ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I
İbrahim) gəldi (1382-1417) (10, s. 304). O, Huşəngin doğma əmisi
idi. Bir zamanlar babaları Dərbənd hakimi olmuşdur, xırda torpaq
sahibi idi. Şirvanşah elan olunması zamanı o, cüt sürdükdən sonra
ağac altında dincəlirdi.
Şirvanşahlar dövlətinin xarici siyasəti. Şeyx İbrahimin
hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı:
cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanı
Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərgin-
ləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin
ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin
birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-
cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla
Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarət-
dən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq
qazandı. İbrahim Bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi
və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Orduya qarşı
yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının
Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi. Teymur
1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim
Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cüm-
lədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına
nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun
ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymu-
98
rilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti
Azərbaycanı birləşdirmək idi (8, s. 354). Teymurilərə qarşı qalxan
xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın
xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və
Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür
sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman
Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə
müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu.
Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət olsa da, Azərbay-
canı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi
sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə
yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi.
Şəki hakimiyyəti. Şəki XIII əsrin 20-ci illərin əvvəllərində
də Şirvanın tərkibində idi. Şəhəri 2 nəfər- vəzir Səfiəddin və vali
Qaşqara idarə edirdi. XIV əsrin 30-cu illərində Hülakü dövlətinin
tənəzzülü dövründə Şəki feodalları daxili müstəqillik əldə etdilər.
Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin
müstəqillik uğrunda apardıqları mübarizə XIV əsrin son rübündə
daha da gücləndi. Teymur ilk yürüşü zamanı ( 1386-1387) Şəki
vilayətinə gəldi, dağlıq ərazilərində yaşayan camaat qarət edildi,
Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı
dövrdə itaətdən boyun qaçırdı ( 1387-1392). Teymurun 2-ci yürüşü
zamanı ( 1392-1395) bir daha Şəkiyə daxil oldu. Seydi Əli mülkün
və əmlakını atıb getdi. Bir müddətdən sonra Teymur qoşun hissə-
lərini Şəkidən Qızıl Ordu üzərinə göndərib, Mahmudabada gəldi
və Səmərqəndə qayıtdı. Teymurun Azərbaycana hakim təyin etdiyi
Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib,
yoxlamadan Şəkini talan etdi (8, s. 331). Seydi Əli gürcü feodalları
ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə
olan Sultan Tahiri azad etdi. Teymurun Əlincə ətrafındakı qoşunu
məğlub oldu. Qoşun başçısı Səncər Təbrizə vəziyyəti Miranşaha
bildirmək üçün getdi. Miranşah, oğlu Əbu Bəkri qoşunla Şəki
üzərinə göndərdi. Döyüşdə Seydi Əli Şəkidə törədilən qarətin
intiqamını almaq üçün şəxsən Əbu Bəkrin üzərinə şığıdı. O həlak
99
oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu
Seydi Əhməd Şəki hakimi oldu. Teymur yenidən Azərbaycana gəl-
dikdə o, Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hə-
diyyələr, 6000 at verdi. Teymur Seydi Əlinin günahını oğluna ba-
ğışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı.
2. Qaraqoyunlu dövləti
Oğuz tayfalarından olan Qaraqoyunlulara (Qaraca qoyunlu)
baharlılar başçılıq edirdilər. VII əsrdən Van gölünün cənubunda
məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzin-
canda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaq-
larında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə
qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram
Xoca olmuşdur. Onun oğlu Qara Məhəmməd (1380-1389) Cəlairi-
lərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi Sultan Əhmədlə
qohum oldu. Vəziyyətin yaxşılasmasından istifadə edən Qara Mə-
həmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı haki-
miyyətinin əsasını qoydu. 1387-ci ilin baharında Teymur Naxçı-
vandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd
Çapaqçura gəldi və Teymurun qüvvələrini darmadağın etdi. Qara
Məhəmmədi ələ keçirə bilməyən Teymur Muş düzənliyindəki
oymaqları, Hilatı, Vanı ələ keçirib İrana döndü. 1388-ci ilin
mayında Qaraqoyunlular Cəlairilərin müqavimətini qıraraq Təb-
rizə daxil oldular. Qara Məhəmməd və oğlu Bayram 1389-cu ilin
aprelində Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən
qətlə yetirildi. Qara Məhəmmədin oğlu Yusif atasının intiqamını
almaq üçün 1392-ci ildə Pir Həsən bəylə döyüşə girdi və qələbə
çaldı. O, Təbrizi tutdu, lakin bir gün sonra şəhərdən çıxdı. 1392-ci
ildə Teymurilər Van şəhərini tutdular. Qara Yusif məğlubiyyətdən
sonra Cəlairilərə yaxınlaşdı. 1394-cü ildə Bağdad yaxınlığında
Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər ara-
sında döyüşdə Teymurilər qələbə çaldı. XIV əsrin II yarısında Qa-
raqoyunlu tayfa ittifaqı daxili quruluşuna görə möhkəm deyildi.
100
Nəticədə 1395-ci ildə bu ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə
onu bərpa etdi və ittifaq yaratmaq üçün Cəlairi Sultan Əhmədlə
birlikdə Misirə getdi. Teymur Misir hakimindən onların həbs
edilməsini tələb etdi, lakin Teymurun təklifi rədd edildi. Ondan
sonra taxtda oturan oğlu Sultan Fərəc (1399-1412) müttəfiqləri
Dəməşqdə həbsə aldı, lakin Teymurun ölümünü eşidən kimi onları
azad etdi. Bir ilin dustaqlığı Qara Yusiflə Sultan Əhmədi yenidən
barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki,
Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin.
Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı
ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər.
1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim
Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın
dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan cənub əmir-
ləri Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Sultan
Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqda fərman
verdi. Sultan vergilər barədə verdiyi vədə əməl etmədi, əksinə daha
da ciddi tədbirlər gördü. Az sonra Teymuri Əbubəkr Mirzənin
qoşunu Təbrizə yaxınlaşdı, əhali Sultan Əhmədə kömək etmədi və
o, Bağdada qaçdı. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı
Şənbi-Qazanda I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci il
aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə
Əbubəkrin qoşunu arasında II döyüşdə Miranşah öldürüldü və
Teymurilər təslim oldular (3, s. 87). Beləliklə, Teymurilərin Azər-
baycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu.
Qara Yusifin siyasət uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara
Yusiflə olan şərtini pozdu. 1410-cu ilin yayında Sultan Əhməd
Təbrizə hücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona
kömək edirdi, çünki bununla o, Azərbaycanın cənub vilayətlərində
möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif onlardan əvvəl
Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında
Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş
başladı (8, s. 363-364). Cəlairilər darmadığın edildi. Sultan Əhməd
Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və İraq hakimiy-
yətindən əl çəkmək haqqında yazılı iltizam alındı və ertəsi gün
101
öldürüldü. Cəlairilər hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu
Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə,
1410-cu ildə yaranan Qaraqoyunlu dövlətinin tərkibinə şimalda
Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları,
Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq daxil
oldu. Paytaxtı Təbriz oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı
sultan elan etdi (3, s. 88). Ancaq yuksək idarəçilik hüququ Qara
Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, güclü
mərkəzi apparat yarada bilməsə də, feodal ara müharibələrini bir
qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi.
Şirvanşah I İbrahimin Kəyumərsi qoşunu ilə Sultan Əhmədə
köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu. Qara
Yusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının
Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi.
Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I
İbrahimdə şübhə doğurdu. O, elə zənn etdi ki, Qara Yusif Kəyu-
mərslə gizli sazişə girmiş, Kəyumərs də atasının taxtında oturmaq
üçün ona söz vermişdi. Buna görə də I İbrahim guya Şirvan taxtına
xain çıxmış Kəyumərsi edam etdirdi. Qara Yusif Qarabağa gəldi,
Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını tələb etdi.
Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda
mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II
Konstantinin köməyinə arxalanırdı. Əhali I İbrahimi müdafiə etsə
də, Qara Yusif irsi soyurqal torpaqları, pul və hədiyyə payla-
maqla Azərbaycanın cənub ərazilərindəki əyanları öz tərəfinə
çəkmişdi. 1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi.
Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin
tərəfində vuruşurdu, buna görə də I İbrahim və onun müttəfiqləri
məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məs-
ləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif
İbrahimdən 1200 İraq tümən bac tələb etdi. Şirvanşahın Təbrizdəki
tərəfdarları bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif I İbra-
himi azad etdikdən sonra, o, 1413-cü ilin aprelində Şirvana qayıtdı.
Qara Yusifin qoşunu Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I
İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq
102
qaldı. Şirvanşah I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiy-
yətini tanımadı və Teymurun oğlu Sultan Şahruxla (1405-1447)
Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Mi-
ranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə
Azərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdad-
dan Şirvana qədər olan geniş əraziyə yiyələnmiş Qara Yusif
döyüşlərin birində ( 1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz
yaxınlığında Uçan adlı yerdə vəfat etdi. Qaraqoyunlu əmirləri
arasında mübarizə başlandı. Bundan istifadə edən Sultan Şahrux
1420-ci ilin dekabrında Qarabağa daxil oldu. I Xəlilullah
Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi.
1421-ci il avqustun 1-də Qara Yusifin oğulları İsgəndər və İsfən-
diyar Şahruxla Alaşkerd vadisində həlledici döyüşdə məğlub
oldular (8, s. 366). Şahrux atasının siyasətindən fərqli olaraq, bu
ölkələri idarə etdiyi ərazilərə daxil etmək fikrində deyildi. O, yalnız
Azərbaycan feodallarının özünün ali hakimiyyətini tanıtması ilə
kifayətləndi. Şahrux 1421-ci ilin payızında Herata getdi. Şahrux
Azərbaycanı tərk etdikdən sonra İsgəndər (1420-1438) dağınıq
Qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi. Kürün cənubundakı
əmirlər ona tabe oldular. Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı.
İsgəndər 1427-ci ildə Şirvana hücum etdi. Lakin Şahruxun Azər-
baycana yeni basqını onu geri çəkilməyə məcbur etdi və Salmas
döyüşlərində Qaraqoyunlular məğlub oldular. 1429-cu ildə Teymuri
Şahrux Qara Yusifin oğlu Əbu Səidi (1429-1431) Qaraqoyunlu
taxtına çıxartdı. Əbu Səid Şazruxun vassalı kimi hökmranlıq edirdi.
1430-cu ilin mayında Şahrux Azərbaycanı tərk etdi. İsgəndər
qardaşı Əbu Səidi öldürüb, 1431-ci ildə yenidən hakimiyyətə gəldi
(8, s. 367). Əbu Səidin və İsgəndərin hakimiyyəti illərində Azər-
baycanın iqtisadi və siyasi həyatında olduqca ağır dövr idi. 1434-cü
ildə İsgəndər Şirvana yeni hücuma başladı. I Xəlilullahın kömək
istəyi ilə Şahrux böyük qoşunla Heratdan yürüşə keçdi. Lakin
Reydə dayandı. Xəlilullah onun yanına getdi və İsgəndərin törətdiyi
müsibətlər barədə məlumat verdi. 1435-ci ilin yayında birləşmiş
qüvvələr Təbriz yaxınlığındakı döyüşdə Qaraqoyunluları məğlub
etdilər, İsgəndər Kiçik Asiyaya qaçdı. 1435-ci ilin payızında Sultan
103
Şahrux Təbrizə gəldi. Qara Yusifin kiçik oğlu Cahanşah (1438-
1467) onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahanşaha
tapşırdı, qışı Qarabağda qaldı. 1436-cı ilin yazında Cahanşah
Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan
edildi. 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil siyasət
yeridən Cahanşah hakimiyyətə tabe olmaq istəməyən yarımköçmə
əmirlərə qarşı mübarizə aparırdı və Şirvanla dostluq münasibətləri
yaratmağa çalışırdı. Cahanşah dörünün məlumatlı şəxsiyyəti, baca-
rıqlı dövlət xadimi idi. Onun qanunlarına əməl etməyənləri ciddi
cəzalandırırdı. Gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün
hərbi islahat keçirdi, orduda möhkəm intizam yaratdı. Ölkənin qərb
sərhədlərində Ağqoyunlularla tez-tez hərbi toqquşmalar nəticəsində
XV əsrin 50-ci illərində Cahanşah Şərqi Anadolunun çox hissəsini
itirdi. Lakin bir sıra uğurları nəticəsində o, 1453-cü ildə Əcəm
İraqını, bütün Qərbi İranı, sonra Şərqi İranın bir hissəsini ələ
keçirdi, 1457-ci ildə Sultan taxtının iddiaçılarından olan Şahruxun
oğlu İbrahim Mirzəni məğlub edib Cürcanı və Xorasanı tutdu,
1458-ci ilin iyununda Herata daxil oldu (3, s. 91). Lakin yeni Tey-
muri sultanı Əbu Səid öz rəqiblərini əzdi və Cahanşahdan irsi
torpaqlarını tərk etməyi tələb etdi. Cahanşah hərbi səfərdə olduğu
zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Hə-
sənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək
qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında
Əbu Səidlə Heratda barışıq müqaviləsi imzaladı və təzminat alıb
Azərbaycana gəldi (8, s. 369). O, qiyamları yatırdı və 1465-ci ildə
Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü.
Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə
son qoydu. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feodal çə-
kişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqo-
yunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu və Ağqoyunlu
Uzun Həsənin Qaraqoyunlular üzərində qələbə çalması üçün əlve-
rişli şərait yaratdı.
104
3. Ağqoyunlu dövləti
XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqo-
yunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Onlar hələ erkən or-
ta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı ara-
sındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yay-
laqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Ana-
dolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox
geniş ərazidə yayılmışdılar (3, s. 95). Ağqoyunluların başçısı Ba-
yandur tayfasından olan Pəhləvan bəy idi ( 1370-1388). Pəhləvan
bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mü-
barizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa
ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə
çevrildi. Pəhləvan bəyin ölümündən sonra ara müharibələri getdikcə
qızışdı. Hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağ-
qoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı.
XIV əsrin sonu-XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq
Osman bəy Sivas uğrun da mübaizələrdə Qaraqoyunlulara qalib
gəldi və Diyarbəkirdə möhkəmləndi. Ağqoyunlu bəyliyinin əsası
qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salında.
Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa
ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını
yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü,
Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu
tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə mü-
əyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir
Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi,
Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı Uzun
Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil
oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. XV əsrin 50-
ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan
şərq hissəsini tutdu. 1467-ci il noyabrın 11-də Muş döyüşündə
Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada
105
qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1467-ci ildə Təbrizdə
Qaraqoyunlulara qarşı yeni üsyan başlandı. Üsyana Siyavuş baş-
çılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş bəyim və Şah-
saray bəyim yatırdılar. Qaraqoyunlu əmirləri Maku qalasında
həbsdə saxlanan Cahanşahın oğlu Həsənəlini azad edib hökmdar
seçdilər ( 1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli
arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürül-
dü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə baş-
ladı. Təbriz yoxsullarına böyük məbləğdə pul payladı, lakin onlar
Həsənəlini müdafiə etmədilər. 1468-ci ildə Uzun Həsən Azər-
baycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini
sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara
birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı,
paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökm-
darı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun
Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə
zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi.
Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid
Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah
Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil
hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi
mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşu-
nunu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və
aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin
qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymurilər
düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Ağqoyunlu
dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi
Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri
əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkin-
çilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə
sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hin-
distanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri
ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən
keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan
106
gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi.
Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq fe-
odallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol
oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır
idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hə-
rəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın
rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama
salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşı-
laşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal
etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəşt-
lərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş
dövlət yarada bilmədi.
Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti
Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən
geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə
ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o,
öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sə-
nətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütə-
xəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas
istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi.
XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq, Ağ-
qoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskin-
ləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan
ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik
edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə
Azərbaycanı tutmaq üçün səy göstərirdi. Ağqoyunlu-Osmanlı mü-
nasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oyna-
mamışdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Trabzon
yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar.
Dostları ilə paylaş: |