http://www.amu.edu.az
31 dekabr 2014-ъц ил
2
Bundan
sonra
iclasın
gündəliyi diqqətə çatdırıldı.
Tədris Metodik və İnnovasiya
şöbəsinin müdiri, professor
Akif Qurbanovun “Azərbaycan
Tibb Universitetində təhsil
islahatlari və onun həyata
keçirilməsində kollektiv qarşı-
sında duran vəzifələri” barədə
hesabatı dinlənildi.
A.Qurbanov 2012-2014 –
cü illəri əhatə edən hesabat
məruzəsində bildirdi ki, 1999-
cu ildə Avropanın 29 ölkəsi
“Boloniya bəyannaməsi” im-
zalamaqla Avropada vahid ali
təhsil məkanının formalaşdırıl-
ması üçün fəaliyyət prinsiplərini
müəyyən etmişdir. Azərbaycan
bu “Bəyannamə”yə 2005-ci
ildə qoşulmuşdur. 2006-cı ildə
ATU-nun rektoru, akademik
Ə.Əmiraslanovun əmri və Bö-
yük Elmi Şuranın qərarı ilə tib-
bi-biologiya fakültəsində tədris
kredit sistemi üzrə təşkil edil-
mişdir.
Avropa Kredit Sisteminə
keçməsi
ilə
əlaqədar
Azərbaycan
Tibb
Universitetində artıq 10 ilə ya-
xındır ki, təhsil islahatlarının
başlandığını və bu yönümdə
qısa müddət ərzində xeyli işlər
görüldüyünü söyləyən şöbə
müdiri aparılan islahatların
tədrisin təşkilindən tutmuş,
qiymətləndirmə
meyarlarına
qədər bütün tədris prosesini
əhatə etdiyini vurğuladı.
Qeyd etdi ki, tədris prosesi-
nin metodik təminatını daha
da təkmilləşdirmək, təhsil isla-
hatlarının həyata keçirilməsini
intensivləşdirmək
məqsədilə
Azərbaycan
Tibb
Univer-
sitetinin
rektoru
akademik
Ə.Əmiraslanovun müvafiq əmri
ilə tədris-metodik şöbənin adı
dəyişdirilərək “Tədris-metodik
və innovasiya şöbəsi” ad-
landırılmışdır. Son üç ildə bu
şöbə tibb təhsilində islahat-
lar istiqamətində bir çox işlər
görmüş və müəyyən tədbirlər
həyata keçirmişdir.
Tibb Universitetində kredit
sistemi ilə tədrisə yenicə başla-
mış kafedraların əməkdaşlarına
metodik kömək məqsədilə 26
sentyabr 2013-cü ildə keçirilən
treninqdə müəllimlərə Avropa
Kredit Transfer sistemi üzrə
tədrisin prinsipləri, təşkili haq-
qında məlumatlar çatdırılmışdır.
Tədris-metodik və innova-
siya şöbəsi yeni yaradıldığı
dövrdə Tibb Universitetində
tələbələrin biliyi artıq test üsulu
ilə qiymətləndirilməyə başla-
nılsa da, tərtib edilən testlərin
keyfiyyətinin qənaətbəxş ol-
maması səbəbindən çoxsaylı
apellyasiyalar müşahidə edi-
lirdi. Elə buna görə də İnno-
vasiya şöbəsi ilk olaraq bu
çətinliyin həlli üçün fəaliyyətə
başlamışdır. Tezliklə imtahan
testlərinin tərtibinə metodik
kömək məqsədilə “Test tapşı-
rıqlarına olan tələblər, onların
tərtibi qaydaları və eksperti-
zası” adlı metodik tövsiyələr
universitet
müəllimlərinin
istifadəsinə verildi (2012-ci il).
Bundan əlavə, bütün kafedra-
ların müəllimlərilə 2012-ci il 3-5
oktyabr tarixlərində test tapşı-
rıqlarının tərtibinə dair təlimlər
keçirilmişdir. Bu təlimlərdə test
tapşırıqlarının müasir təhsil
sistemində rolu, onların tərtib
olunma qaydaları, ekspertizası
və test üsulu ilə imtahanların
aparılma qaydaları haqqında
məlumatlar verilmişdir.
Elə həmin ildən başlaya-
raq imtahan testlərinin eks-
pertizası və qəbulunda bir
sıra dəyişikliklər aparılmışdır.
Belə ki, kafedralarda tərtib
edilmiş testlər əvvəlcə İnno-
vasiya şöbəsində ilkin eks-
pertizadan keçirildikdən sonra
Virtual Test Mərkəzində fənn
müəllim-ekspertləri tərəfindən
son ekspertizadan keçirilir və
ancaq bundan sonra imta-
hanlarda istifadə edilir. İmta-
han testlərinin ekspertizası və
qəbulunda bu cür dəyişikliklər
test tapşırıqlarının obyektivli-
yini xeyli artırmış və beləliklə,
imtahanlardan sonra apell-
yasiyaların sayı əhəmiyyətli
şəkildə azalmışdır. Test tap-
şırıqlarının təkmilləşdirilməsi
istiqamətində oxşar tədbirlərin
gələcəkdə
də
davam
etdirilməsi nəzərdə tutulur.
Son
illər
ərzində
Universitetdə təhsil islahatla-
rı istiqamətində məqsədyönlü
fəaliyyətin davam etdirildiyi-
ni bildirən natiq qeyd etdi ki,
Türkiyə Ege Universitetinin
Tibb təhsili kafedrasının müdiri,
professor Xalil İbrahim Durak
Səhiyyə Nazirliyi Səhiyyə Sek-
torunda İslahatlar layihəsinin
dəstəyi ilə 2012-ci il 13-18 sent-
yabr tarixində Tibb Universite-
ti müəllimlərinin bir qrupu ilə
“Tibb təhsilində müasir tenden-
siyalar” və 2013-cü il 8-12 aprel
tarixində “Klinik tədris və baca-
rıqların qiymətləndirilməsi” adlı
təlim kursu keçmişdir. Hər iki
kursun sonunda dinləyicilərə
sertifikatlar verilmişdir.
A.Qurbanov peşə bacarıq-
larına malik olmadan yüksək
ixtisaslı həkim kadrları ha-
zırlamağın qeyri mümkün-
lüyünü
diqqətə
çatdıraraq
bildirdi ki, həkimlik fəaliyyəti
nəzəri biliklərin təcrübi, ya-
xud klinik bacarıqlar (peşə
vərdişləri) ilə birgə tədrisini və
qiymətləndirilməsini tələb edir.
Bu bacarıqların əksəriyyəti
tələbələrdə peşə vərdişlərin for-
malaşması ilə müşayiət olunur,
yəni tələbə müəyyən bir baca-
rığa malik olduqdan sonra onu
peşə vərdişi səviyyəsinə qədər
təkmilləşdirməlidir. Beləliklə,
tələbələr təhsil müddətində
təcrübi, yaxud klinik bacarıq-
lar (peşə vərdişləri) də əldə
etməlidirlər.
Bunu nəzərə alaraq Tibb
Universitetində gələcək həkim
kadrların peşəkarlığını artır-
maq məqsədilə bacarıqların
tədrisinə başlanmışdır. Hazırda
təcrübi və klinik bacarıqların
tədrisi və qiymətləndirilməsi
diqqət mərkəzində qalmaq-
dadır. Universitet rektorunun
müvafiq əmri ilə hər bir ixti-
sas istiqamətində müvafiq
fənlərdən lazım olan mini-
mum bacarıqların tədrisini və
qiymətləndirilməsini
həyata
keçirmək üçün əmr imzalan-
mışdır. Əmrə müvafiq olaraq
müəyyən fənlərdən 10 ba-
carıq siyahısı hazırlanmış-
dır ki, bu bacarıqlar gündəlik
dərslərdə tələbələrə öyrədilir
və hər bir bacarığa 1 bal
verilməklə
qiymətləndirilir,
yəni bacarıqlar öyrədilən fən-
lərdən cari qiymətləndirmə
üçün nəzərdə tutulmuş 30 ba-
lın 10 balı məhz bacarıqların
qiymətləndirilməsinə ayrılmış-
dır.
Şöbənin əməkdaşlarının Ba-
loniya prosesi üzrə tədrisin
keyfiyyətinin yüksəldilməsinə
dair bəzi beynəlxalq layihələrdə
də iştirak etdiyini bildirən
A.Qurbanov layihələrin əsas
məqsədlərini diqqətə çatdır-
mışdır.
Azərbaycan Tibb Univer-
siteti mərkəzi ofisi Londonda
yerləşən QS World Univer-
sity Rankings Qlobal reytinq
sistemində qeydiyyatdan keç-
mişdir. Bu prosesdə İnnovasi-
ya şöbəsi Beynlxalq əlaqələr
şöbəsi ilə birlıkdə iştirak etmiş-
dir. Onu da qeyd etmək lazımdır
ki, dünyada ilk 500 yerdə duran
universitetlər sırasında cəmi bir
neçə tibb universiteti var.
Təhsil islahatları sahəsində
qarşıda duran vəzifələrdən
söhbət açan şöbə müdiri bildir-
di ki, yekun qiymətləndirmələrin
aparılması
üçün
tərtib
edilən testlərin keyfiyyətinin
yüksəldilməsi, test bankının
yaradılması zəruridir. Eyni za-
manda bacarıqların tədrisinə
və
tələbə
məmnunluğuna
diqqət artırılmalıdır. Hər bir
tələbə onun bacarığının obyek-
tiv qiymətləndiriləcəyinə əmin
olmalıdır.
Müalicə işi ixtisası üzrə ye-
kun Dövlət attestasiyası üçün
Bacarıq imtahanlarına (OSKİ)
hazırlığın yüksək səviyyədə
aparılmasına, universitetin veb
saytının
təkmilləşdirilməsinə
də toxunan məruzəçi diqqətə
çatdırdı ki, Tibb Universitetində
həllini gözləyən məsələlərdən
biri də dərslik və dərs vəsaitləri
ilə əlaqədardır. Son illər bu
sahədə mühüm işlər görülsə
də, bəzi fənlərdən dərsliklərin
keyfiyyətini hələ də tam
qənaətbəxş hesab etmək ol-
maz.
Universitetin tədris işləri
üzrə prorektoru Sabir Əliyev,
tədris hissə müdiri Nəsimi
Qasımov, tibbi profilaktika
və tibbi biologiya fakültəsinin
dekanı Aydın Məmmədov,
beynəlxalq əlaqələr şöbəsinin
müdiri Rəhimə Qabulova, ka-
fedra müdirləri Arif Əfəndiyev,
Ədalət Həsənov və Çingiz
Rəhimov hesabatı qənaətbəxş
qiymətləndirərək tədris is-
lahatları ilə bağlı fikirlərini
və təkliflərini şura üzvləri ilə
bölüşdülər.
Ə.Əmiraslanov
müzakirə-
lərə yekun vuraraq məruzə və
çıxışlarda səslənən fikirlərə
münasibətini açıqladı: “Bi-
zim üçün son dərəcə mü-
hüm əhəmiyyət kəsb edən bir
məsələni müzakirə edirik. Neçə
illərdir ki, tədris kredit sistemi
ilə aparılır, ancaq bu sistemi
Avropada tətbiq edildiyi kimi
Azərbaycana köçürmək olmaz.
Müəyyən xüsusiyyətlər nəzərə
alınmalı, dəyişikliklər aparılma-
lıdır. Tədris elə bir sahədir ki,
burada nə tələskənliyə, nə də
gecikməyə yol verilməməlidir.
Əgər yadınızdadırsa, başqala-
rının təcrübəsini öyrənərək bu
sistemə ən gec keçənlərdən
biri biz olduq”.
Xüsusilə, tələbəyə semestr
boyu verilən 50 balla bağlı nara-
zılıqların olduğunu vurğulayan
rektor bəzi kafedra müdirlərinə
kəskin iradlarını bildirdi. Köhnə
qaydada
çoxsəhifəli
refa-
ratlar yazdırmaqla tədrisin
keyfiyyətini yüksəltməyin müm-
künsüzlüyünü dilə gətirən rek-
tor bildirdi ki, bu işə yaradıcı ya-
Dostları ilə paylaş: