İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ


ATU-da  “Ana  südü  və  əmizdirmənin  əhəmiyyəti”



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
ATU-da  “Ana  südü  və  əmizdirmənin  əhəmiyyəti” 

mövzusunda təlimlər keçirilib

ATU-nun mətbuat xidməti


31 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

7

Son  vaxtlar  havaların  soyuq 

keçməsi  ilə  əlaqədar  uşaqlar 

arasında  qripəbənzər  xəstəlik 

yayılıb. Xəstəlik əsasən qızdırma 

ilə başlayır, sonra isə öskürəyə 

keçir,  lakin  burunaxma  və 

asqırma  kimi  əlamətlər  olmur. 

Bu isə valideynləri narahat edir.

Bununla  bağlı  Azərbaycan  Tibb 

Universitetinin  terapevtik  və  pe-

diatrik  propedevtika  kafedrası-

nın  assistenti,  tibb  üzrə  fəlsəfə 

doktoru  Mədinə  Hacıyeva  bildirib 

ki,  ümumiyyətlə,  yuxarı  tənəffüs 

yollarının  infeksion  xəstəlikləri  el 

arasında həmişə qrip adlandırılıb. 

Əslində bu xəstəlikləri müxtəlif vi-

ruslar,  nadir  hallarda  isə  bakteri-

yalar törədir. Törədicidən asılı ola-

raq  xəstəliyin  əlamətləri  də  fərqli 

ola bilər. Qızdırma infeksion amilə 

qarşı  orqanizmin  normal  cavab 

reaksiyasıdır.  Burunaxma  və  as-

qırma isə tənəffüs yollarının infek-

siyasını  törədən  bütün  viruslara 

mütləq şəkildə xas deyil. Əlbəttə, 

bu, qrip xəstəliyi deyil. Lakin qeyd 

etməliyəm ki, heç qrip xəstəliyində 

də burundan ifrazat olmur.

Xəstəliyi  törədən  səbəblərə 

gəlincə,  pediatr  deyib  ki,  bəzi 

əlamətlərə  fikir  vermək  lazımdır. 

Düzdür, hər bir xəstədə bəlğəmin 

bakterioloji 

analizini 

apar-

maq  mümkün  olmadığına  görə 



törədicini  də  təyin  etmək  olmur. 

Lakin bəlğəmin müayinəsi zamanı 

daha çox mikoplazma infeksiyası-

na rast gəlinir. Bu infeksiyanın əsas 

əlamətlərindən  biri  tutmaşəkilli 

boğucu  öskürək  olduğuna  görə 

çox  vaxt  xəstəliyi  göyöskürəyə 

bənzədirlər.  Bəzi  hallarda  isə  vi-

rus bakterial mənşəli, yəni, qarışıq 

törədici xəstəliyə səbəb olur.

Həkim  vurğulayıb  ki,  bəzən 

valideynlər  belə  hallarda  uşaqları 

həkimə  aparmayıb  özləri  qızdır-

manı salmaqla kifayətlənirlər. An-

caq istənilən halda həkimlə əlaqə 

saxlamaq lazımdır. Çünki son za-

manlar atipik pnevmoniyalar geniş 

yayılıbdır ki, bunların da törədiciləri 

xlamidiya, mikoplazma və virus ola 

bilər.  Qızdırma  çox  yüksəkdirsə, 

həkim  gələnə  qədər  parasetamol 

tərkibli  dərman  preparatlarından 

istifadə  etmək  olar.  Əgər  qızdır-

ma  ilə  yanaşı,  bədəndə  ağrı  da 

varsa,  ibuprofen  tərkibli  prepa-

ratlar  məsləhətdir.  Digər  dərman 

vasitələrini  isə  yalnız  xəstəni 

hərtərəfli müayinə etdikdən sonra 

həkim təyin etməlidir.

Müraciət 

edənlər 

arasında 

tənəffüs 

yolları 


xəstəliklərinə 

daha  çox  rast  gəlindiyini  bildirən 

M.Hacıyeva 

qeyd 


edib 

ki, 


böyüklərdən fərqli olaraq tənəffüs 

sistemi  xəstəliyi,  hətta  ən  yüngül 

halda  belə,  uşaqlara  daha  çox 

əziyyət verir.




Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin