5. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət
və mədəniyyət
Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi iqtisadi
inkişafın sürətlənməsinə səbəb oldu. Mənbələr Azərbaycanda dənli
bitkilərin bütün növlərinin (buğda, arpa, çəltik, darı və s.), müxtəlif
texniki bitkilərin (pambıq, boyaqotu, kətan və s.), həmçinin cürbə-
cür bostan bitkilərinin becərilməsi barədə olduqca maraqlı məlumat-
lar verirlər. Şirvanda və Dərbənd ətrafında zəfəran, həmçinin kətan
becərilirdi. Lənkəran və Şəki bölgələrində müxtəlif çəltik növləri
əkilirdi. Aran, xüsusilə, Bərdə vilayəti qırmızı boyaq almaq üçün
istifadə olunan qırmızıböcəyi ilə zəngin idi. Kür çayının hər 2 sahili
başdan-başa taxıl zəmiləri və pambıq tarlalarından ibarət idi.
Əhalinin təsərrüfat həyatında bostan və tərəvəz bitkiləri əkini də
mühüm yer tuturdu. Bağçılıq da inkişaf etmişdi. O zaman Təbriz
bağlarını salmaq üçün 900-dən çox kəhriz qazılmışdı. Lakin bu ki-
fayət etmirdi. İbn Havqəlin yazdığına görə, Dərbəndlə Səməndər
arasındakı üzümlüklərdə 40000-ə qədər tənək vardı. IX-XI əsrlərdə
Azərbaycanda ipəkçilik yüksək inkişaf etmişdi. Kənd təsərrüfatının
ən yüksək inkişaf etmiş sahəsi maldarlıq idi. Heyvandarlığın əsas
forması yaylaq-qışlaq maldarlığı idi. Xəzər balıqla zəngin idi. Kür
və Araz çayları boyunca yaşayan əhali balıqçılıqlı da məşğul olur-
du. Arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi həyatında
mühüm rol oynayırdı. Cəmiyyətin əsas istehsalçısı kəndlilər idi.
2 qismə-uluclara və azad kəndlilərə bölünürdülər. Uluclar asılı
kəndlilər idilər. Ərəb işğalları dövründə yaranmışlar. Öz torpaq-
larını itirmək təhlükəsi qarşısında qalan kəndlilərin mühüm bir
hissəsi ayrı-ayrı ərəb feodallarının himayəsinə sığınmağa məcbur
olurdu. Nəticədə, həmin kəndlilərin torpaqları ərəb feodallarının
əlinə keçir və ilcə (yaxud hami) torpaqlar adlanırdı. Uluclar, əsasən,
əkinçiliyin yüksək inkişaf etmiş düzən rayonlarda yaşayırdılar.
Dövlətə vergi verirdilər. Azad kəndlilər isə dağ rayonlarında ya-
şayırdılar. Azərbaycan kəndliləri oturaq həyat sürürdü. Torpaq üzə-
77
rində xüsusi mülkiyyət mövcud idi. Süni suvarmaya əsaslanan əkin-
çiliyin inkişaf etdiyi yerlərdə su üzərində də xüsusi mülkiyyət hökm
sürürdü. Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk
(və ya əmlak) torpaqlar-irsi idi, mülk sahibləri ( malik, məlik, və ya
mülkədar) torpağı sata və bağışlaya bilərdilər. Camaat (icma) tor-
paqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən əkin
yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, dövlə-
tə torpaq vergisi- xərac verirdi. Xassə-ayrı-ayrı hökmdarların (xəli-
fələr, sultanlar və b.) və sülalələrin mülkiyyətində geniş torpaq sa-
hələri vardı. Dövlətə məxsus olan, yəni gəliri birbaşa xəzinəyə gələn
torpaqlara divani, və ya divan torpaqları deyilirdi. Şərti torpaq
mülkləri- iqta sistemi də inkişaf etməkdə idi. İqta dövlətə xidmət
müqabilində verilirdi. İqta sahibləri- iqtadarlar bilavasitə təsərrü-
fatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq, öz iqta-
larını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların xüsusi
mülkiyyətinə çevrilirdi. Bu dövrdə vəqf torpaqları da yayılmışdı.
Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə,
məscidlərə, mədrəsələrə və s. verilirdi. Kəndlilər vergini vəqf sahi-
binə və ya dini müəssisəyə verirdilər. Torpaqdan istifadə müqabi-
lində kəndlidən vergi üşr və ya üşur (1/10), sonralar isə xərac
adlanırdı. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil,
maliyyə müfəttişləri isə mütəsərrif adlanırdı. X-XI əsrlərdə xəracın
müəyyən bir hissəsini pulla ödəyirdilər. O zaman ərəblər Azərbay-
candan 4-4,5 milyon dirhəm, Sacilərin hakimiyyəti dövründə 2 mil-
yon, Salari hökmdarı İbrahimin dövründə də bu qədər xərac alır-
dılar. Xəracdan başqa, müsəlman əhalisi öz əmlakına görə nəzir ve-
rirdi ki, buna da zəkat və sədəqə deyilirdi. Müsəlman olmayan
əhalidən can vergisi-cizyə alınırdı. Ərəb işğalı dövründə mərkəzi
hakimiyyət tərəfindən müəyyən olunmuş illik xəracı ödədikdən
sonra bu feodallar öz torpaqlarında təkbaşına hakimlik edirdilər.
IX-X əsrlərdə Azərbaycan dünyanın çoxlu şəhərləri olan öl-
kələrdən birinə çevrildi. Siyasi müstəqillik iqtisadi tərəqqiyə, o
cümlədən sənətkarlıq və ticarətin inkişafına, şəhərlərin meydana
gəlməsinə müsbət təsir göstərirdi.
78
Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən
XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt
şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi
mərkəzlər yaradılmışdı. Şivanşahların və Eldənizlərin saraylarında
dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiət-
şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və
fars ədəbiyyatı və b. sahələrdə böyük müvəfəqiyyət və uğurları
olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi
tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il
astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib et-
mişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan
həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəd-
din, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh-
zəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar.
Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən
keçirir, əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haq-
qındakı bütün məlumatları ümumiləşdirmişlər.
Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu
xeyli əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin
Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı “Ta-
rixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir.
“Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi”
hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər
içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib
Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini,
Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-
Urməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-
Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və
sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar.
XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün
Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları
ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağ-
lılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b.
79
şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən
farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli
olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yara-
dildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin
şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq et-
diyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətirməsidir.
Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan
quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara
türkcə deyər ki, sənsən”) misralı məşhur beytində işlədilmiş “sən-
sən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı,
vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s.
bu kimi sözləri qeyd etmək olar.
XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri
dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri
artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında
fəaliyyət göstərən şairlər Xaqani tərəfindən təməli qoyulan yeni
üslublu farsdilli Azərbaycan şerini yüksək sənətkarlıq səviyyəsinə
çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbay-
can poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami
Gəncəviyə nəsib oldu.
Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəy-
lərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və
təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayəndə-
lərinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəmsəsi”
dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə şeir
sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa
düşdüyümüz mənada bədii ədə
80
vaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab
etmək olar.
Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu
Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif sahə-
lərinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən dövrün
elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan alimlərinin
Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişafında tutduq-
ları əvəzedilməz və əhəmiyyətli mövqelərini açıqlayır. Elmin,
mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin və şə-
hər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır.
XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mə-
dəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan,
Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr
inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyən-
ləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan, Naxçıvan və
Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapır. Bu ocaq-
ların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik
və sosial quruluşu həlledici rol oynayırdı.
Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron
memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asimmet-
rik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur.
Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq
abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə gör-
kəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi.
Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti
dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa
məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi
və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, gövdə-
nin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi orna-
mentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun
artması və s. xasdır.
Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qala-
sı, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin,
Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar-
81
daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri
şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr
(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif
ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə məscidi və
s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-
1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920,
Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində
tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi.
XII əsrdə Naxçıvan mtmarlıq üslubunda Marağada Göy günbəz,
Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı.
XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara
bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac,
şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf
səviyyəsi xeyli yüksəlmişdir.
Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan
memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş
tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari
türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi
dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikimi-
narəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli
kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.
82
VI FƏSİL
AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ.
AZƏRBAYCAN XALQININ MONQOLLARA
QARŞI MÜBARİZƏSİ
Plan:
1. Monqolların Azərbaycanı işğal etməsi.
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində.
3. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və
mədəniyyət.
1. Monqolların Azərbaycanı işğal etməsi
XIII əsrin əvvəllərində Çingiz xanın (1206-1227) yaratdığı
Monqol feodal dövləti qonşu vilayətləri işğal etməyə başladı. Bu
dövrdə Azərbaycanın şərq sərhədlərində mövcud olan Xarəzmşahlar
dövləti iqtisadi və hərbi qüdrətini itirmişdi və monqollarla mübarizə
aparmaq iqtidarında deyildi. Ölkədə vahid mərkəzi dövlət olmadı-
ğından feodal çəkişmələri hökm sürürdü. Eldənizlərin Atabəylər
dövləti, Şirvanşahlar dövləti, Marağada Rəvvadilər nəslindən olan
Ağsunqurilər sılaləsi (1108-1227) əvvəlki qüdrətlərini itirmişdilər.
Monqollar 1220-ci ildə Azərbaycana ilk dəfə yürüş etdilər (8, s.
322). Monqol sərkərdələri Cəbə və Subutay Zəncan, Ərdəbil, Sə-
rab və b. şəhərləri və kəndləri dağıda-dağıda Təbrizə yaxınlaşdılar.
Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən monqollar
danışıqlar aparmağı qərara aldılar. Monqollar böyük xərac aldıqdan
sonra qışlamaq üçün Muğana yollandılar. Lakin gürcü çarı IV
Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaq bağlandığı barədə
məlumat alan monqollar Muğandan Gürcüstana basqın etdilər və
gürcü çarını məğlubiyyətə uğratdılar. 1221-ci ilin əvvəllərində
Cəbə və Subutayın dəstələri Gürcüstandan yenidən Azərbaycana
qayıtdılar və Təbrizə tərəf hərəkət etdilər. Təbriz hakimi Şəmsəddin
Tuğrayi xərac verməklə şəhəri qarətdən xilas etdi. Monqollar Ma-
83
rağa üzərinə yürüş etdilər. Əhali ciddi müqavimət göstərdi. Düş-
mən divardağıdan maşından istifadə edərək şəhərə daxil oldu. Əha-
liyə qanlı divan tutuldu. Monqollar Marağadan sonra Ərdəbili
tutdular. Ərdəbildən sonra 3-cü dəfə Təbrizə hücum etdilər. Özbək
Naxçıvana qaçdı. Əhali Şəmsəddin Tuğrayinin başçılığı ilə şəhərin
müdafiəsinə qalxdı. Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə
hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkindilər və yenə
xərac almaqla kifayətləndilər. Təbriz yenə qarətdən xilas oldu.
Monqollar Sərab, Beyləqan şəhərlərini işğal edib, Gəncəyə hücum
etdilər. Gəncəlilərin əvvəlcədən hazırlaşdığını bilən monqollar xə-
rac almaqla kifayətləndilər və Gürcüstana getdilər. Sonra Şirvana
soxuldular. Şirvanşah Güştasp (1203-1225) qalaların birinə
çəkilməli oldu. Şamaxı əhalisi 3 gün mübarizə apardılar, lakin
monqollar şəhəri tutdular, şəhərdə əhalinin kökü kəsildi. 1222-ci
ildə Şamaxıdan Dərbəndə üz tutdular (8, s. 323). Dərbənd keçi-
dindən keçməyin çətinliyini görən Cəbə və Subutay hiylə işlətdilər.
Onlar Şirvanşaha danışıq üçün xəbər göndərdilər. Şirvanşah təklifi
qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərin
birini öldürüb digərlərini məcbur etdilər ki, onları gizli yollarla Də-
bənddən şimala keçirsinlər. Onlar 1223-cü ildə Kalka çayı sahilin-
də rus-qıpçaq qoşunlarına qalib gəldilər, lakin İdilboyunda
bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.
Azərbaycan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu
Cəlaləddinin hücumuna məruz qaldı (9, s. 150). O, İraq, Əcəm,
Kirman və Fars vilayətlərini ələ keçirdi. Sonra Marağanı tutdu,
Təbrizə yönəldi. Atabəy Özbək, ailəsini qoyub Gəncəyə qaçdı,
oradan Əlincə qalasına getdi və burada öldü. Bununla da Eldənizlər
sülaləsi süqut etdi. Təbrizlilər şəhər rəisi Şəmsəddin Tuğrayinin
qardaşı oğlu Nizaməddinin başçılığı ilə 7 gün mərdliklə vuruş-
dular, lakin birlik olmadığından Cəlaləddin 1225-ci ilin iyulun 25-
də şəhəri tutdu. Nizaməddin Tuğrayi şəhər rəisi təyin edildi.
Atabəylərin Gəncədəki canişini Cəmaləddin də şəhəri Cəlaləddinin
sərkərdəsi Urxana təslim etdi. Urxan Arranın Beyləqan, Şəmkir
şəhərlərini və b. tutdu. Ağsunqurilər dövləti (1227) süqut etdi.
84
Şirvanşahlar isə ildə 100 min dinar xərac vermə
85
larını dağıtdıqdan sonra bir həftə şəhərə girməyə cürət etmədilər.
Düşmən əlinə keçməsin deyə gəncəlilər evlərini yandırır, var-döv-
lətini məhv edirdilər. Uzun mübarizədən sonra 1235-ci ildə Gəncə
işğal olundu. Monqollar Şəmkirdə ciddi müqavimətə rast gəldi.
Şəmkirlilər şəhər hakimi Bəhramdan düşmənlə mübarizə aparmağı
tələb etdilər. Lakin o, razı olmadı. Monqollar Şəmkirin ətrafındakı
xəndəklərə odun və saman dolduraraq qalaya qalxmağa cəhd etdilər.
Əhali gecə vaxtı samana od vurdu. Noyon Monqolları xəndəkləri
qumla doldurtduraraq atəşi söndürüb şəhərə girə bildilər. Şəmkir
yandırıldı, sakinləri qılıncdan keçirildi. Tovuz və Bakı tutuldu.
1239-cu ildə Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan mon-
qollar tərəfindən tutuldu (9, s. 151). Monqollar Monqolustana qayıt-
madılar və tutduqları ərazilərdə məskunlaşdılar. Azərbaycan və Cə-
nubi Qafqaz əraziləri 1239-1256-cı illərdə Böyük Monqol impe-
ratorluğunun canişinləri tərəfindən idarə olunurdu (3, s. 22). Tor-
paq sahələri və otlaqlar monqol canişininin ixtiyarında idi. Yerli
feodallar torpaq malikanələrindən məhrum oldular, monqolların
vassalına çevrildilər. Hər dəfə Böyük Monqol imperatorluğunda
yeni xaqan seçildikdə yerli feodallara öz malikanələrini idarə etmək
üçün icazə sənədi- yarlıq verilirdi. Bu isə əlavə xərc tələb edirdi.
Ölkədə monqol siyasətinə qarşı xalq hərəkatı və üsyanlar başladı.
Böyük Monqol xaqanı Münke istilaları davam etdirmək məqsədi
ilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Monqolların 3-cü
yürüşü zamanı, 1256-cı ildə Azərbaycan tabe edildi. 1258-ci ilin
fevralında Hülakü Bağdadı tutdu və 500 ildən artıq hökm sürən
Abbasilər xilafəti süqut etdi. Yeni işğal edilmiş ərazilərdə beşinci
monqol ulusu- Hülakü dövləti yaradıldı (8, s. 325).
2. Azərbaycan Hülakülər dövlətinin tərkibində
Hülakü dövləti Azərbaycanda bir əsr ( 1357-ci ilədək) fəaliy-
yət göstərdi (3, s. 23). Hülakü dövlətinin təsisi və uzun müddət
mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni hə-
yatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Tari-
86
xən əlverişli coğrafi şəraiti, gözəl iqlimi və zəngin təbii sərvətləri
olan Azərbaycan Hülakü dövlətində mühüm yer tuturdu. Onlar
Azərbaycanı Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağanı,
Təbrizi, Sultaniyyəni, yenidən Təbrizi paytaxt şəhərinə çevirdilər.
Hülakü dövlətinin bütün əraziləri Azərbaycandan-Təbrizdən idarə
olunurdu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı
idi. Azərbaycana Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Qa-
radağ, Naxçıvan, Güştasfi, Arasbar əraziləri daxil idi. Təxmini
hesablamalar bu dövrdə Azərbaycan ərazisinin 250 min kv km
olduğunu göstərir. Hülakü xan geniş əraziyə malik dövlət təşkil
etdikdən sonra köçmə zadəganlara arxalanaraq ali hakimiyyət
orqanlarını, hərbi və siyasi işləri, vilayətlərin idarəsini şahzadələrin
və məşhur əmirlərin arasında böldü. Şahzadə Yuşmut Arranın
hakimi təyin olundu. Hülakü dövləti nə qədər qüvvətli olsa da,
köçmə feodalların qüvvətlənməsi mərkəzi hakimiyyətə qarşı
mübarizəni gücləndirdi. Elxanilərlə Cuci nəslindən olan Qızıl Ordu
xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl
Ordu xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı
xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Ordu xanı Bərkə
1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şir-
vana yeritdi. Dərbənd şəhəri tutuldu. Lakin 1265-ci ildə Elxanilər
Qızıl orduluları ölkədən qova bildilər. Qızıl Ordu xanlarının 1288
və 1290-cı illərdə yürüşləri də bir nəticə vermədi. Hakimiyyət
uğrunda gedən mübarizə Qazan xanın (1295-1304) Qarabağda
Hülakü dövlətinin padşahı elan olunması ilə nəticələndi. O, yerli
feodallarla əlaqəni möhkəmləndirmək naminə İslam dinini qəbul
etdi, adını dəyişdirərək Mahmud adını götürdü. Arranda Arslan
oğlunun başçılığı ilə Qazan xana sui-qəsd təşkil edildi. Sui-qəsdin
üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə
Azərbaycanın şimalında Taycu oğlunun qiyamını Qazan xan yatıra
bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xandan sonra Hülakü
dövlətinin taxt-tacına sahib olmuş qardaşı Məhəmməd Olcaytu
onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı Əbu
Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı (3, s. 24).
87
Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi Sulduz qəbi-
ləsindən olan baş əmir Çobana həvalə olundu. Əmir Çoban faktiki
hökmrana çevrildi. Bundan feodal qruplar narazı oldular. Qonşu
dövlətlər də Elxanilərə qarşı mübarizəyə qalxdılar. 1318-ci ildə
Xorasanda iğtişaş baş verdi. Qızıl Ordu Hülakü dövlətinə hücuma
keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər əsas qüvvələrini
Azərbaycana topladılar və rəqiblərini geri çəkilməyə məcbur etdilər.
Şimal sərhədlərini möhkəmləndirdilər. Əmir Çoban bu qələbədə
mühüm rol oynadı. Buna baxmayaraq, ölkədə feodal çəkişmələri
güclənirdi. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu ildə
Dostları ilə paylaş: |