Dərbənd keçidindən başla-
yaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə
Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və
Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir
dövlətə çevrildi. Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində
Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın Yaxın
və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif
etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi.
Lakin, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları
ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda gedən ara müha-
ribələri, feodal hərc-mərcliyi, Xəzəryanı Azərbaycan vilayətlərinin
tez-tez slavyanların basqınlarına məruz qalması, xüsusilə 943/944-
cü ildə Bərdənin qarət olunması (2, s. 364), şəhər əhalisinə dəhşətli
divan tutulması 981-ci ildə Salarilər dövlətinin süqutunu daha da
sürətləndirdi.
Rəvvadilər dövləti. İri Azərbaycan feodallarından biri-Təb-
riz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari
hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb yeni
Azərbaycan dövlətinin-Rəvvadilər dövlətinin əsasını qoydu (8, s.
284). Bu feodal sülaləsinin soykökü qədim ərəb-Əzdilər nəslinə
bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad əl-Əzdi
idi. Rəvvadi əmirliyi zaman-zaman müstəqilləşib, Azərbaycanın bü-
tün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı. Bundan başqa,
Rəvvadilər Muğan hakimiyyətini də asılı vəziyyətə saldılar. 1028-ci
ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan oğuz-
larına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azər-
baycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) ica-
65
zəsi ilə burada yaşadılar (10, s. 209). Rəvvadilər dövlətinin pay-
taxtını Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz bütün Azər-
baycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdiril-
məsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi. Şərq ölkə-
lərini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd
keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəl-
xalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin
hakimiyyəti illərində daha da böyüdü və abadlaşdı.
Şəddadilər dövləti. Şəddadilər əvvəl Dəbil (Dvin) ətrafında
yaşayırdılar. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Mə-
həmməd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini
yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər
dövlətinin əsasını qoydular (2, s. 377-378), Bərdə, Şəmkir və s.
Azərbaycan torpaqlarında möhkəmləndilər. Fəzl ibn Məhəmməd
(985-1030) Gəncə ətrafındakı bütün xırda feodal mülklərini ləğv
etdi, mərkəzi hakimiyyəti gücləndirdi. Ata-baba mülkləri olan Də-
bili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər dövlətinə
bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi məq-
sədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azər-
baycanın şimal və cənub əraziləri arasında iqtisadi və mədəni rol
oynadı (10, s. 209). Şəddadilərlə Şirvanşahlar arasında sıx əlaqə
yaranmışdı, onların qohumluq münasibətləri var idi. Şəddadilər
Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə və Tiflis
əmiri Əbül-fəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayır-
dılar. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına oğuz
tayfalarının köməyi ilə Şəddadilər ağır zərbə vurdular (1037).
1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin
Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal
iştirakı ilə baş tutmadı. Şəddadilər dövləti Əbüləsvar Şavurun
(1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun müt-
təfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü çarı
IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq alan-
larla ittifaqa girib , 1062-ci ildə onların Dəryal keçidindən Gürcüstan
vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Şavur Gən-
|