Dekabrın 18-də
Azərbaycan Tibb
Universitetinin
Stomatoloji Klinikasında
universitetimizdə təhsil
alan iranlı tələbələrin
elmi, mədəni və idman
birliyinin təşəbbüsü ilə
“eCligner-diş sırasında
olan əyriliklərin şəffaf
kappalarla müalicəsi”
mövzusunda elmi-praktiki
konfrans keçirilib.
Tədbirin əvvəlində Klini-
kanın direktoru Alqış Səfərov
çıxış edərək konfransın möv-
zusu haqqında məlumat verib.
Onun sözlərinə görə, hazırda diş
sırasında olan əyriliklərin şəffaf
kappalarla müalicəsi stomatolo-
giyanın ən müasir kəşflərindən
biri sayılır. Bu metodla ağrısız
və estetik cəhətdən daha gözəl
formada diş əyriliklərini aradan
qaldırmaq mümkün olur.
Daha sonra Stomatoloji
Klinikanın həkim- stomatolo-
qu Elnur Həsənli qeyd edilən
mövzuda məruzə edib. Natiq
çıxışında bildirdi ki, bu me-
tod ilk dəfə Cənubi Koreyada
1998-ci ildə tətbiq edilib. Onun
sözlərinə görə, ilk şəffaf plastik
lövhələr 20-ci əsrin ortalarında,
ilk dəfə 1998-ci ilin sonlarında
koreyalı professor Tae Weon
Kim ortodontik müalicə almış
xəstələrdə residiv hallarının
müalicəsində istifadə etmişdir.
Eyni ildə bir pasien-
tin bütün müalicəsini
şəffaf lövhələr vasitəsi
ilə tamamlamışdır.Sto-
matologiyaya aid dərc
olunmuş ədəbiyyatlara
nəzər salsaq buna
bənzər şəffaf kappala-
rın iş mexanizmi və is-
tehsal prinsipləri haqda
bir çox məqalələrə rast
gəlmək mümkündür
(McNamara, Ponits,
Qraber və s.).
eCligner Aligner şəffaf kap-
palar ilə müalicə planı (set up)
xüsusi kompyuter proqramı və
eyni zamanda Tae Weon Kimin
şəxsi nəzarəti ilə tərtib olunur.
CAPRO (IV-Tech, Kore) adlı
proqram vasitəsi ilə kompyuter
ekranında üst-üstə gətirilən iki
rəqəmsal şəkil ilə hər bir dişin
hərəkətini hesablamaq müm-
kündür. Xəstə fərqli qalınlığa
(0.5;0.62;0.74;0) malik 3 ədəd
kappaların hər birini bir həftə
taxmalıdır. Müalicənin müddəti
qüsurun böyüklüyündən asılı
olaraq müxtəlif olur.
eCligner texnologiyası mü-
asir stomatologiyada yeni bir
mərhələ sayılır. Qeyd olundu ki,
bu metod xüsusilə yeniyetmələr
üçün əlverişlidir. Çünki metal
breketlər, məftillər estetik ba-
xımdan ağızda gözəl görünmür,
bir sıra narahatlıqlar yaradır.
Şəffaf kappalarla bağlı isə belə
problemlər yaşanmır. Bu üsulla
diş sırasında əyrilikləri həm
qısa müddətdə, həm də estetik
diskomfort yaratmadan aradan
qaldırmaq mümkündür. Bu
zaman şəffaf protezlərlə müalicə
yumşaq şəkildə, mərhələli olaraq
aparılır. Şəffaf kappalar çox
nazik materialdan hazırlanır və
hər kəsin ağız ölçüsü üçün fərdi
olaraq hesablanır.
Konfransda eCligner texno-
logiyasını digər üstünlükləri,
tətbiqi ilə bağlı məsələlər
haqqında fikirlər səsləndirildi.
Sonda həkim stomatoloq Elnur
Həsənli konfrans iştirakçılarının
suallarını cavablandırdı.
Tədbirdə iranlı tələbələrlə
birgə yerli və türkiyəli tələbələr
də iştirak ediblər.
Dostları ilə paylaş: |