2.1.2 İnformasiya biologiyada. Canlı aləmi öyrənən biologiyada informasiya canlı
orqanizmlərin məqsədyönlü davranışı ilə əlaqələndirilir. Çünki belə davranış canlı
orqanizmin ətraf mühitdən aldığı informasiyanın hesabına əldə edilir.
Biologiyada informasiya anlayışı həm də irsiyyət mexanizmlərinin tədqiqi ilə bağlı
olaraq istifadə edilir. Genetik informasiya irsi olaraq ötürülür və canlı orqanizmlərin bütün
hüceyrələrində saxlanır. Genlər canlı orqanizmin qurulması barədə informasiya saxlayan
mürəkkəb molekulyar strukturlardır. Məhz bu ideyaya əsaslanaraq klonlaşdırma
13
eksperi-
menti keçirilmişdir.