İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ


əməyi nəzərə alınacaq, onlara əlavə maaş yazılacaq”



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
əməyi nəzərə alınacaq, onlara əlavə maaş yazılacaq”.



Dekabrın 26-da Təhsil Nazirliyində beşinci “Elektron təhsil” 



Respublika  müsabiqəsinin  qaliblərinin  mükafatlandırılması 

mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayra-

mov  çıxış  edərək  bu  il  müsabiqənin  birinci  mərhələsinə  1.104  layihənin 

təqdim olunduğunu, onlardan üçüncü mərhələyə 300 işin seçildiyini bil-

dirib.

Qeyd  edilib  ki,  beşinci  “Elektron  təhsil”  Respublika  müsabiqəsi  3 



əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan 

namizədlər təşkilat komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son 

nəticədə 21 nəfər qalib elan olunub, 47 nəfərin işi isə fərqləndirilib.

Müsabiqəyə marağın getdikcə artığını söyləyən nazir müavini bildirib ki, 

indiyədək müsabiqənin rəsmi internet səhifəsində 7 mindən çox müəllim, 

2 minə yaxın tələbə, beş yüzdən çox şagird və 638 valideyn qeydiyyatdan 

keçib.

C.Bayramov  bildirib  ki,  müsabiqənin  məqsədi  Azərbaycanın  təhsil 



sistemində  informasiya  texnologiyalarının  daha  geniş  istifadəsini  stimul-

laşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır. Eyni zaman-

da, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri 

üçün  internetdən  istifadənin  yeni  formalarını  üzə  çıxarmaq,  tədris 

prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri 

həvəsləndirməkdir.

Vurğulanıb  ki,  son  illər  informasiya-kommunikasiya  texnologiyalarının 

(İKT)  təhsildə  tətbiqi  sahəsində  dövlətimiz  tərəfindən  mühüm  layihələr 

həyata keçirilir, təhsil müəssisələrimiz İKT avadanlıqları ilə təchiz olunur.

Tədbirdə beşinci “Elektron təhsil” Respublika müsabiqəsi, onun şərtləri 

barədə  ətraflı  məlumat  verilib.  Qeyd  edilib  ki,  cari  ilin  sentyabrın  8-dən 

başlanılan  müsabiqənin  sponsorları  “AZEDUNET”,  “Edumedia”,  “Ultra”, 

“Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proq-

ramı, “Nar Mobile” və “Dr. Web” şirkətləridir.

Qaliblərə  diplom,  noutbuk,  planşet  və  digər  mükafatlar  təqdim  edilib. 

Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.




Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin