Atlant-Balt irqi
Atlant Balt irqinə mənsub əhali Avropanın şimal qərbində yaşayır. Bu irqin morfoloji xüsusiyyətləri bunlardır:
- saçları düz və dalğavari, yumşaqdır. Üçüncü saç örtüyü güclü inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözlərinin rəngi mavi, saçlarının rəngi sarıdır;
- sifətlərinin üfüqi profili orfoqnat, şaquli profili güclüdür. Sifətlərinin morfoloji hündürlüyü çox böyükdür (120-128 mm). Sifətləri ensizdir (139 - 145 mm); - burunlan ensiz və uzundur.
Burun göstəriciləri 63-65-dir;
- gözlərinin üst qapağında zəif qırış müşahidə olunur;
- dodaqları nazikdir. Üst dodaqlarının dəri hissəsi hündür, qişa hissasi orto və opistoxeylikdir;
çənə çıxıntısı çox güclüdür;
- baş göstəriciləri 76 (dolixokefal), boylarının uzunluğu 168 santimetrdən 175 santimetrə qədər dəyişir.
Bu irqə aid edilən şotlandlar Atlant-Balt tipinin digər nümayəndələrindən saçlarının daha tünd rəngli olmaları ilə fərqlənirlər. Bəzi antropoloqlar bu irqi tipi Aralıq dənizi irqinin "piqmentsizləşmiş" variantı hesab edirlər.
Dostları ilə paylaş: |