Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla
evlənmişdi. Trabzonun Ağqoyunlular üçün böyük ticarət
əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı
mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci
ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla
107
başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüş Qoy-
luhisar adlanan yerdə baş verdi. Ağqoyunlular Osmanlı qoşununa
ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağ-
lamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası
Sara xatını Sultanın düşərgəsinə-Bolqar dağına göndərdi. Uzun
Həsən onun qarşısına 2 vəzifə qoydu: I, o, Osmanlı sultanını
Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki
Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular
və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu
fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə
isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun
Həsənin arxadan hücum etməyəcəyinə əmin olmadığı üçün Sara
xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də
sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mü-
hasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar
tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən
çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon
taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini
sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri
qayıtdı. Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttə-
fiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun
Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə zərbə
endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa
başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa
çalışırdılar. Uzun Həsən isə bunu lazımı cəhətdən qiymətləndirə
bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Osmanlılarsız
möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında
hasil olunan ipək Şərqlə Qərb arasındakı ticarətdə vasitəçilik edən
Venesiyanın toxuculuq manufakturalarını təmin edirdi. 1463-cü
ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri
daha müntəzəm etdi (8, s. 375). 1464, 1472-ci ildə isə Katerino
Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu
sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa
ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan danı-
108
şıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin
Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik
nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin
pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya
hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə
Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun
olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi.
Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq
dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün
silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi.
Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı.
Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Meh-
met öz rəqiblərini bir-birindən ayırdı və müharibədə qazandı. Şah-
zadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik
qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub
oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı.
Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək,
1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini
bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu
silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini
bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq
üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına
gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə
Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1-də Malat-
yada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi (9, s.
158). Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvari-
ləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol
sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı
zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının
yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun
11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla
Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat
davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Os-
manlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücum-
109
larına davam gətirə bilmədilər və məğlub oldular (8, s. 378). 1474-
cü ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və
onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı Məhəmməd başda
olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda
Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin
başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri
3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu
Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin
təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub
etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı.
Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan
Sultanı ona ərə verdi. Onların bir oğlu oldu- Gödək Əhməd. II
Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa-Azər-
baycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə
oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan
qızını və nəvəsini İstanbula gətirdi.
İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq
müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlə-
tinin dağılmasını yaxınlaşdırdı. Uzun Həsən 1474-1477-ci illərdə
Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi
VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi
Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun
Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı.
O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini
daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəm-
lənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında
ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu
Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlə-
tini Baysunqurun adından idarə edən Sufi Xəlil bütün rəqiblərinə
qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy
Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı.
1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil
məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura to-
xunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı .
110
1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən
Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas
etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində
Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu
ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə
çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın
yanına qaçdı. 1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağ-
qoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə
edirdi. XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində
Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah
qədər soyurqal paylamamışdı. Lakin o, 5 il ( 1492-1497) Ağqoyunlu
dövlətini idarə etsə də, iri köçmə feodallar qüvvətləndilər və
mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər. 1492-ci ilin sonunda
hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi
ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub
oldu. Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər
yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm
padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı
qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və
Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər.
1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi.
Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək
Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm
Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O,
1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı (8, s.
384). Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman
mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə
göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi.
Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və
Farsda qiyamlar qaldırdılar. 1497-ci il dekabrın 13-də İsfahan
yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən
7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı.
Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin
dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu
111
hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih
Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd
Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarə
etməyə başladılar. 1499-cu ilin sonunda Muradın əmisi oğlu
Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varis-
Murad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin
əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlı-
ğında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı.
Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir,
Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə,
bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu
parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı (8, s.
385-386).
Ərdəbil hakimliyi. XIII əsrdə monqolların işğal etdikləri
ərazidə kortəbii sufi dərviş təriqəti (orden və ya məktəbi) yarandı.
Onlardan biri Ərdəbil şəhərində yaranmışdı. Ordenin və şeyxlər
sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-
əl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. Səfəvilər Azərbay-
canda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIV-
XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilik təriqətində görürdülər.
Məhz buna görə də sünnilik əleyhinə ümumxalq mübarizəsi
aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait
yaradılmalıdır. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz
tərəflərinə çəkərək, hakimiyyət uğrunda mübarizəni genişləndirir-
dilər.Bu mübarizə Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin gör-
kəmli başçıları Şeyx Cüneydin, Şeyx Heydərin, Şeyx Sultanəlinin,
Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı və
Səfəvi dövlətinin yaranması üçün lazımi şərait yarandı. Səfəvilərin
Ərdəbil hakimliyi dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda
hakimiyyət dövrü isə 1736-cı ilə qədərdir. Ərdəbil hakimliyi
mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasının rüşeymi
olmuşdur. XV əsrin II yarısında Muğanın bir hissəsi, Qarabağ
və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları
onların təsiri altına düşdü. Azərbaycanın cənubunda Qaraqoyunluda
112
hökmranlıq edən Cahanşah Şeyx Cüneydin Ərdəbildən çıxmasını
tələb etdi. Cahanşahın köməyi ilə Ərdəbildə Səfəvi təriqətinə
Cüneydin əmisi Şeyx Cəfər (1449-1470) başçı oldu. 1449-cu ildə
Güneyd Ərdəbili tərk etdi. O, Misiri, Suriyanı, Mesipotamiyanı
gəzib bir neçə ildən sonra 20 min müridlə Kiçik Asiyaya-Diyar-
bəkirə qayıtdı, Uzun Həsənlə qohum oldu. 4 ilə yaxın Diyarbəkirdə
qaldı. 1459-cu ildə Güneyd Ərdəbilə qayıtmaq istədi. Şeyx Cəfər
onu Ərdəbilə buraxmadı. 1460-cı ilin martında Güneyd oradan
Şirvana və Dağıstana yürüş etdi. Şirvanşah I Xəlilullah Cahanşahla
ittifaqa girdi və Dərbənd yaxınlığında Səfəvi qoşununun qabağını
kəsdi. Samur çayı sahilində döyüşdə Səfəvilər məğlub oldular,
Şeyx Güneyd öldürüldü. Müridlərin bir hissəsi Ərdəbilə qayıtdı.
Güneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah
xatınla evləndi. 1470-ci ilin əvvəllərində Uzun Həsən Ərdəbilə
gəldi və Şeyx Cəfəri qəyyum saxlamaqla Şeyx Heydəri təntənəli
surətdə irsi taxtda oturtdu. Şeyx Heydərin vaxtında qızılbaşlar
əvvəlki türkmən başlıqları əvəzinə 12 imamın şərəfinə başlarına 12
qırmızı zolaqlı çalma qoyurdular. Ona görə onlara qızılbaşlar
deyirdilər. Bu tədbirlər Şeyx Heydəri məşhurlaşdırdı. Şeyx Heydər
Yaqub padşahın razılığı ilə 1483-cü ildə Şirvana və Dağıstana
yürüş etdi. 2-ci uğurlu yürüşü 1487-ci ildə oldu, bu Sultan Yaqubu
qorxuya saldı. Ona görə də Heydərin Şirvana 3-cü yürüşü zamanı
( 1488) Şarvanşah Fərrux Yasara kömək etdi, sərkərdəsi Süleyman
bəy Bicanoğlunun komandanlığı ilə qızılbaşlarla döyüşə qoşun
göndərdi. Şeyx Heydər cənuba-Tabasarana döndü. 1488-ci il iyu-
nun 9-da Şahdağın ətəyində qanlı döyüş baş verdi. Hər iki tərəf
xeyli itki verdi, Şeyx Heydər öldürüldü (8, s. 395). Yaqub padşah
Ərdəbili və Səfəvilərin başqa torpaqlarını işğal etdi. O, Heydərin
oğulları- Sultanəlini, İbrahimi və hələ 2 yaşı olmamış İsmayılı
anaları ilə birlikdə əsir aldı. Onlar 5 il Şiraz yaxınlığındakı İstərx
həbsxanasında qalmışlar. Uzun Həsənin nəvəsi Rüstəm şahzadələri
həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə
qaytardı. Əhər yaxınlığındakı döyüşdə Rüstəm Mirzə və Sultanəli-
nin qoşunları Baysunquru məğlubiyyətə uğratdı və öldürüldü. Sul-
113
tanəli qələbə ilə Təbrizə qayıtdı. Səfəvi tərəfdarlarının güclən-
məsindən qorxan Rüstəm onlara qəsd təşkil etdi. Bundan xəbər tu-
tan Sultanəli qardaşları və yaxın adamları ilə birlikdəTəbrizdən
Ərdəbilə getdi. Rüstəm onların ardınca 5 min süvari göndərdi.
Döyüş başlanana qədər (1494)
114
başçılıq edir, məhkəmə işlərini nizamlayırdı. Mərkəzi dövlət apara-
tında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici
işlərə, dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxırdı,
şahın möhürdarı, sahibi-divan idi. Ağqoyunlu və Qaraqoyunlu döv-
lətində hərbi-təşkilati işlər köçmə adəti (qoşun hissəsi ailə üzvləri
ilə birgə olurdu) ilə bağlı idi. Qadınları çox səliqəli geyinir, at minir
və onu məharətlə sürürdülər. Bu dövlətlərin imtiyazlı qvardiya
dəstələrindən əlavə, 100 min, Şirvanşahlar dövlətinin isə 60 minə
qədər qoşunu vardı. Dövlət (divan), sülalə (xass), xüsusi irs
(mülk) və müsəlman ruhanilərin isə vəqf torpaqları var idi. Hərbi-
köçmə əyanlara iqta əvəzinə irsən keçən soyurqal torpaq
paylanırdı. Soyurqal sahiblərinin iqtaya nisbətən hüquqları daha
geniş idi, onlar vergi toxunulmazlığı hüququna malik idi.
Kəndlilər 40-dan çox vergi verir və mükəlləfiyyət icra edirdilər.
Malcəhət (məhsul vergisi) Uzun Həsənin “Qanunnamə”sinə əsasən
məhsulun 1/5 təşkil edirdi. Sudan istifadə müqabilində bəhrə
vergisi, maldarlardan çobanbəyi, sənətkar və tacirlərdən tamğa,
bac vergisi, əhalidən can vergisi alınırdı. XV əsrin 30-80-ci
illərində Cahanşahın, Uzun Həsənin, Sultan Yaqubun hakimiyyəti
dövründə şəhər həyatı xeyli canlandı. Uzun Həsənin islahatı şəhər-
lərin yüksəlişi üçün rəsmi tədbir idi. Başlıca limana çevrilən Bakı
şəhəri Moskva knyazlığı və Mərkəzi Asiya ilə ticarət əlaqələrində
əsas rol oynayırdı. Burada neft hasil olurdu, sikkəxana da var idi.
Venesiya diplomatı A. Kontarini deyirdi ki, Şamaxı məhsulların
çoxluğuna görə Təbrizdən üstün olmuşdu. Təbriz, Gəncə, Ərdəbil
və Şamaxı mühüm toxuculuq mərkəzləri idi. Gəncədə ipəkqurdu
yetişdirilirdi və ipək hazırlanırdı. Şirvanın ipək parçaları dünyada
tanınırdı. Təbriz və Şirvan xalçaları, Təbriz dulusçuluq, ustaların
yaratdıqları göy, mavi, ağ və firuzəvi rəngli tikinti materialları bir
çox ölkələrdə istifadə olunurdu. Misgərlik və dəmirçilik peşələri
inkişaf etmişdi. Mis qablar əhalinin məişətində əsas yer tuturdu.
Hətta, Uzun Həsənin sarayında qab-qacaq misdən idi. Azərbaycan-
Rusiya ticarət əlaqələrində Həştərxan mühüm rol oynayırdı.
115
Avropa ilə Asiyanı əlaqələndirən mühüm beynəlxalq karvan yolları
Azərbaycandan keçirdi.
Xalq hərəkatı. 1484-cü ilin yazında, Maku şəhərinin cənub-
şərqindəki Sofi kəndində Qaraqoyunlu Topal Əhmədin başçılıq
etdiyi kəndli çıxışları oldu. Ağqoyunlu Yaqub padşah 1484-cü ilin
aprelində Qarabulaq kəndi yaxınlığında üsyançıları məğlub etdi,
Topal Əhməd öldürüldü.
Mədəniyyət. XV əsrdən etibarən ana dilində şerə daha çox
maraq göstərilirdi. Həbibi, Kişvəri, Cahanşah Həqiqi, Qasimi (“İşıq
şüaları saçan”) təxəssülü ilə tanınan Şah Qasım Ənvar tanınmış
şairlərdən idi. Kişvəri Təbrizinin lirik şeirləri, Xətai Təbrizinin
“Yusif və Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun”u, Ni-
zami motivi üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai daha
çox tanınırdı. Əbdülqadir Marağai muğamlar, mahnı və rəqs melo-
diyaları yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, onun şagirdləri
Əbdül Müsavar və b. məşhur idi. XV əsrdə Bakıda ucaldılan Şir-
vanşahlar sarayı kompleksinin binalarından biri divanxanadır.
Şirvanşahlar sarayı kompleksində qabarıq təsvirlərdən, yazılardan
ibarət olan “Bayıl daşları”nın tərtibatı, Mərdəkan qalası kitabəsi
və s. diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu Cahanşahın əmri ilə
1465-ci ildə Təbrizdə “Göy məscid” tikilmiş, onun divarları və
üstü mərmərdən və mavi kaşidan hörülmüşdü. Ağqoyunlu hökmdarı
Yaqub padşah 1483-cü ildə Təbrizdə “Həşt-behişt” adlanan böyük
bir saray kompleksi tikdirmişdi. Bu sarayın kitabxanası, məscidi,
min çarpayılıq şəfa evi, cıdır meydanı və xiyabanı var idi.
116
VIII FƏSİL
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
Plan:
1. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun
yeri.
2. XVI-XVII əsr Səfəvi-Osmanlı müharibələri və onların nəticələri.
3. XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı.
1. Səfəvilər dövlətinin yaranması
və Azərbaycan tarixində onun yeri
Ağqoyunluların zəiflədiyi bir şəraitdə ölkədəki pərakəndəliyi
aradan qaldırmaq və Azərbaycan torpaqlarını siyasi cəhətdən birləş-
dirmək zərurəti yaranmışdı. Səfəvilər xalqı öz tərəflərinə çəkmək
üçün ədalətli qaydalar vəd edirdilər. Xalq şiəlik hərəkatina öz xi-
laskarı kimi baxır və Səfəvilərin hakimiyyət uğrunda mübərizəsinə
yardımçı olurdular.
İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür. I dövr-
XIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə
Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına baş-
çılıq etməyə çalışırlar. Lakin bu dövrdə Səfəvilərin hakimiyyəti
Ərdəbil mahalından kənara çıxmır.
II dövr - 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müs-
təqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi
həyatında mühüm rol oynayırlar.
III dövr - 1501-1587-ci illər. Həmin illərdə Səfəvilərin haki-
miyyəti yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi
və mədəni həyatında mühüm rol oynayırlar.
IV dövr isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi
dövlətinin mərkəzi Təbrizdən İsfahana köçürülür. Dövlətin mahiy-
yəti dəyişilir. Bu bölgü əsasında belə nəticəyə gəlirik ki,Səfəvilərin
Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda
117
hakimiyyət dövrü isə 1736-cı ilə qədər götürülməlidir. Göründüyü
kimi, Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən başlanır. Həmin
dövr ona görə maraq döğurur ki, bu kiçik ruhani feodallığı 80 ildən
artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaq-
la, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfə-
vilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin
yaradılmasında rüşeym olmuşdur (8, s. 393-394).
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdə-
bilə yola düşdü. Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk
növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki
Təbrizə hücum etməklə dərhal 3 düşmənlə-Ağqoyunlu Əlvənd
Mirzə və Muradla, onları müdafiə edən Fərrux Yasarla toqquş-
malı olardı. Bu halda qələbə şübhəli idi. 1500-cü ilin payızında
qızılbaş qoşunu Kürü keçib, Şirvan ərazisinə daxil oldu. Fərrux
Yasar Şirvanı müdafiə etməkdə acizlik göstərərək Qəbələyə qaçdı.
1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı, Cabanı
adlı yerdə döyüşdə Şirvanşahlar məğlub oldu, Fərrux Yasar
öldürüldü. Döyüşdən sağ çıxan oğlu İbrahim Şeyx Şah isə Gilana
qaçdı. Şirvanşahlar xəzinəsi və möhtəşəm Şirvanşahlar sarayı
Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən xarici aləmlə bağlı
idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı dərin xəndəklər
müdafiə edirdi. 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ
keçirmək üçün sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy
Dostları ilə paylaş: |