Balkan-Qafqaz irqi Balkan Qafqaz irqinə mənsub əhali Balkan yarıma dasında, Mərkəzi Qafqazda və İranın qərbində məskun laşmışlar. Bu irqin mhorfoloji xüsusiyyətləri aşağıdakılardır: - saçları düz və dalğavaridir. Üçün cü saç örtüyü gur inkişaf etmişdir;
- dərilərinin rəngi bəyaz, gözləri nin rəngi qara və qarışıq, saçlarının rengi qaradır;
- sifətlərinin üfüqi profili ortognat, şaquli profili orta ölçüdədir. Sifətləri nin morfoloji hündürlüyü 122-127 mil limetr, eni 140-147 millimetrdir;
- baş göstəriciləri 83-87 (braxikefal), boylarının uzunlu ğu 165 santimetrdən 177
santimetrə qədər dəyişir.
Assiroid irqi Müxtəlif təsnifatlarda fərqli adlarla (Ön Asiya, Pont Zaqros, Armenoid ve s.) tanınan assiroid irqinə Suriya və Kiçik Asiya əhalisinin bir qismi aid olunur. Assiroid irqinin xarakterik xüsusiyyətləri aşağıdakılardır:
- saçları əsasən düz və dalğavari, qismən qıvrımdır. Üçüncü saç örtüyü çox güclü inkişaf etmişdir;
- dərilərinin rəngi qaraşın, gözlərinin rəngi qara və qarışıq, saçlarının rəngi qaradır;
- burunları iri və əyri, burun göstəriciləri 63-65-dir;
-çənələri orta çıxıntılıdır;
- baş göstəriciləri 87-89 (braxi və hiperbraxikefal), boylarının uzunluğu 164 santimetrdən 166 santimetrə qədər dəyişir.