Saşa Əliyev,
Əsaslı Kitabxananın direktorunun,
elmi işlər üzrə müavini, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
“Heydər Əliyev və
Azərbaycan nitq mədəniyyəti”
D
ekabrın 23- də İran İslam Res-
publikasının bir qrup nümayəndə
heyəti- İran XİN-in Xaricdə Yaşayan
İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid
Kazım Səccadi, İran Səhiyyə Nazirliyinin
Dəyərləndirmə idarəsinin müdiri doktor
Əkbəri, İranın ölkəmizdəki səfiri Möhsün
Pak Ayin və İranın Azərbaycandakı kon-
sulluğunun rəhbəri Nasr Vətənlə birlikdə
Azərbaycan Tibb Universitetində olub.
Qonaqları səmimiyyətlə qarşılayan
universitetin rektoru, millət vəkili, aka-
demik Əhliman Əmiraslanov onları
universitetimizdə görməkdən məm-
nun olduğunu bildirdi. Nümayəndə
heyətini universitetimiz haqqında məlu-
matlandıran rektor rəhbərlik etdiyi bu
təhsil müəssisəsinin maddi-texniki ba-
zası, eləcə də hazırkı təhsilin səviyyəsi,
tədrisin strukturu və potensial imkanları
barədə ətraflı məlumat verdi. O, diqqətə
çatdırdı ki, artıq 85 yaşına gəlib çatan bu
tədris ocağı ölkədə yeganə tibb təhsili
verən ali məktəbdir. Ötən müddət ərzində
70 mindən çox həkim və
əczaçı kadrlar hazırlayan
bu tədris müəssisəsinin
beynəlxalq
əlaqələri
genişlənib, dünyanın nü-
fuzlu universitetləri ilə
sıx təmaslar qurub, artıq
neçə ildir burada təhsil
Avropa baloniya sistemi
liə aparılır.
Akademik
qeyd
etdi
ki,
Azərbaycan
müstəqillik dövrünü qa-
zandıqdan sonra ölkə
rəhbərliyinin diqqət və
qayğısı sayəsində mü-
asir standartlara tam
cavab verə bilən dörd universitet klini-
kası yaradılıb. Əvvəllər şəhərin müxtəlif
xəstəxanalarında yerləşmiş kafedraların
bir bazada toplanmasına, eləcə də klinik
fənlərin daha müasir şəraitdə tədris olun-
masına şərait yaranmışdır.
ATU-da təhsil alan əcnəbi tələbələrə
gəlincə, rektor bildirdi ki, universitetin
1000-dən çox xarici tələbəsi var. On-
lar arasında İran, Türkiyə və İraqdan
gələn tələbələr üstünlük təşkil edir. Son
vaxtlar xarici tələbələrin səviyyəsinin
xeyli yüksəldiyini və bu yüksəlişin iranlı
tələbələrə də aid olduğunu deyən rektor:
“Lakin bəziləri isə bura dərs oxumaq üçün
yox, ticarət üçün gəlirlər. Mən həmişə
deyirəm ki, ticarətlə təhsil tutmaz”. İran-
dan gələn tələbələr arasında zəif ha-
zırlıqlı tələbələrin də olduğunu qonaq-
ların nəzərinə çatdıran Ə.Əmiraslanov:
“Əvvəlki illər belə tələbələrə bir sıra
güzəştlər edilirdisə, indi bu məsələyə çox
ciddi baxırıq. Onlarla ardıcıl izahat işləri
aparmaqla yanaşı belə tələbələrin sayını
minimuma endirməyə çalışırıq, bəzən də
elə olur ki, belə tələbələri universitetdən
kənarlaşdırırıq”.
Tibb üzrə diplomların İranda tanınma-
masının mənfi təsirinə də toxunan rek-
tor bəzən universitetimiz haqqında yal-
nış təsəvvürün formalaşmasına diqqət
yönəltdi. Dünyanın 28 ölkəsində çalışan
məzunlarımızın uğurlarından söhbət
açaraq İrandan bura gələn tələbələrin bi-
lik səviyyəsinin aşağı olmasının səbəbini
də qonaqlara izah etdi. Hal-hazırda İran
universitetləri ilə əlaqələrin qənaətbəxş
olmadığını söyləyən universitetin rəh-
bəri bu əlaqələri genişləndirməyin
vacib liyini önə çəkərək dedi ki, İran
universitetlərinin rektorlarını ölkəmizə
dəvət etmək, müştərək konfranslar, sim-
poziumlar keçirmək imkanlarımız var.
Səmimi qəbula və çox faydalı söhbətə
görə akademik Ə.Əmiraslanova təşək-
kürünu bildirən səfir Möhsün Pak Ayin bil-
dirdi ki bura gəlməzdən öncə universite-
tin klinikalarını gəziblər, onların iş şəraiti,
mövcud potensial imkanları ilə yaxından
tanış olublar. Bu kilnikaların dünyanın
inkişaf etmiş klinikalarından heç də geri
qalmadığını dilə gətirən səfir dedi:” Biz
heç bir ölkəni Azərbaycandan üstün tuta
bilmərik. Çalışmalıyıq ki, əlaqələrimiz
əməli olsun, universitetlərimz arasın-
da tələbə, müəllim mübadiləsi aparılsın.
Sizə təşəkkür edirik ki, iranlı tələbələrdən
təhsil keyfiyyəti tələb edirsiniz. Biz
nümayəndə heyəti ilə birlikdə tələbələrlə
də görüşdük, onları narahat edən
məsələlərlə maraqlandıq. Tələbələr bu-
rada göstərilən diqqət və qayğıdan çox
razıdırlar”.
Görüş zamanı gələcəkdə İran univer-
sitetləri ilə Azərbaycan Tibb Univer-
siteti arasında əlaqələrin daha da
möhkəmləndirilməsi, tələbələrin ya-
taqxana
təminatı,
tələbə-müəllim
mübadiləsinin aparılması və təhsil
sahəsində bəzi məsələlərin nizamlanma-
sı məqsədilə əməkdaşlıq sazişinin imza-
lanması haqqında razılığa gəlindi.
Dostları ilə paylaş: |